Radio jurnaliSTİKA


VI BÖLÜM İRİHƏCMLİ PROQRAMLARIN HAZIRLANMASI / TELEFON PROQRAMLARI  TELEFON PROQRAMLARI



Download 3,35 Mb.
Pdf ko'rish
bet94/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   90   91   92   93   94   95   96   97   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

VI BÖLÜM
İRİHƏCMLİ PROQRAMLARIN HAZIRLANMASI /
TELEFON PROQRAMLARI 
TELEFON PROQRAMLARI


72
Buna görə də veriliş ədalət prinsiplərinə uyğun 
olmalıdır. Bu balansı qoruyub saxlamağa iki variant 
kömək edir:
1. Zənglərin təşkili. Efirə bir zəng gələrkən ikinci zəngi 
də təşkil etmək və zəng edənləri eyni zamanda 
canlı yayıma bağlamaq. 
2. Məlumatlı olmaq. Ədalətli olmaq üçün zəng edənin 
verdiyi məlumatdan daha artıq məsələlərdən 
xəbərdar olmaq lazımdır. Buna görə də proqramdan 
əvvəl araşdırma aparılmalıdır.
Məsləhət xətti. Studiyaya dinləyicilərin aydın, 
müəyyən mövzu üzrə (çox zaman tibb, maliyyə, ya 
da qanun mövzusunda) suallarına cavab vermək 
üçün ixtisasa, söhbətin predmetinə uyğun ekspert 
dəvət edilir. Əslində, radio stansiya dinləyiciləri 
onların real problemlərini və təcrübələrini misal 
gətirərək peşəkar məsləhətlərlə təmin edir. Qanun 
və tibb üzrə məsləhətçilər telefonla məsələnin 
həlli yollarını göstərməkdən və konkret reseptlər 
verməkdə ehtiyatlı olmalıdırlar. Zəng edən dinləyici 
çətin ki, bütün faktları, xüsusilə də onun məsələsini 
dəstəkləməyən faktları, versin. Ya da ola bilər ki, zəng 
edən şəxs əvvəl aldığı qərardan və ya məsləhətdən 
narazı qalıb, ya da hər şeyi olduğu kimi danışmağa 
utanır. Adətən ümumi informasiya vermək daha 
faydalıdır. Çox vaxt belə proqramlarda iştirak edən 
insanlar anonim qalmağı üstün tuturlar. Onların 
adı canlı yayımda səsləndirilmir və ya onlara ancaq 
adları və ya əvvəldən seçilmiş təxəllüslə müraciət 
edilir. Bunlar anonimliyi təmin etməyə yönəlib. 
Təəccüblü olsa da, insanlar bəzən öz ailələri, dostları 
və ya mütəxəssislərdən məsləhət istəmək əvəzinə, 
radioya zəng edirlər, çünki onlar kiminləsə görüşmək 
istəmirlər. Bu, bəzən təhlükəsizlik məqsədilə də edilir. 
Zəng edəni təhdid və ya hədə-qorxudan qorumaq 
üçün onun adı gizli saxlanılır. 
Telefon zəngləri olan verilişi idarə etmək mina 
basdırılmış sahədə gəzmək kimidir, ictimaiyyət 
nümayəndələri olduqca açıq və kəskin danışa bilər, 
kobudluq edər və hətta təhqir də səsləndirə bilər. 
Telefon xətti hamının üzünə açıq qalsa, efirdə hərc-
mərclik yarana bilər: ağzına gələni danışan, mənasız, 
qəribə və özünü gözə soxan adamlar həmişə tapılır. 
Ona görə də bu tip verilişlərdə prodüser, aparıcı 
və rejissor nəzarəti tam ələ almalıdır. Ona görə də 
effektli süzgəc prosesindən istifadə etmək lazımdır 
ki, uyğun olmayan zənglər canlı yayıma ötürülməzdən 
öncə artıq ələnsin.
İnsanlar efirə çıxarılmazdan əvvəl prodüser və 
ya redaktor onların fərqli, maraqlı bir şey deyə 
biləcəklərinə əmin olmalıdır. Onlar telefonla qatılan 
dinləyicilərinə proqramın qaydalarını aydın izah 
etməli, nəyin efirdə səslənib-səslənməyəcəyini 
açıqlamalıdırlar. Deyilməsi vacib olan digər bir 
məqam isə texnologiya məsələləridir, məsələn, onlar 
efirə çıxmazdan əvvəl radiolarını söndürməli və 
proqramı telefonla dinləməlidirlər, stansiyaya zəng 
etdikləri andaca efirə bağlanmırlar, radiostansiya 
əməkdaşları özü onlara geri zəng edəcək. Radioefir 
nəzarətdə olmalıdır (zəng edən telefonu açıq qoya 
bilər). Telefonla qoşulan şəxslərin telefon nömrələri 
kimi, ünvan və adlarının prodüser tərəfindən 
öyrənilməsi də son dərəcə vacibdir, əgər zəng edən 
şəxs təşkilat və ya xüsusi bir siyasi partiyanı təmsil 
edirsə, başqa təfərrüatları öyrənmək gərəyi yarana 
bilər. Dinləyicilərlə birbaşa əlaqədə olan prodüser 
nəzakətli, xoşqılıq və simpatiya doğuran şəxs 
olmalıdır, çünki studiyaya zəng vuranlar əsəbi, gərgin
ola bilər və ya lazım gəldiyində çətin “dinləyici”lərin 
öhdəsindən gəlməyi də bacarmalıdır. Əgər 
dinləyicinin telefonu qapadılmalıdırsa, həssaslıqla 
və dostcasına gerçəkləşdirilməlidir, (məsələn, həmin 
şəxsə onun fikrinin və ya mövqeyinin səsləndirilməsi 
səbəbindən onu studiyaya bağlaya bilməyəcəyinizi 
deyə bilərsiz). Digər məqam isə studiyaya zəng edən 
şəxslərdən fikirlərini dürüst və yığcam ifadə etmələri 
tələb oluna bilər. Və ya dinləyici kobudluq, təhqir 
edir və ya lazımsız sözlərdən istifadə edirsə, efirdən 
dərhal çıxarılmalıdır. 

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   90   91   92   93   94   95   96   97   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish