Suvarılan adi çəmən-boz torpaqlar. İnsanların təsərrüfat fəaliyyətinin, o cümlədən intensiv suvarmanın, şumlama və kultivasiyanın (təbii qatların qarışdırılması və s.), aqrotexnikanın (üzvü və mineral gübrələrdən istifadə) təsiri altında suvarılan adi çəmən-boz torpaqlarda xam torpaqlarla müqayisədə çox kəskin dəyişikliklər əmələ gəlmişdir. Torpaqdan istifadənin qaydalarının gözlənildiyi sahələrdə bu dəyişikliklər müsbət istiqamətdə getmişdir.
Suvarılan adi çəmən-boz torpaqlar əsasən kənd təsərrüfatı sahələrində yayılmaqla tədqiq olunan ərazinin 50985,54ha sahəsini tutur. İnzibati rayonlar üzrə İmişli rayonu ərazisində 19058,34 ha, Beyləqan rayonunda isə 31927,2 ha torpaqlar kənd təsərrüfatı bitkiləri altında becərilir.
Suvarılan adi çəmən-boz torpaqlar aşağıdakı növ müxtəlifliklərinə ayrılmışdır: yüngül gilli suvarılan adi çəmən-boz torpaqlar; yüngül gilli zəif şorakətləşmiş suvarılan adi çəmən-boz torpaqlar; yüngül gillicəli suvarılan adi çəmən-boz torpaqlar; yüngül gillicəli zəif şorakətləşmiş suvarılan adi çəmən-boz torpaqlar; yüngül gillicəli zəif şorakətləşmiş zəif şorlaşmış suvarılan adi çəmən-boz torpaqlar; orta gillicəli suvarılan adi çəmən-boz torpaqlar; orta gillicəli zəif şorakətləşmiş suvarılan adi çəmən-boz torpaqlar; gilli zəif şorakətləşmiş suvarılan adi çəmən-boz torpaqlar; qumsal zəif şorakətləşmiş suvarılan adi çəmən-boz torpaqlar;
Bu cür suvarılan adi çəmən-boz torpaqlarda ümumi humus və azotun miqdarı adi çəmən-boz torpaqlarla müqayisədə daha yüksəkdir. Suvarılan adi çəmən-boz torpaqlarda aparılmış tədqiqatların nəticəsi göstərir ki, 0-20, 0-50, 0-100 sm qatlarında humusun miqdarı 0,70-1,63% intervalında, azotun miqdarı isə 0,05-0,15% arasında dəyişir.
Suvarmanın təsiri altında torpaq profilinin yuyulması prosesi baş verir ki, nəticədə şum və şumaltı qatlarda karbonatların miqdarı bərabərləşir.
Suvarılan adi çəmən-boz torpaqların qranulometrik tərkibi daha mürəkkəbdir və bir çox göstəricilərə görə xam və yeni suvarılan torpaqların qranulometrik tərkibindən kəskin fərqlənir. Bu suvarma suyunun tərkibində olan asılı hissəciklərin uzun müddət ərzində profil boyunca çökməsi ilə əlaqədardır.
Suvarılan adi çəmən-boz torpaqlar ağır qranulometrik tərkibə malikdir və burada gilli-lilli tozlu hissəciklər üstünlük təşkil edir. Belə torpaqlarda çox hallarda dərinliyə getdikcə qranulometrik tərkib yüngülləşir. Bu torpaqlar yüksək udma qabiliyyətinə görə fərqlənir. Udulmuş əsasların cəmi 25,3 m/ekv-dən 30,9 mq/ekv-ə qədər yüksəlir.
Qədimdən suvarılan adi çəmən-boz torpaqlar. Qədimdən suvarılan adi çəmən-boz torpaqlar Beyləqan və İmişli rayonlarının ərazilərində Qarabağ kanalının sahillərində yayılmışdır. Bu sahələrin suvarılması Qarabağ kanalının çəkilməsi ilə əlaqədardır. Kanalın uzunluğu 64 km və 35 min ha ərazini suvarmağa imkan verir.
İnsanların mədəni təsiri altında, xüsusilə intensiv suvarma, dərin şumlama, təbii qatların qarışdırılması, hər torpaqdan illik istifadə, əkin döviriyyəsində dincə qoymaya az yer verilməsi, üzvü və mineral gübrələrin tətbiqi və s. Bu torpaqlarda xam torpaqla muqayisədə çox kəskin dəyişikliklər əmələ gətirmişdir.
Qədimdən suvarılan adi çəmən-boz torpaqlar daha ağır qranulometirik tərkibə malikdir və gilli-lilli tozlu hissəciklər üstünlük təşkil edir və yüksək udma qabiliyyəti ilə fərqlənir. Bu torpaqlarda dəyişən əsasların həcmi profil boyunca dərinliyə doğru tədricən az miqdarda azalır.
Qədimdən suvarılan adi çəmən-boz torpaqlar aşağıdakı növmüxtəlifliklərinə ayrılmışdır: yüngül gilli qədimdən suvarılan adi çəmən-boz torpaqlar; yüngül gilli zəif şorakətləşmiş qədimdən suvarılan adi çəmən-boz torpaqlar; yüngül gillicəli qədimdən suvarılan adi çəmən-boz torpaqlar; yüngül gillicəli zəif şorakətləşmiş qədimdən suvarılan adi çəmən-boz torpaqlar; yüngül gillicəli zəif şorakətləşmiş zəif şorlaşmış qədimdən suvarılan adi çəmən-boz torpaqlar; orta gillicəli qədimdən suvarılan adi çəmən-boz torpaqlar; orta gillicəli zəif şorakətləşmiş qədimdən suvarılan adi çəmən-boz torpaqlar; gilli zəif şorakətləşmiş qədimdən suvarılan adi çəmən-boz torpaqlar; qumsal zəif şorakətləşmiş qədimdən suvarılan adi çəmən-boz torpaqlar;
Açıq çəmən-boz torpaqlar. Açıq çəmən-boz torpaqlar digər torpaqlarla müqayisədə daha geniş sahəni əhatə edir.
Açıq çəmən-boz torpaqlar aşağıdakı növ müxtəlifliklərinə ayrılmışdır: gilli açıq çəmən-boz torpaqlar; gilli zəif şorakətləşmiş açıq çəmən-boz torpaqlar; gilli orta şorakətləşmiş açıq çəmən-boz torpaqlar; ağır gillicəli açıq çəmən-boz torpaqlar; ağır gillicəli zəif şorakətləşmiş açıq çəmən-boz torpaqlar; orta gillicəli açıq çəmən-boz torpaqlar; orta gillicəli zəif şorakətləşmiş açıq çəmən-boz torpaqlar; yüngül gillicəli açıq çəmən-boz torpaqlar; yüngül gillicəli zəif şorakətləşmiş açıq çəmən-boz torpaqlar; qumsal açıq çəmən-boz torpaqlar; qumsal zəif şorakətləşmiş açıq çəmən-boz torpaqlar; qumlu açıq çəmən-boz torpaqlar; qumlu zəif şorakətləşmiş açıq çəmən-boz torpaqlar.
Bu torpaqlar əsasən qış otlaq sahələrində yayılmaqla İmişli rayonu ərazisində 26884,94 ha, Beyləqan rayonunda isə 49534,9 ha sahəni əhatə edir. Bəzi yerlərdə onlardan əkin altında da istifadə olunur. Açıq çəmən-boz torpaqlar relyefin nisbətən hündür sahələrində inkişaf etməklə qranulometrik tərkibinə və şorakətləşməsinə görə fərqlənir. Bu torpaqların yayıldığı ərazinin bitki örtüyü nisbətən seyrək olub çayır, unnuca, kalış, yaytikanı, qarağan, dəvəqulağı, şoran otu və s. Ibarətdir. Torpaq əmələ gətirən süxurlar allüvial və dellüvial çöküntülərdən ibarətdir.
Açıq çəmən-boz torpaqlar rayon təsərrüfatlarında geniş yayılmış torpaqlardır. Bu torpaqlar qrunt suyunun nisbətən dərin yerləşməsi və üzvü maddələrin az olması ilə başqa yarım tiplərdən fərqlənir.
Suvarılan açıq çəmən-boz torpaqlar. Bu torpaqlar adi çəmənləşmiş-boz torpaqlarla qonşu sərhəddə yayılmışdır. Suvarılan açıq çəmən-boz torpaqlar həm əkin, həm də örüş altında istifadə edilir. Ərazinin relyefi düzən olub, mikro yüksəkliklərlə parçalanmışdır.
Suvarılan açıq çəmən-boz torpaqlarda qrunt suyu nisbətən dərində olub, bitki örtüyü xeyli seyrəkdir. Suvarılan açıq çəmən-boz torpaqların digər əlamətləri adi çəmənləşmiş-boz torpaqlarda olduğu kimidir. Bitki örtüyü yovşan, qarağan, sünbüllü otlar, şoran otu, dəvəqulağı və digər quraqlığadavamlı səhra və yarımsəhra bitkilərindən ibarətdir. Torpaq əmələ gətirən süxurlar dellüvial mənşəli çöküntülərdən ibarətdir.
Suvarılan açıq çəmən-boz torpaqlar qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşmasına görə aşağıdakı növmüxtəlifliklərinə ayrılır: gilli, zəif şorakətləşmiş, suvarılan açıq çəmən-boz; yüngül gilli, suvarılan açıq çəmən-boz; yüngül gilli, orta şorakətləşmiş, suvarılan açıq çəmən-boz; ağır gilli, suvarılan açıq çəmən-boz; ağır gilli, zəif şorakətləşmiş, suvarılan açıq çəmən-boz; ağır gilli, orta şorakətləşmiş, suvarılan açıq çəmən-boz; yüngül gillicəli, suvarılan açıq çəmən-boz; yüngül gillicəli, zəif şorakətləşmiş, suvarılan açıq çəmən-boz; yüngül gillicəli, zəif şorakətləşmiş, zəif şorlaşmış suvarılan açıq çəmən-boz; orta gillicəli, suvarılan açıq çəmən-boz; orta gillicəli, zəif şorakətləşmiş, suvarılan açıq çəmən-boz; ağır gillicəli, suvarılan açıq çəmən-boz; ağır gillicəli, zəif şorakətləşmiş, suvarılan açıq çəmən-boz; ağır gillicəli, orta şorakətləşmiş, suvarılan açıq çəmən-boz:
Bu torpaqlarda humusun miqdarı 0,89-1,27%, azot 0,06-0,08%, udulmuş əsasların cəmi isə 24,1-21,4 mq/ekv arasında dəyişir.
Tünd çəmən-boz torpaqlar. Tünd çəmən-boz torpaqların yayıldığı ərazinin relyefi əsasən düzənlik olub, qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşmasına görə aşağıdakı növmüxtəlifliklərə ayrılmışdır: gilli tünd çəmən-boz torpaqlar; gilli zəif şorakətləşmiş tünd çəmən-boz torpaqları; ağır gillicəli tünd çəmən-boz torpaqları; ağır gillicəli zəif şorakətləşmiş tünd çəmən-boz torpaqları; orta gillicəli zəif şorakətləşmiş tünd çəmən-boz torpaqları.
Tünd çəmən-boz torpaqlarda, humusun miqdarı 2,15%- 3,05%, ümumi azotun miqdarı isə 0,11%- 0,15% arasında dəyişir.
Suvarılan tünd çəmən-boz torpaqlar. Suvarılan tünd çəmən-boz torpaqlar əsasən İmişli rayonu ərazisində yayılmaqla 13319,3 ha təşkil edir. Bu torpaqlar qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşma əlamətlərinə görə aşağıdakı növmüxtəlifliklərinə bölünmüşdür: ağır gillicəli, zəif şorakətləşmiş suvarılan tünd çəmən-boz; yüngül gilli, zəif şorakətləşmiş, suvarılan tünd çəmən–boz; yüngül gilli, zəif şorakətləşmiş zəif şorlaşmış suvarılan tünd çəmən–boz; orta gillicəli suvarılan tünd çəmən-boz; qumsal, zəif şorakətləşmiş suvarılan tünd çəmən-boz. Suvarılan tünd çəmən-boz torpaqlarda, humusun miqdarı 1,81%- 3,15%, ümumi azotun miqdarı isə 0,12%- 0,17% arasında dəyişir.
Boz-qonur torpaqlar. Bu torpaqlar Beyləqan rayonu ərazisində 1645,7 ha təşkil edir. Boz-qonur torpaqlar açıq-boz qəhvəyi torpaqlar ilə boz torpaqlar arasında inkişaf etmişdir. Bu torpaqlar rayon ərazisinin qərbindəki qış otlaq sahələrində yayılmaqla, son vaxtlar əkin altında (taxıl və üzüm) istifadə edilir. Boz-qonur torpaqlar az mailli delivial və delüvial prolüvial çöküntülər üzərində, yarımsəhra iqlim şəraitində inkişaf etmişdir. Relyefin açıq hissələrində bu torpaqların nisbətən bərkimiş növlərinə təsadüf edilir. Belə növlərdə «B» qatı, kalsium karbonat və gips yeni törəmələri olan ayrı-ayrı aydın ifadə olunmuş genetik qatlar vardır.
Bu torpaqların əsas bitki örtüyü yovşan və sünbüllü otlardır. Quru və isti hava şəraitində həmin bitki qalıqları intensiv surətdə minerallaşdığı üçün torpaqda çürüntünün miqdarı azdır. Boz-qonur torpaqlar qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşma əlamətlərinə görə aşağıdakı növmüxtəlifliklərinə bölünmüşdür: ağır gillicəli, zəif şorakətləşmiş boz-qonur; orta gillicəli, zəif şorakətləşmiş boz-qonur; yüngül gillicəli, zəif şorakətləşmiş boz-qonur.
Bu torpaqlarda aparılmış tədqiqatların nəticəsi göstərir ki, 0-20, 0-50, 0-100 sm qatlarında humusun miqdarı 0,58-1,36% intervalında, azotun miqdarı isə 0,05-0,07% arasında dəyişir.
Suvarılan boz-qonur torpaqlar. Bu torpaqlar Cənubi Mil düzündə, Beyləqan rayonu ərazisində kənd təsərrüfatı bitkiləri altında Qarabağ kanalının qərb hissəsində ləkələr şəkilində yayılmışdır, qranulometrik tərkibinə görə ağır və orta gillicəlidir.
Suvarılan boz-qonur torpaqlarda, humusun miqdarı 0,95% - 1,32%, ümumi azotun miqdarı isə 0,7% - 0,8%, udulmuş əsasların cəmi 24,8 – 31,6 mq/ekv arasında dəyişir.
Adi boz torpaqlar. Mil – Muğan zonasında bu torpaqlar Kür-Araz ovalığının quru və yarımsəhra şəraitində yayılmaqla, ümumi sahəsi 2572,4 ha təşkil edir və əsasən kəndətrafı örüş sahələri kimi istifadə olunur.
Adi-boz torpaqların inkişafının müasir təbii şəraiti yağıntının çox az miqdarda, ildə ən çoxu 100-150mm olması, yayın uzun olub qızmar və yağışsız keçməsi və sərbəst su səthindən ildə orta hesabla 1000 mm-ə çatan güclü buxarlanma ilə xarakterizə olunur.
Rütubət az olduğu üçün bitki örtüyü zəif inkişaf etmiş dəvətikanı, yovşan, şoranotu, səhra cili və s. Kimi quraqsevən bitkilərdən ibarətdir.
Bu torpaqlar üzvü maddələrin az olması ilə fərqlənir və onlarda üzvü maddələrin miqdarı 1-2%-dən çox deyildir.
Adi boz torpaqlar çəmənləşmə proseslərinin torpaqəmələgəlməyə fəal təsiri şəraitində inkişaf etmişdir. Qrunt suyunun səviyyəsi bəzi sahələrdə torpaq səthinin 270-300 sm-də yerləşir və çəmən torpaqlar üçün səciyyəvi olan bir sıra əlamətləri (karbonatların çıxarılması, gilləşmə, profilin kipliyi və s.) özündə göstərir. Bu torpaqlar qranulometrik tərkibinə görə gilli və ağır gillicəlidir. Şorlaşma və şorakətləşmə prosesləri adi boz torpaqlar üçün çox səciyyəvidir.
Adi-boz torpaqlar qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşma əlamətlərinə görə aşağıdakı növmüx-təlifliklərinə bölünmüşdür: ağır gillicəli, zəif şorakətləşmiş boz; yüngül gillicəli, zəif şorakətləşmiş boz; orta gillicəli, zəif şorakətləşmiş boz.
Adi-boz torpaqlarda aparılmış tədqiqatların nəticəsi göstərir ki, 0-20, 0-50, 0-100 sm qatlarında humusun miqdarı 0,62-1,25% intervalında, azotun miqdarı isə 0,5-0,8% arasında dəyişir.
Suvarılan adi boz torpaqlar. Beyləqan rayonu ərazisində az bir sahəni tutmaqla əkin altında istifadə olunur. Bu torpaqlar qranulometrik tərkibinə görə ağır və orta gillicəlidir.
Suvarılan adi-boz torpaqlar qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşma əlamətlərinə görə aşağıdakı növmüxtəlifliklərinə bölünmüşdür: ağır gillicəli zəif şorakətləşmiş suvarılan adi-boz, orta gillicəli suvarılan adi-boz.
Suvarılan adi-boz torpaqlarda, humusun miqdarı 0,80%- 1,12%, ümumi azotun miqdarı isə 0,5%- 0,6%, udulmuş əsasların cəmi 27,3-31,5 mq/ekv arasında dəyişir.
İbtidai çəmən-boz torpaqlar. İbtidai çəmən-boz torpaqlar qranulometrik tərkibinə, şorakətləşmə və şorlaşma əlamətlərinə görə aşağıdakı növmüxtəlifliklərinə bölünmüşdür: ağır gillicəli ibtidai çəmən-boz torpaqları; ağır gillicəli zəif şorakətləşmiş ibtidai çəmən-boz torpaqları; orta gillicəli zəif şorakətləşmiş ibtidai çəmən-boz torpaqları.
Bu torpaqlarda humusun miqdarı 0,83-0,47%, azotun miqdarı isə 0,07-0,09% arasında dəyişir.
Yuyulmuş allüvial çəmən-meşə torpaqlar. Bu torpaqlar İmişli rayonu sərhədi daxilində Kür çayı boyunca 181 hektar olan ərazini əhatə edir. Yuyulmuş allüvial çəmən-meşə torpaqlar Mil – Muğan zonasında böyük massiv şəklində deyil, ləkələr şəklində yayılmışdır. Bu torpaqların səhra və yarımsəhra zonasında yayılmasına baxmayaraq, əmələ gətirdiyi hidroloji şərait, yeraltı suların səviyyəsinin torpağın səthinə yaxınlığı, həm çəmən, həm də meşə bitkilərinin inkişafı burada özünəməxsus torpaqəmələgəlmə şəraiti yaratmışdır. Burada yayılmış torpaqlarda qrunt suyunun səviyyəsi 1,5-2,5 m və daha dərində yerləşmişdir. Yuyulmuş allüvial çəmən-meşə torpaqlarının bitki örtüyü ağaclardan akasiya, qovaq, palıd, iydə, saqqız, göyrüş, qoz, ərik, kol bitkilərindən nar, yulğun, böyürtkən, ot bitkilərindən çayır, pişik çaynağı, süddüyən, üçyarpaq yonca, bağayarpağı, sarmaşıq və s.dən ibarətdir.
Yuyulmuş allüvial çəmən-meşə torpaqlar qrunt suyunun təsiri nəticəsində müxtəlif dərəcədə şorlaşmışdır. Bu torpaqlarda humusun miqdarı 1,08-1,57%, azot 0,08-0,09%, udulmuş əsasların cəmi cüzi şəkildə dəyişir.
Açıq çəmənləşmiş-boz torpaqlar. Bu torpaqların əmələ gəlməsində Kür çayının böyük təsiri olmuşdur. Bu torpaqlar relyefin düzən və qismən çökək sahələrində əmələ gəlmişdir və əsasən örüş altında istifadə edilir.
Ərazinin bitki örtüyü biyan, sünbül ot, sayır yulğun, yovşan, şoran otu, çərəyan və s. Ibarətdir. Torpaq əmələ gətirən süxurlar allüvial çöküntülərdən ibarətdir. Bu torpaqların əmələ gəlməsində qrunt suyu mühüm rol oynamışdır. Qrunt suyunun səviyyəsi 2,0-2,5 dərinlikdədir. Açıq çəmənləşmiş-boz torpaqlarda humusun miqdarı 0,89-1,47%, azot 0,09-0,08, udulmuş əsasların cəmi 21,6-21,4 mq/ekv arasında dəyişir. Bu torpaqların növmüxtəliflikləri isə ağır gillicəli, yüngül gillicəli, zəif şorakətləşmiş torpaqlardan ibarətdir.
NƏTİCƏ
Bütövlükdə Mil Muğan zonasında torpaqların yarımtiplər üzrə yayılmasına gəldikdə, adi çəmən-boz torpaqlar 60092,2 ha və ya 21%; suvarılan adi çəmən-boz torpaqlar 50985,64 ha və ya 17%; qədimdən suvarlıan adi çəmən-boz torpaqlar 28355,6 ha və ya 9,6%; tünd çəmən-boz torpaqlar 838,25 ha və ya 0,3%; suvarılan tünd çəmən-boz torpaqlar 13319,3 ha və ya 4,5%; qədimdən suvarılan tünd çəmən-boz torpaqlar 610,5 ha və ya 0,2% ; allüvial çəmən-boz torpaqlar 4276,4 ha və ya 1,5%; ibtidai çəmən-boz torpaqlar; açıq çəmən-boz torpaqlar 71419,85 ha və ya 24,3%; suvarılan açıq çəmən-boz torpaqlar 24554,3 ha və ya 8,3%; qədimdən suvarılan açıq çəmən-boz torpaqlar 32500,05 ha və ya 11%; adi-boz torpaqlar 2572,4 ha və ya 1,0%; suvarılan adi-boz torpaqlar 2055,4 ha və ya 1,0%; açıq çəmənləşmiş-boz torpaqlar 403,9 ha və ya 0,1%; boz-qonur torpaqlar 1645,6 ha və ya 0,6%;suvarılan boz-qonur torpaqlar 324,3ha və ya 0,1%; yuyulmuş allüvial çəmən meşə torpaqlar 181 ha və ya 0,1%; karbonatlı allüvial çəmən-meşə torpaqlar 23,7 ha və ya 0,01% əraziləri təşkil edir.
ƏDƏBİYYAT
-
Babayev M.P., Həsənov V.H. Azərbaycan torpaqlarının müasir təsnifatı və nomenklaturasının nəzəri əsasları (metodik tövsiyə). Bakı, 2001, 32 s.
-
Hüseynov Ə.İ.Cənubi Mil düzü zonasının torpaq fondunun quruluşu. / Aqronomluq və Texnologiya fakultəsinin elmi əsərlər torlusu. Bakı 2003 s. 152-153.
-
Məmmədov Q.Ş., Cəfərov F.Ü., Yaqubov Q.Ş. Mil-Qarabağ düzənliyinin torpaq örtüyünün bəzi ekoloji xüsusiyyətləri. / Akad. H.Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın tezisləri. Bakı, 2002. s.170-172.
-
Салаев М.Е. Диагностика и классификация почв в Азербайджане. Баку: Элм, 1991, с.224-226.
УДК 631.4
Анализ почвенного покрова Миль-Муганской зоны
К.с.х.н. Гусейнов А.И.
РЕЗЮМЕ
Среди природных богатсв республики особое место занимают земельные ресурсы. Рациональное использование земель, охрана земельных ресурсов, повышение полодородности почв имеет важное значение для обеспечения население необходимыми сельскохозяйственными продуктами.
The analysis of soil cover of Mil – Muqan,s zone
Quseynov A.I.
SUMMARY
Land resources have a special place among natural resources of the republic. Rational use of the launds, protection of land resources, improvement of quality of land have great value for maintenance the population with necessary agricultural products.
UOT 63:54
AZƏRBAYCANDA AQROKİMYA ELMİNİN TARİXİ İNKİŞAFI VƏ PROBLEMLƏRİ
Kənd təsərrüfatı elmləri doktoru, prof. F.H.Axundov
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan əhalisi qədimdən ovçuluqla, heyvandarlıqla və əkinçiliklə məşğul olmuşdur. Gübrə kimi yalnız peyindən istifadə etmişlər. 1875-ci ildə Həsən bəy Zərdabi redaktoru olduğu “Əkinçi” qəzetində torpağı daha məhsuldar etmək üçün peyin tətbiq edilməsini məsləhət görmüşdür.
XIX əsrin əvvəlində alman alimi Teyerin humus nəzəriyyəsi meydana gəlir. O, belə hesab edir ki, humus bitkilər üçün yeganə qida mənbəyidir. Lakin humusun molekulyar çəkisi ağır olduğundan bitki kökləri tərəfindən udulmur.
1840-cı ildə digər alman alimi Libix ilk dəfə olaraq özünün mineral qidalanma – ion nəzəriyyəsini irəli sürmüşdür. Burada qida ionları kök əmici tellərlə intensiv adsorbsiya-mübadilə ilə daxil olunur. O, göstərirdi ki, bitkilər tərəfindən aparılan qida maddələri mütləq torpağa qaytarılmalıdır. Bu qayda elm aləmində “minimum qanunu” adı ilə məşhurlaşdı. Libix “minimum” qanununda azotun qaytarılmasını yağmurlarla gələn miqdarla kifayətlənirdi. 1843-cü ildə İngiltərədə Rotamsted təcrübə stansiyasının əsasını qoyan Looz qeyd edirdi ki, bitkilərə mütləq azot gübrəsinin verilməsi vacibdir. XIX əsrin ortalarında Avropada və Amerikada təbii yolla əmələ gələn Çili şorası NaNO3 kənd təsərrüfatında və partladıcı maddə istehsalında geniş istifadə olunurdu. Azotun torpağa qaytarılmasını fransiz alimi Bussenqo da göstərmişdir. K.A.Timiryazev Libixin yazdıqlarını böyük elmi kəşf adlandırmışdır. Onun ölməz əməyini yüksək qiymətləndirmişdir. Bununla da aqrokimya elminin inkişafı bilavasitə bitkilərin mineral qidalanmasının öyrənilməsi ilə əlaqədar olmuşdur.
Tarixə nəzər yetirdikdə dünya əkinçiliyində məhsuldarlıq çox aşağı idi. 1800-cü ildə taxıl 7 s/ha, Almaniyada çovdar 8,5 s/ha, vələmir 5,6 s/ha, ot 14 s/ha, Rusiyada 1909-1913-cü illərdə dənli bitkilər – 6,9 s/ha olmuşdur. Əksər ölkələrdə çörək, ərzaq qıtlığı hökm sürürdü. Təbii münbitlik bundan artıq məhsul verə bilmirdi. Çünki üzvi maddələrin 85-90%-ni təşkil edən humusun minerallaşması zəif gedir, lakin daimidir. Çoxillik təcrübələrdə gübrəsiz variantda 30-50 il ərzində humusun miqdarı ümumidən 25-30%-ə qədər azalır. Torpağın 0-20 sm qatında 1 ha-da 6-7 sent. humus minerallaşır. Humus minerallaşanda təmiz herikdə 1 ha-da 100-120 kq nitrat azotu əmələ gəlir. Məhsulla aparılan qida maddələrinin miqdarı bərpa olunmurdu. Geniş sahələrdə üzvi gübrələrin verilməsi çatmırdı. Bu boşluğu doldurmaq üçün sənaye gübrələrinin istehsalı zəruriliyi meydana gəldi. Fosfor və kalium tərkibli aqrokimyəvi mədənlərin arealı öyrənildi, yeni zavodlar inşa edildi, mineral gübrələr istehsal olunmağa başladı. Fransız alimi Lavuaze ilk dəfə havanın tərkibini öyrənərkən 78% azot olmasını müəyyən etdi. Polşa alimi Lindenin üsulu ilə hava yüksək temperatura və təzyiqdə sıxılaraq maye azot alındı və gübrə istehsalı üçün istifadə olundu. Beləliklə, kənd təsərrüfatının kimyalaşdırılması əsri başlandı, məhsul istehsalı qıtlığına son qoyuldu.
Mineral gübrələrin istehsalı ilə yanaşı yeni aqrokimyəvi stansiyalar, elmi-tədqiqat institutları, çöl, vegetasiya, laboratoriya tədqiqat işləri aparıldı. Bununla da gübrələrin tətbiqinə zəmin yarandı.
Knop, Saks və başqaları XIX əsrin 50-ci illərində azməhsuldar torpaqlarda su və qum kulturalarında kimyəvi maddələr qatmaqla kənd təsərrüfatı məhsulları almışlar. Helrigel paxlalı bitkilərin kök yumurcuqları ilə havadan sərbəst azot fiksə etməsini müəyyən etmişdir.
Keçimiş sovetlər dövründə aqrokimya elminin inkişafında D.İ.Mendeleevin, K.A.Timiryazevin, D.N.Pryanişnikovun, A.V.Sokolovun, F.V.Turçinin, T.N.Kulakovskayanın, V.Q.Mineyevin, A.V.Peterburqskinin, Azərbaycan alimlərindən C.M.Hüseynovun, Ə.N.Güləhmədovun, R.Q.Hüseynovun, M.İ.Cəfərovun, Z.R.Mövsümovun, F.H.Axundovun, P.B.Zamanovun, B.Q.Şəkurinin, H.R.Xəlilovun, N.Ə.Ağayevin, T.Ə.Əliyevin və başqalarının böyük xidmətləri olmuşdur. Bunların yaratdıqları aqrokimya məktəbi müvəffəqiyyətlə davam edir: D.N.Pryanişnikovun (elmi rəhbəri K.A.Timiryazev), C.M.Hüseynovun (elmi rəhbəri D.N.Pryanişnikov), F.H.Axundovun (elmi rəhbəri F.V.Turçin) və başqalarının yüksəkixtisaslı kadrların hazırlanmasında zəhmətləri böyükdür.
Azərbaycanda aqrokimyanin bir elm kimi əsas inkişaf tarixi 1925-ci ildə başlamış və bu sahədə Azərb.E.T. Pambıqçılıq İnstitutunun aqrokimya şöbəsi və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqrokimya kafedrası əsas rol oynamışdır. AKTİ-də ilk dəfə olaraq 1963-cü ildən “Aqrokimya və torpaqşünaslıq” ixtisası üzrə tələbə qəbulu keçirilmişdir.
Aqrokimya sahəsində aparılan tədqiqatları dərinləşdirmək və genişləndirmək məqsədilə keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının 1934-cü ildə təşkil edilmiş Torpaqşünaslıq bölməsi tərkibində 1941-ci ildə Aqrokimya şöbəsi yaradılmışdır. 1945-ci ildə SSRİ-də aqrokimya elminin banilərindən olan akademik D.N.Pryanişnikovun bilavasitə iştirakı ilə torpaqşünaslıq bölməsi əsasında Aqrokimya və Torpaqşünaslıq İnstitutu yaradıldı. Bu İnstitut sonradan respublikada aqrokimya elminin aparıcı təşkilatına və koordinatoruna çevrildi və institutun əməkdaşları aqrokimyanın bütün sahələrini inkişaf etdirməyə başladılar [1,2,3].
Aqrokimyəvi tədqiqatlarda kənd təsərrüfatı bitkilərindən yüksək, bol məhsul əldə etməklə yanaşı, keyfiyyətli ekoloji saf məhsul almaq da əsas şərtdir. Bitkiçilik məhsulları əsas kimyəvi elementlərin bitki orqanizmində müəyyən nisbətdə sintezi nəticəsində əmələ gəlir. Buna görə də bitkilərin qida maddələrinə olan tələbatı öyrənilməklə yanaşı, həmin tələbatı maksimum miqdarda ödəmək lazımdır. Lakin təbii şəraitdə torpaq buna qadir deyildir. Əhalinin ərzaq məhsullarına olan tələbatını daima ödəmək üçün süni gübrələrdən geniş istifadə etmək lazımdır. Aqrokimyanın əsasını təşkil edən torpaq, gübrə, bitki üçbucağının bir-biri ilə sıxı əlaqəsi, ayrı-ayrı qida maddələrinin effektliyinin müəyyən edilməsi Azərbaycanda yaradılmış aqrokimyaçılar məktəbinin çox geniş və hərtərəfli fəaliyyəti nəticəsində alınmışdır.
Gübrələrin tətbiqinin səmərəsini artırmaq üçün bitkilərin inkişaf mərhələsi dövründə verilməsi, ayrı-ayrı gübrələrin torpaqda miqrasiyası nəzərə alınır. Fosfor və kalium gübrələrinin əsas şum altına, azot gübrələrinin yemləmədə verilməsi məqsədəuyğun sayılır. Əsas şum altına verilən gübrələr torpağın dərin nəmli qatına düşərək bitkini vegetasiyanın ikinci mərhələsində qida elementləri ilə tam təmin edir, yüksək məhsul alınır. Azot gübrələrinin yemləmədə gec verilməsi, xüsusilə tərəvəz və bostan bitkilərində, meyvədə nitratların toplanmasına səbəb olur, bu da arzuolunmaz haldır. Meyvə əmələ gələn dövrdə azot gübrələrinin verilməsi qadağandır (2).
Mineral gübrələrin satış qiymətinin yüksək olmasına baxmayaraq kənd təsərrafatı bitkilərinə tətbiqi artıq məhsula görə dəfələrlə əlavə gəlir verir. Yeni üsulda gübrələr yuvaya, cərgəvi və ya lokal verilir. Burada məqsəd alaq otlarını deyil, becərilən bitkiləri gübrələməkdir. Bu üsulda mineral gübrələrin tətbiqinə 30-50% qənaət etmək mümkündür [4].
Son illərdə gübrələrin balans üsulunda tətbiqi də tövsiyə olunur. Bu üsulda əsas qida elementlərinin (NPK) mənfi və müsbət xüsusiyyətləri tam öyrənilir. Torpağa daxil olmalar: atmosfer çöküntüləri ilə, suvarma suları, paxlalı bitkilərin kökyumruları vasitəsilə azot fiksə etməsi, kök və kövşən qalıqları ilə, gübrələrlə; torpaqdan aparmalar: əsas və əlavə məhsulla, lizimetrik sularla miqrasiya, qaz formalı itkilər, izotop təcrübələrlə verilmələr, torpaqda çətin mənimsənilən formada NPK-nın udulması və sair öyrənilir. Balansın mənfi və müsbət xüsusiyyətlərini nəzərə almaqla gübrə normalarına düzəlişlər verilir. Eyni ilə dəyişkənlik sələf bitkilərindən sonra becərilən bitkilərə də şamil edilir. Paxlalı bitkilərin əkinlərinə də geniş sahələr ayrılır.
Mineral gübrələrlə yanaşı mikroelementlərin də tətbiqi tövsiyə olunmuşdur. Makro və mikro elementlərin torpaqda təmin olunmasına dair dərəcə tərtib edilmişdir. Bu da aqrokimyəvi kartoqramların tərtibinə dair xəritələrin hazırlanamsına yardım edir. Nəticədə gübrələrdən düzgün və səmərəli istifadəyə zəmin yaranır.
Kənd təsərrüfatında indiki islahatlar mərhələsində aqrokimyaçılar qarşısında duran mühüm vəzifə torpaqların münbitlik səviyyəsinin öyrənilməsi, vahid torpaq sahəsindən daha çox məhsul götürmək üçün tədbirlər hazırlanması, onlardan səmərəli istifadə yollarının araşdırılmasıdır.
Do'stlaringiz bilan baham: |