Elkem Ehtəm
1930-cu ildə Korqas qəsə-
bəsində doğulan
Tayipcam Ali
və başqaları da yeni uyğur ədə-
biyyatının seçilən nümayəndələrindən sayılır. Elkem Ehtem
“Tan” (Dan), “Tanq atti” (Dan attı), “Tan atkanda” (Dan atar-
kən), “Könüllər güldi” (Gönüllər güldü), “Ümid dolkunliri”
(Ümid dalğaları), “Küreş dolkunliri” (Savaş dalğaları), “Yeniş
dolkunliri” (Zəfər dalğaları) kimi şeirləriylə yanaşı “Saadet-
xan”, “Alvasti” kimi lirik dastanları, Tayipcan Ali isə “Şark
nahşısı” (Şərq mahnısı), “Tıçlık nahşısı” (Sülh mahnısı), “Tü-
qümes nahşa” (Bitməz mahnı), “Vətənimni köyləymən” (Vətə-
nım üçün yanıram), “Zepmu çıraylık gəldi bahar” (Nə qədər
xoş gəldi bahar) adlı şeir kitablarıyla tanınır. Tayipcan Ali
1989-cu ildə dünyasını dəyişmişdir.
1950-1980-ci illər uyğur ədəbiyyatınm tanınmış yazıçı və
şairləri sırasında
Erşiddin Tatlık, Turdi Samsak, Abdulkə-
rim Xoca
(1928-1988),
Zordun Sabir, Sultan Mahmut
(Kaşqarlı), Muhəmmətcan Sadiq, Cebbar Əxmət, Muhəm-
mət Ali Zunun, Ehad Turdi, Boğda Abdulla, Abdulhamid
Sabir, Mırzayit Kərim, Mamut Zayit, Tursunay Hüseyin,
Dilbər Keyum
və b. adı çəkilir.
3.1. Uyğur ədəbiyyatında sosializmin tərənnümü
1949-cu ildə Çinin yenidən Doğu Türküstanı işğal etməsi,
sosializm quruculuğu adı altında aparılan kütləvi həbslər və
təqiblər ədəbiyyatdan milli məsələni demək olar tamam
çıxardı. Sosializmi, kommunizmi, Mao-Ze-Donqu, Çin işğalım
tərənnüm edən bədii yazılara geniş meydan açıldı. Yaşlı nəslin
bir çox nümayəndələri də hakimiyyət orqanlarının təzyiqlərinə
tab gətirməyərək sifariş ədəbiyyatı nümunələri yaratdılar.
Uyğur ədəbiyyatının üçüncü mərhələsinə tərənnüm və
mədhiyyə ədəbiyyatının nümayəndələri daxil edilirlər. Onlarda
da bizdəki kimi sosializm realizmi adı altında keçmişin tənqidi,
real əsasları olmayan xoşbəxt gələcəyin tərənnümü, fəhlə və
kəndlilərin firavan həyatı əsas yer tutur. Xalqın gerçək fikir və
duyğularını, görüşlərini əks etdirən əsərlərə mətbuatda yer ve-
rilməz, vətən haqqında, millət haqqında tarixi həqiqətləri ya-
zanları “millətçilikdə”, “türkçülükdə”, “əksinqılabçılıqda” suç-
layıb cəzalnadırırdılar. Hətta şeirlərdə “Tanrı dağı”, “Tarım ça-
yı” kimi kəlimələrin işlədilməsi də qadağan edilmişdir.
Maonun ölümündən sonra Çində bir yumşalma hiss edilir.
Uyğur ədəbiyyatı üzərindəki sərt sensor nəzarəti yumşalır. Ana
dilində kitabların nəşri üçün böyük şəhərlərin əksəriyyətində
nəşriyyatlar açılır. Ədəbi nəşrlərin də sayısı çoxalır. “Tarım”,
“Köprük” (Göstəri), “Şincan sənəti”, “Miras”, “Bulaq”, “Çol-
pan” (Dan ulduzu), “Kaşqar ədəbiyyatı və sənəti”, “Turpan”,
“Qumul ədəbiyyatı”, “Aksu ədəbiyyatı və sənəti”, “İli dər-
yası”, “Bostan”, “Tenri Tağ” (Tanrı dağı) və b. jurnalları nəşr
olunmağa başlayır. Bu jurnallarda milli dəyərli bədii, elmi
əsərlər də çap olunur.
Beləcə, Uyğur şair və yazıçıları əsərlərini rahat nəşr etmək
imkanına qazanırlar. Uyğur ədəbiyyatında bir irəliləmə hiss
edilməyə başlayır. Şair və yazıçılar tarixi hadisələrdən bəhs
edən bədii və elmi əsərlər yaradırlar. Bu əsərlərin içində Abdul-
la Talıbın 1981-ci ildə Lutpulla Mütəllipin həyatından bəhs edən
“Kaynam örkişi”, Abdurihim Ötkürün 1980-ci ildə çap etdirdiyi
“Kaşqar kecesi” (Kaşqar gecəsi) dastanı və 1985-ci ildə çap et-
dirdiyi “İz”, Xevir Tömürün 1980-ci ildə çap etdirdiyi “Molla
Zeydin qissesi”, “Əli” adlı tarixi romanı və Abduxaliq Uyğurun
həyat mübarəzəsindən bəshs edən “Baldur oyanan adem” (İlk
oyanan adam), Turdi Samsakın 1986-ci ildə çap etdirdiyi “Axi-
rəttin gəlgənlər” (Axirətdən gələnlər), Qayrət Abdullahın 1983-
cü ildə çap etdirdiyi “Taş abidə” romanları, Teyipcan Hadinin
Mançu-Çin hökümdarlarının zulmünə qarşı 1864-1867-ci illərdə
uyğurların İli vilayətindəki üsyana rəbərlik etmiş Sadır Pəlvanın
fəaliyyətindən bəhs edən “Pəlvan gəldi” (Pəhlivan gəldi) heka-
yəsi, Muhməd Ali Zununun 1981-ci ildə Rabia Seyiddin, Ahmet
Ziyatinin sevgi və azadlıq yolunda mübarizə apararaq sonunda
qurban olan iki gəncin hekayəsini anladan, on mindən artıq
misradan ibarət olan “Rabiyə ilə Sayddin” dastanları daha çox
diqqətiçəkəndir. Lakin bu o qədər də uzun sürmür.
1990-cu ildə Aktu rayonunun Barın kəndində baş verən
silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı,
şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır.
1991-ci ilin fevralından sonra tanınmış uyğur alimi, yazıçı Tur-
qun Almasın “Uyğurlar”, “Hun tarihi”, “Əski uyğur ədəbiy-
yatı” kitabları tənqid hədəfinə çevrilir, oradakı faktların təfti-
şinə başlanılır. Turqun Almas və diğər nüfuzlu uyğur ədibləri
“pantürkist”, “Uyğur şovinisti”, “separatçı” deyə suçlanır, tə-
qib və tənqidlərə məruz qalırlar. Beləliklə, Uyğur ədəbiyya-
tının inkişafı ləngidilir, təkrar durğunluq dövrünə dönülür.
Bütün bunlara baxmayaraq Teyupcan Əliyop (1930-1989),
Qəyyum Turdi (1937-1997), Muhəmmətcan Sadiq (1934),
Boğda Abdulla (1941), Qurban Barat (1939), Osmancan Savut
(1946), İmin Əxmədi (1944), Muhəmmətcan Raşidin (1940),
Ruzi Sayit (1943-2001), Zordun Sabir (1937-1998), Xevir
Tömür (1922-1991), Əxət Turdi (1940), Calalidin Bəhram
(1942), Məmtimin Hoşur (1944), Muhəmmət Bağraş (1952),
Xalidə İsrail (1952), Əxtəm Ömər (1963), Toxti Ayup (1945),
İbaydulla İbrahim (1951), Nurmuhəmmət Toxti (1949), Ab-
dulla Savut (1950), Abduşükür Muhəmmətimin (1934-1995),
Əxmət İmin (1950) və b. üçünçü dövr uyğur ədəbiyyatının
aparıcı ədiblərindən sayılırlar
Do'stlaringiz bilan baham: |