Редактор: досент Н


Qərar qəbuletmənin təminatı sistemlərində verilənlər anbarları



Download 6,21 Mb.
Pdf ko'rish
bet373/378
Sana09.10.2022
Hajmi6,21 Mb.
#852056
1   ...   370   371   372   373   374   375   376   377   378
Bog'liq
informasiya sistemleri s q kerimov aze

11.14. Qərar qəbuletmənin təminatı sistemlərində verilənlər anbarları, 
OLAP və DATA MINING texnologiyalarının tətbiqinə kompleks yanaĢma 
11.14.1.Əsas anlayıĢlar 


616 
Yuxarıda (§11.7) DATA MINING proesesinin səviyyələrinə baxarkən (Ģəkil 
11.2) qeyd etmiĢdik ki, «xam» verilənlərin analizi nətiçəsində onlardan qərar qəbul 
edilməsi ücün biliklər hasil edilir. DATA MINING prosesi qərar qəbuletmə prosesi 
ilə sıx əlaqədardır və qərar qəbuletmənin təminatı sisteminin (QQTS) ayrılmaz bir 
hissəsidir. Beləliklə, DATA MINING-ə qərar qəbuletmənin təminatı prosesi kimi 
baxmaq olar və bu zaman toplanan məlumatlar avtomatik olaraq qərar qəbulunda 
istifadə edilən biliklərə cevrilirlər. 
QQTS 70-çi illərin əvvəllərində informasiya-idarəetmə sistemlərinin və 
verilənlər bazalarının idarəetmə sistemlərinin inkiĢafı nətiçəsində yarandı. Hazırda 
insan fəaliyyətinin müxtəlif sahələrində yaradılan və tətbiq edilən coxlu sayda 
QQTS mövçuddur. QQTS inkiĢaf etmiĢ ölkələrdə geniĢ tətbiq edilir, MDB 
məkanında isə buna son illərədək lazımi qədər diqqət ayrılmırdı. 
QQTS-in geniĢ yayılmasına baxmayaraq, bu terminin hamı tərəfindən qəbul 
edilmiĢ tərifi yoxdur [81]. QQTS-in ümumi tərifini §10.1-də vermiĢdik. Ġndi isə 
daha bir necə mənbədən götürülmüĢ təriflərə baxaq: 
«
QQTS 
- münasib informasiya təminatına malik olan qarĢılıqlı əlaqəli 
modellərdən, idarəetmə məsələlərinin həlli təçrübəsinə malik olan ekspertlərin 
qərar qəbuletmə prosesində iĢtirakını təmin edən ekspert və intellektual 
sistemlərdən ibarət olan kompleksdir» [87]. 
«
QQTS 
- strukturlaĢdırılmamıĢ problemlərin həllində qərar qəbul edən Ģəxsə 
(QQġ) verilənlərdən və modellərdən istifadə etməsinə kömək edən interaktiv 
avtomatlaĢdırılmıĢ sistemdir» [88]. 
«
QQTS
- insan fəaliyyətinin müxtəlif sahələrində zəif strukturlaĢdırılmıĢ və 
strukturlaĢdırılmamıĢ problemlərin həllində qərar qəbuletmənin təminatı ücün 
interaktiv kompüter sistemidir» [89]. 
Qeyd edək ki, QQTS-in ilk təyinatından baĢlayaraq indiyə kimi onlar zəif 
strukturlu və strukturlaĢdırılmamıĢ məsələlərin həlli ücün nəzərdə tutulur. 
Göründüyü kimi, QQTS-in təyinatının əsasını üc konsepsiya təĢkil edir: 
-interaktivlik: yəni qərar qəbul edən Ģəxs QQTS-i birbaĢa tətbiq etmir, onunla 
dialoq rejimində iĢləyir; 


617 
- qərarların qəbulunun dəstəklənməsi: yəni son qərarı insan qəbul edir, QQTS 
isə bu iĢdə ona kömək edir; 
-məsələlərin zəif strukturlaĢdırılmıĢ və strukturlaĢdırılmamıĢ olması: rəhbər 
iĢci məhz bu məsələlərlə məĢğul olur. 
StrukturlaĢdırılmamıĢ məsələ
qərar qəbul edən Ģəxsin mülahizələrinə 
əsaslanan kefiyyət xarakteristikaları ilə təsvir olunur. Xarakteristikalar arasında 
kəmiyyət asılılıqları bəlli olmur. 
StrukturlaĢdırılmıĢ məsələ
kəmiyyət göstəriçiləri ilə təyin olunan asılılıqlarla 
xarakterizə olunur. 
Zəif strukturlaĢdırılmıĢ məsələ
isə aralıq mövqe tutur, yəni burada həm 
kəmiyyət, həm də keyfiyyət xarakteristikaları birlikdə iĢtirak edirlər. 
Funkstonal baxımdan QQTS əsasən aĢağıdakı komponentlərdən ibarət olur: 
- verilənlər anbarı serveri; 
- OLAP instrumentləri; 
- DATA MINING instrumentləri. 
Bu komponentlər aĢağıdakı əsas funksiyaları yerinə yetirirlər: bir necə 
müstəqil mənbədən verilənlərin alınması və anbara yüklənməsi, konseptual 
səviyyədə verilənlərin modelləĢdirilməsi və konkret məsələlərin həlli ücün 
verilənlərin analizi. 
Operativ analitik emal (OLAP) serverdə saxlanan coxölcülü verilənlərə 
müraçiəti təmin edir. DATA MINING texnologiyasının köməyilə qərarların qəbulu 
ücün verilənlər dərin və hərtərəfli analiz edilir. 

Download 6,21 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   370   371   372   373   374   375   376   377   378




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish