Use from him the selection of synthesis of the kind and resynthesis
T.M.Abbasova, E.Z.Bachshelizade,
A.V.Quliyeva, P.A.Tanriverdiyeva
SUMMARY
Some village of the plants of economy (farm), including tobacco, soft wheat, cotton, plum, cabbage and so on shows resintezy of the plants that resintez not only to (the) theoretical importance, big (elder, great) tajrubavy at the same time has (the) importance. Creation from plants of agriculture being (was/were) in the nature of good, new synthetical sortlarin gets up (stands, stops) as (like) cardinal problem opposite. Work of experiment have begun this purpose to plants to (the) illnesses and cold in the area of to include genomlar differing (differed) with (the) durable productivity. It is/are possible to get kind (of)s of new plant at present with/by these methods.
UOT 68.37
AZƏRBAYCANDA BECƏRİLƏN ÇƏLTİK SORTLARININ BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ YAŞIL CIRCIRAMA (CICADELLA VIRIDIS L.) TƏRƏFİNDƏN SİRAYƏTLƏNMƏSİ
Akademik S.R.Məmmədova
Alim-aqranom Q.Q.Məmmədov
Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu
Çəltik qiymətli dənli bitkidir və onu yetişdirən ölkələrin taxıl-ərzaq balansında əhəmiyyətli rol oynayır. Çəltik məhsuldarlığına görə dənli-taxıl bitkiləri arasında dünya miqyasında birinci yeri tutur. Çəltik dünyada yaşayan əhalinin yarısı üçün əsas ərzaq hesab olunur.
Azərbaycanda çəltikçiliyin tarixi çox qədimdir. Respublikamızın ayrı-ayrı bölgələrində, o cümlədən Gəncə-Qazax, Şirvan, Lənkəran-Astara və Şəki-Zaqatalada əkilib becərilmişdir. Xalq arasında qiymətli çəltik sortları yetişdirilmişdir. Lakin son 30 ildə Azərbaycanda çəltikçilik unudulmuş sahəyə çevrildi və qiymətli çəltik sortları itirildi [1].
Çəltik taxıllar fəsiləsinə, oriza cinsinə, sativa növünə aiddir. Çəltiyin kök sistemi saçaqlıdır və torpağın 30 sm qatında yaxşı inkişaf edir. Gövdəsi küləş olmaqla 60-130 sm hündürlüyündə, buğumaraları 7-8 ədəd olur. Yarpaqları uzun, ensiz, tüklü, yaşıl, çəhrayı, qırmızı və qara rəngə çalır.
Çiçək qrupu süpürgədir, hər süpürgədə orta hesabla 50-300 ədəd sünbülcük olur. Sünbülcüyü birevli olub, özü-özünü tozlayan bitkidir. Dəni ağ, qırmızı və ya bozumtul rəngdə olur.
Çəltik toxumlarının cücərməsi üçün torpağın üst qatında hərarət 12-130C olmalıdır. Çəltiyin sonrakı inkişaf fazası üçün orta hesabla 20-220C, dənin süd və mum yetişmə fazası üçün 21-260C istilik olmalıdır. Çəltiyin sort xüsusiyyətindən asılı olaraq vegetasiya müddəti 95-140 gün arasında dəyişir.
Uzun müddət suya basdırılma tələb edən sortlar respublikanın şoran torpaqları üçün əlverişli sortlar hesab edilir. Çünki həmin torpaqlarda çəltik becərməklə həm şoranlıq yuyulur, həm də yüksək məhsul əldə edilir.
1.Azros-637 çəltik sortu Gəncə-Qazax və Lənkəran-Astara böləsində rayonlaşdırılmışdır. Süpürgəsi qılçıqsız, çiçək pərdələri küləşi-sarı rəngdədir, dənləri ağdır. 1000 dənin çəkisi 34-36 qramdır. Düyü çıxımı 75-ə qədərdir. Zərərvericiyə qarşı orta dərəcədə davamlıdır.
2.Əmbərbu - Azərbaycanın yerlı sortudur. Lənkəran-Astara və Şəki-Zaqatala bölgəsində əkilib becərilir. Kolun forması sıx, süpürgəsi sallaqdır. Bitkilərin hündürlüyü 100-110 sm, süpürgənin uzunluğu 20-22 sm-dir. Yerə yatmağa və dənlərin tökülməsinə davamlıdır. Orta müddətdə yetişən sortlar qrupuna aiddir. 1000 dənin çəkisi 30-32 qramdır. Ziyanvericilərə qarşı davamlılığı orta dərəcədədir.
3.Bezost sortu Şirvan və Lənkəran-Astara bölgəsində əkilib becərilir. Sortda süpürgə yığcam və sallaqdır, mineral gübrələrə çox tələbkardır, yüksək keyfiyyətli və məhsuldar sortdur. 1000 dənin çəkisi 32-36 qramdır, dəni şüşəvaridir. Bezost sortunun vegetasiya müddəti 87-109 gündür. Bu sort zərərvericiyə və xəstəliklərə orta dərəcədə davamlıdır.
4.Xəzri sortunun sünbülləri qılçıqsız, çiçək pulcuqları samanı-sarı, dəni ağdır. Kolun forması çox yığcam, süpürgəsi sallaq, sıx və uzundur. 1000 ədəd dənin çəkisi 33-35 qramdır. Xəzri sortu istiyə tələbkardır, gec yetişəndir və yüksək məhsul verir. Gəncə-Qazax və Şəki-Zaqatala bölgəsində əkilir. Zərərvericiyə qarşı davamlılığı orta dərəcədədir, xəstəliyə qarşı davamlılığı yüksəkdir.
5.Ağçilə sortu Gəncə-Qazax, Lənkəran-Astara, Şirvan və Şəki-Zaqatala bölgəsində əkilir. Gövdəsi yoğundur, yerə yatmır, məhsuldar sortdur, tez inkişaf edir, süpürgəsi sallaq olur. 1000 ədəd dənin çəkisi 30-35 qramdır. Ağçilə sortunun zərərvericilərə qarşı davamlılığı yüksək dərəcədədir.
6.Krasnodar-424 sortunun sünbülcüyü qılçıqsız, çiçək pulcuqları küləşi-sarı, dəni ağ rənglidir. Süpürgəsi yığcam, azacıq əyiləndir. 1000 ədəd dənin çəkisi 31-34 qramdır. Dənləri yerə tökülməyə davamlıdır. Gəncə-Qazax və Şirvan bölgəsində əkilir. Zərərvericiyə qarşı davamlılığı orta dərəcədədir.
7.220 çəltik sortunun sünbülcüyü qılçıqsız, çiçək pulcuqları və qılçıqları küləşi-sarı, dəni ağdır. 1000 ədəd dənin çəkisi 31-36 qramdır. Şirvan və Şəki-Zaqatala bölgəsində əkilir. Gec yetişən sortdur. Zərərvericiyə qarşı davamlılığı orta dərəcədədir.
8.Spidor sortunun süpürgəsi 21-24 sm uzunluğunda, yaxşı budaqlanan, orta sıxlıqdadır və dəni ağ rəngdədir. Çiçək pulcuqlarının üzəri zəyif tüklüdür. 1000 ədəd dənin çəkisi 35-38 qramdır. Şirvan, Lənkəran-Astara və Şəki-Zaqatala bölgəsində əkilir. Yüksək məhsuldar sortdur. Zərərvericilərə qarşı yüksək dərəcədə davamlıdır.
9.Həsəni sortunun sünbülcüyü qılçıqlı, qılçıqları küləşi-sarı, dəni bozumtul rəngdədir. Dənləri yerə tökülməyə qarşı davamlıdır. 1000 ədəd dənin çəkisi 33-35 qramdır. Lənkəran-Astara və Şəki-Zaqatala bölgəsində əkilərək hər hektardan orta hesabla 40-46 sentner məhsul verir. Zərərvericilərə qarşı davamlılığı orta dərəcədədir.
10.Spalçik sortunun sünbülcüyü qılçıqlı, çiçək pulcuqları küləşi- sarı, dəni bozumtul rəngdədir. 100 ədəd dənin çəkisi 29-31 qramdır. Şirvan bölgəsində əkilərək hər hektardan 38 sentner məhsul verir. Zərərvericiyə qarşı davamsızdır.
1991-ci ildən dənli taxıllar və çəltik sahələrinin ildən-ilə artırılmasina xüsusi diqqət yetirilir. Çəltik əkinlərindən bol və keyfiyyətli məhsul əldə edilməsində aqrotexniki tədbirləri həyata keçirməklə yanaşı zərərverici və xəstəliklərə qarşı davamlı sortların yetişdirilməsi mühüm məsələlərdən biridir. Mübarizə tədbiri aparılmayan çəltik sahələrində zərərvericilər tərəfindən məhsul itkisi 20-30% olur.
Müşahidə-hesabat nəticəsində aydın olur ki, yaşıl cırcırama (Cicadella viridis L.) bütün çəltik əkinlərində geniş yayılaraq ayrı-ayrı sortları müxtəlif dərəcədə zədələyir [2,3].
1993-2005-ci illər ərzində çəltik aqrosenozunda aşkar olunan zərərvericilər arasında ən geniş yayılanı və mənfi təsərrüfat əhəmiyyətə malik olanı yaşıl cırcıramadır. Respublikanın ayrı-ayrı təsərrüfatlarında Samux rayonunun Yeni kənd kəndinin fermer təsərrüfatı; Ağdaş rayonunun Mürsəl kəndinin fermer təsərrüfatı; Lənkəran rayonunun Boladı, Türkəkəran kəndlərinin fermer təsərrüfatı; Şəki rayonunun Qışlaq, Baltalı kəndlərinin fermer təsərrüfatlarında müxtəlif çəltik sortlarında müşahidə-hesabat işləri aparılmışdır. Yaşıl cırcırama tərəfindən çəltik bitkisinin vegetativ və generativ orqanlarının zədələnmə faizi, zədələnmə dərəcəsi və zədələnmə intensivliyinin orta balı müəyyənləşdirilmişdir.
Yaşıl cırcırama tərəfindən Azros-637 çəltik sortunun orta hesabla zədələnmə faizi 22,9%, zədələnmə dərəcəsi 6,9%, zədələnmə intensivliyinin orta balı 4,2 olmuşdur. Ənbərbu çəltik sortunun orta hesabla zədələnmə faizi 23,8%, zədələnmə dərəcəsi 8,4%, zədələnmə intensivliyinin orta balı 4,6 olmuşdur. Krasnodar-424 çəltik sortunun orta hesabla zədələnmə faizi 22,8%, zədələnmə dərəcəsi 6,8%, zədələnmə intensivliyinin orta balı 3,5 olmuşdur. Spalçik çəltik sortunun zədələnmə faizi orta hesabla 24,5%, zədələnmə dərəcəsi orta hesabla 8,3%, zədələnmə intensivliyinin orta balı 4,0 olmuşdur. Ağçilə çəltik sortunun zədələnmə faizi orta hesabla 13,9%, zədələnmə dərəcəsi orta hesabla 4,5%, zədələnmə intensivliyinin orta balı 2,5 olmuşdur. Bezost çəltik sortunun zədələnmə faizi orta hesabla 22,9%, zədələnmə dərəcəsi orta hesabla 6,6%, zədələnmə intensivliyinin orta balı 4,1 olmuşdur.
Xəzri çəltik sortunun zədələnmə faizi orta hesabla 21,5%, zədələnmə dərəcəsi orta hesabla 6,1%, zədələnmə intensivliyinin orta balı 3,4 olmuşdur. Spidor çəltik sortunun orta hesabla zədələnmə faizi 16,1%, zədələnmə intensivliyinin orta balı 3,2, zədələnmə dərəcəsi orta hesabla 5,1% olmuşdur. 220 çəltik sortunun orta hesabla zədələnmə faizi 19,6%, zədələnmə intensivliyinin orta balı 3,1, zədələnmə dərəcəsi orta hesabla 6,0% olmuşdur. Həsəni çəltik sortunun zədələnmə faizi orta hesabla 20,4%, zədələnmə intensivliyinin orta balı 3,9 və zədələnmə dərəcəsi orta hesabla 5,8% olmuşdur [4].
Cədvəl
Azərbaycanda müxtəlif çəltik sortlarının yaşıl cırcırama
(Cicadella viridis L.) ilə sirayətlənməsi
Sortlar
|
Bitkilərin sayı, ədədlə
|
Müxtəlif çəltik sortlarının yaşıl cırcırama ilə sirayətlənməsi
|
Ümumi sirayətlənmə, %-lə
|
Zədələnmə intensivliyinin orta balı, balla
|
Zədələnmə dərəcəsi, %-lə
|
Azros-637
|
100
|
22,9
|
4,2
|
6,9
|
Ənbərbu
|
100
|
23,8
|
4,6
|
8,4
|
Krasnodar-24
|
100
|
22,8
|
3,5
|
6,8
|
Spalçik
|
100
|
24,5
|
4,0
|
8,3
|
Ağçilə
|
100
|
13,9
|
2,5
|
4,5
|
Xəzri
|
100
|
21,5
|
3,4
|
6,1
|
Bezost
|
100
|
22,9
|
4,1
|
6,6
|
Spidor
|
100
|
16,1
|
3,2
|
5,1
|
220
|
100
|
19,6
|
3,1
|
6,0
|
Həsəni
|
100
|
20,4
|
3,9
|
5,8
|
ƏDƏBİYYAT
1. Məmmədova S.R., Xəlilov B.B. Kənd təsərrüfatı entomologiyası. Bakı: Maarif, 1986, s. 372.
2. Бей-Биенко Г.Я. Общая энтомология. М.: Высшая школа, 1966, 495 с.
3.Касянов А.И. Сроки и условия проведения первычных испитании инсектицидов против рисовои цкады. Бюллетень научно- технической информачии всесоюзнаого научно исследовательского института риса. вып. 32. Краснодар, 1984, 74 с.
4.Курбанов Г.К., Кадыров А.М. Семеноводство и сорта риса. Ташкент: Мехнат, 1986, 72 с.
УДК 68.37
Биологические особенности сортов риса, выращиваемых в условиях Азербайджана и повреждение их зеленой цикадкой
Академик Мамедова С.Р.
Ученый-агроном Г.Г.Мамедов
РЕЗЮМЕ
Рис является ценной продовольственной культурой. Он играет важную роль в обеспечении населения продуктами питания. При выращивании риса огромное значение имеет выбор устойчивых сортов против вредителей и болезней в условиях Азербайджана.
В наших условиях широко распространена зеленая цикадка. Поэтому при исследованиях уточнены устойчивость сортов риса против зеленой цикадки. Опыты показали, что сорт Агчила явлается устойчивым против этого вредителя. Поврежденность сорта Агчила составляет 13,9 %. Спальчик является восприимчивым сортом и процент поврежденности вредителем равен к 24,5 процентам.
Biological peculiarity of rice, growing in the Azerbaijan climatic condition
and its damage with Cicadella viridis L
Academician S.R. Mamedova
Scientific: G.G. Mamedov
SUMMARY
Rice is important crop for providing population with goods. At growing of rice is needed to select resistant sorts against pests and diseases in the Azerbaijan climatic condition.
The Cicadella viridis L. is widly speeded. Some sorts of rice (for example Agchila) is resistant against Cicadella viridis L.. But sort of Spalchic is susceptible to Cicadella viridis L..
UOT 634.8:632
ÜZÜMLÜK EKOSİSTEMİNDƏ BİTKİDƏ YAŞAYAN GƏNƏLƏR HAQQINDA
Biologiya elmləri namizədi C.S.Baxışov
Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Respublikası üzümçülüyün inkişaf etdirilməsi üçün əlverişli təbii-iqtisadi şəraitə malikdir. Bu, Böyük Qafqazın dağ silsiləsinin respublikanın cənub-şərq hissəsini soyuq küləklərdən qoruması, günəş şualarının və istiliyin bolluğu, qışın mülayim keçməsi, yararlı torpaq və suvarma mənbələrinin olması, əhalinin uzun illər boyu üzümçülük üzrə topladığı təcrübə, habelə digər şərtlərin olması ilə əlaqədardır.
Üzümçülük respublikamızın kənd təsərrüfatında yüksək məhsuldarlığı və istehlak dəyəri cəhətdən faydalı olmasına görə fərqlənir. Çünki üzüm dadlı qida maddəsidir və sənaye üçün xammaldır. Üzüm giləsinin tərkibində 16-25%-dən çox şəkər vardır. O, çoxlu üzvi, mineral maddələr və vitaminlərlə zəngindir. Bundan başqa, üzüm böyük müalicəvi əhəmiyyətə də malikdir. Belə ki, o, ürək əzələsini möhkəmləndirir, bəzi zərərli bakteriyaları məhv edir, bağırsaq və qara ciyərdə toplanan zəhərli maddələri zərərsizləşdirir, qanda sidik cövhərinin azalmasına kömək edir, orqanizmdə duzların toplanmasına mane olur [2].
Respublikamızın əhalisini təzə üzümlə təmin etmək üçün hazırda adambaşına istehsalın, normadan çox aşağı olduğunu nəzərə alma vacibdir. Keçmiş SSRİ Tibb Elmlər Akademiyası Qida İnstitutunun müəyyən etdiyi normaya görə, respublikamızın əhalisi üçün hər il orta hesabla 120 min tondan çox süfrə üzümü istehsal etmək lazım gəlir. Qeyd etmək lazımdır ki, hazırda reqionların sosial-iqtisadi proqramına uyğun olaraq, respublikamızda üzüm sahələri genişlənir, yeni üzüm plantasiyaları salınır.
Onu da qeyd etmək lazımdır ki, hazırda və gələcəkdə üzüm plantasiyalarından yüksək və keyfiyyətli məhsul götürmək üçün digər aqrotexniki tədbirlərlə yanaşı, üzümün zərərvericiləri, xəstəlikləri və alaqlarına qarşı səmərəli mübarizə tədbirləri aparmaq işinin də mühüm əhəmiyyəti vardır.
Respublikamızın Gəncə-Qazax bölgəsi şəraitində, üzümün ən qorxulu zərərvericilərindən biri də bitkidəyaşayan gənələr hesab olunur. Üzümlük ekosistemində ziyankar konsument orqanizm olan gənələrin tərəfimizdən 5 növü (Adi hörümçək gənəsi, Qırmızı meyvə gənəsi, Bağ hörümçək gənəsi, Türküstan hörümçək gənəsi, Üzüm fır gənəsi) müəyyən edilmişdir ki, onların da arasında ən geniş yayılanı və ziyanlısı Bağ hörümçək gənəsidir (Schizotetranuchus pruni Oudms). Bağ hörümçək gənəsinin də daxil olduğu Tetranychidal fəsiləsinin gənələri kiçik ölçüdə (300-500mk) olub, bədənlərinin böyük hissəsi açıq-yaşıl, sarımtul və ya qonur rəngdədir [1].
Ədəbiyyat məlumatlarına görə Bağ hörümçək gənəsi Ukraina respublikasında da üzümün əsas zərərvericilərindən biri hesab olunur [3].
Müşahidələrlə müəyyənləşdirilmişdir ki, yuxarıda qeyd olunan gənələrin sürfələri və yetkin fərdlər üzüm tənəyinin yarpaqlarının alt tərəfində yerləşməklə, hüceyrə şirəsini sorur, nəticədə, yarpaqların gənələr tərəfindən sorulmuş yerlərində əvvəlcə sarımtıl nöqtələr yaranır. Həmin nöqtələr böyüyərək ləkələrə çevrilir. Bunun nəticəsində yarpaqlar vaxtından çox əvvəl tamamilə saralır, fotosintez prosesi pozulur. Üzüm tənəyi yarpaqlarının 50%-dən çox gənələrlə zədələnməsi nəticəsində məhsul itkisi 20-30% təşkil edir, gilələrdə şəkərlilik isə 8% aşağı düşür.
Tədqiqatlarımızda müəyyənləşdirilmişdir ki, vegetasiya müddətində gənələrin üzüm tənəyində yaruslar üzrə yayılması ilin fəsillərindən asılı olaraq dəyişir. Göstərilən məsələni öyrənmək üçün vegetasiya müddətində üzüm tənəyinin yer səthindən 0-40sm: 40-80sm: 80-120sm və 120-160sm hündürlüklərdə, hər ayda bir dəfə olmaqla 10 yarpaqdakı gənələr sayılmışdır. Nəticədə müəyyənləşdirilmişdir ki, vegetasiyanın əvvəllərində gənələr və onların sürfələri tənəyin aşağı yaruslarında daha çox yayılır. Yayın istilərinin düşməsi və aşağı yaruslardakı yarpaqların öz zərifliyini itirməsi (qalınlaşması), gənələrin tənəyin yuxarı yaruslarına miqrasiya etmələrinə səbəb olur. Belə ki, may ayının 15-də baxılmış üzüm tənəyinin 10 yarpağında, yer səthindən 0-40sm hündürlükdə 77; 40-80sm hündürlüyündə 60; 80-120sm hündürlüyündə 22; 120-160sm hündürlüyündə isə 20 gənə fərdləri tapıldığı halda, avqustun 15-də aparılmış hesabatlarda həmin rəqəmlər müvafiq olaraq 508;685;826 və 1052 fərd təşkil etmişdir.
ƏDƏBİYYAT
1.Лившиь И.З. Митрофонов В.И. Расстениеобитающие клещи. / Государственный Никитский Ботанический сад. Труды, том LXVI. Ялта, 1975, 180 с.
2. Süleymanov C.S., Məmmədov R.Ə. Üzümçülük. Bakı: Maarif, 1982, 384 s.
3. Под редакцией Васильева В.П. Вредители сельскохозяйственных культур и лесных насаждений. Киев: Урожай, 1975, 526 c.
УДК 634.8:632
О растениеобитающих клещях в экосистеме виноградника
Бахышов Дж.С.
Кандитат биологических наук
РЕЗЮМЕ
В экосистеме виноградника нами выявлены 5 видов растениеобитающих клещей, среди которых широко распространенным и наиболее вредоносным является Садовый паутинный клещ (Schizotetranuchus pruni Oudm).
Исследованиями установлено, что в начале вегетаьионного периода, клещи больше распространены на нижних ярусах (0-40см и 40-80см) виноградной лозы. Однако, в связи с наступлением летней жары и уменьшением сочности нижних листьев, клещи мигрируют в верхнюю часть лозы.
In plants living ticks in ekosystem of grape yard
Cand.biol.scien. Bakhishov J.S.
SUMMARY
In ecosystem are revealed 5 kinds of plants living ticks. Which widely spreaded and more harmful are Schizotetranuchus pruni Oudm.
In our researches it is established that in the beginning of vegetation period the ticks are widely spreaded in bottom circles from (0-40sm to 40-80 sm) grape branches and with the approach of summer heat and redustion of juiciness of bottom leaves ticks migrated to the top parts.
UOT 631.4
MİL-MUĞAN ZONASININ TORPAQ ÖRTÜYÜNÜN TƏHLİLİ
Kənd təsərrüfatı elmləri namizədi Ə.İ. Hüseynov
Azərbaycan Dövlət Aqrar Universiteti
Giriş
Respublikamızın təbii sərvətləri içərisində torpaq ehtiyatlarının xüsusi yeri vardır. Əhalinin ərzaq məhsullarına olan təlabatının ödənilməsində torpaqlardan daha səmərəli istifadə olunması, torpaq ehtiyatlarının qorunması və münbitliyinin artırılması böyük aktuallıq kəsb edir. Lakin son onilliklərdə respublikamızda kənd təsərrüfatının inkişafı, insanın təsərrüfat fəaliyyəti ilə bağlı təbii landşaft komplekslərinin və torpaq örtüyünün transformasiyası geniş miqyas almışdır.
Tədqiqat obyekti
Tədqiq edilən zona Kür və Araz çayları arasıında yerləşməklə relyefi düzən və qismən təpəli, iqliminin quru və isti olması ilə seçilir. Tədqiqat aparılan zonanın böyük olmasına və dəniz səviyyəsindən 42,5 m-dən 72,5 m-ə qədər yüksəklikdə yerləşməsinə baxmayaraq, ərazinin torpaq örtüyü həm fiziki-kimyəvi tərkibinə görə, həm də bitki altında istifadəyə görə çox mürəkkəbdir. Bu torpaqların əmələ gəlməsində relyef, iqlim, bitki örtüyü, torpaq əmələ gətirən süxurlar, qrunt suyu və s. əsas rol oynamışdır.
Tədqiqatın metodikası
Mil – Muğan zonasının geniş miqyasda torpaq-tədqiqat işlərinə əsasən keçən əsrin 40-50-ci illərində başlanmışdır. Sonrakı illər Mil düzü torpaqlarının tədqiqində M.E.Salayev, M.P.Babayev, Q.Ş.Məmmədov və digər tədqiqatçıların da böyük rolu olmuşdur. [1,2,3,4].
Zona daxilində əsasən adi boz, çəmən-boz, açıq çəmən-boz və çəmənləşmiş-boz və s. Torpaqlar yayılmışdır. Burada torpaq əmələ gətirən süxurlar narın tərkibli qədim-allüvial və çayların gətirdiyi digər çöküntülərdən, həmçinin qonşu təpəliklərdən gətirilən dellüvial və prollüvial çöküntülərdən ibarətdir. Torpaqda rütubət az olduğu üçün bitki zəif inkişaf etmiş yovşan və yovşan şoran tərkibli və başqa formasiyalardan ibarətdir. Zonanın iqlim-bitki şəraiti ilə əlaqədar burada adi-boz, çəmən-boz açıq-çəmən-boz və çəmənləşmiş-boz torpaqlar üstünlük təşkil edir. Bu torpaqların bir qismi şorlaşma və şorakətləşmə proseslərinə məruz qalmışdır.
Adi-boz və çəmən-boz torpaqlar fonunda relyefin alçaq çökəkliklərində ləkələr şəklində şorakətlərə və şoranlara təsadüf edilir. Suvarılan mədəni torpaqlarda hədsiz suvarma nəticəsində ikinci şorlaşma (əsasən xlorid sulfatlı) geniş yayılmışdır.
Tədqiqat materialları əsasında Mil – Muğan zonası daxilində aşağıda adları göstərilən torpaqların yayıldığı müəyyən edilmişdir: adi çəmən-boz torpaqlar; suvarılan adi çəmən-boz torpaqlar; qədimdən suvarlıan adi çəmən-boz torpaqlar; tünd çəmən-boz torpaqlar; suvarılan tünd çəmən-boz torpaqlar; qədimdən suvarılan tünd çəmən-boz torpaqlar; allüvial çəmən-boz torpaqlar; ibtidai çəmən-boz torpaqlar; açıq çəmən-boz torpaqlar; suvarılan açıq çəmən-boz torpaqlar; qədimdən suvarılan açıq çəmən-boz torpaqlar; adi-boz torpaqlar; suvarılan adi-boz torpaqlar; açıq çəmənləşmiş-boz torpaqlar; boz-qonur torpaqlar; yuyulmuş allüvial çəmən meşə torpaqlar və s. Bu torpaqların bir qismi şorlaşma əkinçiliyində, digərləri isə təbii qış otlaqlarının altında istifadə olunur. Aqrotexniki qaydalar və suvarma norması gözlənildikdə bu torpaqlardan taxıl, pambıq, bostan, tərəvəz bitkilərinin yüksək məhsuldarlığını əldə etmək mümkündür.
Adi çəmən-boz torpaqlar. Bu torpaqlar əsasən kənd təsərrüfatı sahələrində yayılmaqla tədqiq olunan ərazinin 60097,27 ha sahəsini tutur. İnzibati rayonlar üzrə İmişli rayonu ərazisində 36909,27 ha, Beyləqan rayonunda isə 23185,0 ha torpaqlar kənd təsərrüfatı bitkiləri altında becərilir. Bu torpaqlar relyefin aşağı hissəsində, yəni çox da dərin olmayan çökəkliklərdə yayılmışdır. Bu torpaqlar əsasən kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. Müasir vəziyyətdə xam torpaqlardan az məhsuldar örüşlər kimi istifadə edilir. Bu torpaqlar zonanın demək olar ki, bütün təsərrüfatlarında və qış otlaq sahələrində yayılmaqla ümumi sahəsi 60092,2 ha təşkil edir. Adi çəmən-boz torpaqlar qranulometrik tərkib, şorakətləşmə və şorlaşma dərəcəsinə görə aşağıdakı növmüxtəlifliklərinə ayrılmışdır: gilli adi çəmən-boz; gilli zəif şorakətləşmiş adi çəmən-boz; ağır gillicəli adi çəmən-boz; orta gillicəli zəif şorakətləşmiş adi çəmən-boz; yüngül gillicəli adi çəmən-boz; yüngül gillicəli zəif şorakətləşmiş adi çəmən-boz; qumsal adi çəmən-boz; qumsal zəif şorakətləşmiş adi çəmən-boz.
Bu torpaqların morfoloji əlamətlərindən göründüyü kimi, adi çəmən-boz torpaqlar açıq çəmən-boz torpaqlarla müqayisədə rənginin tutqunluğu, üst qatının strukturunun xırda topavariliyi ilə seçilir. Aşağı qatlara doğru torpaq profilində rütubət artır, burada tutqun sarımtul pas ləkələri gözə çarpır.
Tədqiq etdiyimiz bu torpaqlar açıq çəmən-boz torpaqlardan humusun çoxluğu ilə də fərqlənir. Adi çəmən-boz torpaqların əkin qatında humusun miqdarı 1,53-2,27% olmaqla bu miqdar bəzi kəsimlərdə tədrici, bəzilərində isə kəskin azalır. Ümumi azot 0,08-0,12% udulmuş əsaslar torpağın üst iki qatında müvafiq olaraq 24,7-31,4mq/ekv arasında dəyişir.
Adi çəmən-boz torpaqların tam su çəkiminin analiz nəticələri göstərir ki, bu torpaqları zəif, orta, yüksək və şiddətli dərəcədə şorlaşmaya məruz qalmışdır.
Do'stlaringiz bilan baham: |