9
I BÖLÜM
RADİO NƏDİR?
RADİO MƏLUMATLANDIRIR, MAARİFLƏNDİRİR, ƏYLƏNDİRİR / RADİO İCTİMAİ XİDMƏT KİMİ SƏRHƏDSİZDİR
RADİO
MƏLUMATLANDIRIR,
MAARİFLƏNDİRİR,
ƏYLƏNDİRİR
RADİO İCTİMAİ XİDMƏT
KİMİ
Çağdaş radio yayım təcrübəsi vaxtilə BBC-nin əsasını
qoymuş, onun proqram siyasətini müəyyənləşdirmiş
C.Raytın məşhur formuluna əsaslanır: radio
bilgiləndirir, maarifləndirir, əyləndirir.
Bilgiləndirmə
– cəmiyyət həyatını və dünyada gedən
mühüm prosesləri işıqlandırma, xəbər dəyərlərinə
uyğun olaylar barədə bilgi vermə, araşdırma aparma
və tənqidi materiallar hazırlama, aktual mövzularda
diskussiyalar aparma kontekstində;
Maarifləndirmə
– dinləyicinin dünyagörüşünü
artırmaq, onu milli düşüncə məhsulları və bəşəriyyətin
yaratdığı mənəvi xəzinədən xəbərdar etmə, ölkəni və
cəmiyyəti tanıtma kontekstində;
Əyləndirmə
– yetkin insana xas olan bədii-estetik
zövqün formalaşmasına xidmət edən proqramların
(musiqi, əyləncə, oyunlar və s.) hazırlanması
kontekstində.
İctimai xidmət kimi radionun əsas missiyasından bəhs
edilərkən onun cəmiyyət maraqlarına xidmət etməsi,
müstəqilliyini siyasi və biznes təsirlərindən qoruyub
saxlaması vurğulanır. Radio ictimai xidmətçi kimi:
▪ qərəzsiz və müstəqil informasiyanın, məlumat və
şərhin çatdırılmasını təmin etməlidir;
▪ diskussiyanın elə kütləvi tribunasına çevrilməlidir ki,
orada cəmiyyətin mümkün qədər geniş fikir spektri
öz əksini tapsın;
▪ media bazarın maraqları naminə keyfiyyəti qurban
vermədən plüralizmə əsaslanan, yeni ideyaları
inkişaf etdirən, etik meyarlara söykənən, peşəkarlıq
cəhətdən yüksək səviyyəli proqramlar hazırlamalıdır;
▪ azlıq təşkil edən qrupların da istəyini nəzərə almaqla
geniş kütlənin maraqlarına cavab verən proqram və
xidmət şəbəkəsi təşkil etməlidir;
▪ cəmiyyətdə özünü göstərən etnik və mədəni
müxtəlifliklə bağlı qarşılıqlı anlaşma və tolerantlığa
nail olmaq məqsədilə çeşidli fəlsəfi ideyaların və dini
etiqadların tamaşaçıya çatdırılmasını təmin etməlidir;
▪ proqramlar müxtəlif milli və Avropa mədəni
dəyərlərinin qavranmasına və qiymətləndirilməsinə
kömək göstərməlidir.
Amma son əlli il ərzində bu ictimai yayım ideyaları
davamlı olaraq kommersiya mülahizələri səbəbindən
təzyiqə məruz qalmaqdadır. Burada cəmiyyətin
məlumatlandırılması əvəzinə reklamdan gələn
gəlirlərin artırılması zərurəti özünü göstərməkdədir və
bu kateqoriya radiostansiyalarının məlumatlandırmaq
və tərbiyə etmək kimi bir öhdəliklərinin olmaması,
sadəcə, öz xüsusi auditoriyalarını əyləndirməyə
çalışmaları faktı ortaya çıxır. İctimai yayım prinsipləri
yalnız bu səbəbdən təhrifə məruz qalmırdı, digər
bir səbəb dövlətdən maliyyələşən və ya dövlət
radiostansiyaları şəbəkələrinə olunan təzyiqlər idi.
Radionun ərazi baxımından məhdud sahəyə yayımı
zamanı azad informasiya axını üçün bu çox böyük
və ciddi problem idi. Hazırda informasiya-xəbər ən
müxtəlif radio resurslardan əldə edilə bildiyindən
informasiyanın dövlət tərəfindən tənzimlənməsi çox
daha çətinləşib.
Do'stlaringiz bilan baham: |