§4. Maddi və qeyri-maddi sahələrin qarşılıqlı əlaqəsi
İctimai istehsalın bu iki sahəsi: maddi və qeyri-maddi
istehsal sahələri bir-biri ilə qarşılıqlı əlaqədədir və bu əlaqələr
cəmiyyət inkişaf etdikcə daha da genişlənir və inkişaf edir.
Belə ki, bəşəriyyətin inkişafının ilk çağlarında insanlar
müəyyən xidmətləri özləri həyata keçirir, sonralar bu xidmətlər
ayrı-ayrı şəxslər tərəfindən görülür, daha sonralar isə xidmət
göstərən ayrı-ayrı sahələr meydana gəlir. Məsələn, əvvəllər
insanlar özlərinin geyim əşyalarını özləri hazırlayır, sonralar
bunlar ixtisaslaşmış şəxslər tərəfindən hazırlanır, daha sonra isə
bu işlərlə məşğul olan sahələr meydana gəlir. Təhsil, səhiyyə,
incəsənət və s. sahələrdə də inkişaf bu cür getmişdir. İctimai
əmək bölgüsünün nəticəsi olan bu proses ictimai əmək
məhsuldarlığının yüksəlməsinə səbəb olmuşdur.
341
Bu sahələr arasındakı qarşılıqlı əlaqə, əsasən, aşağıdakı
formalarda mövcud olur. Bir tərəfdən, maddi sahələrdə istehsal
olınan maddi əşyalar qeyri-istehsal sahələrində tətbiq olunaraq
istehsal qeyri-maddi xidmətlərin kəmiyyət və keyfiyyətinin
yüksəlməsinə səbəb olur. Digər tərəfdən isə maddi istehsal
sahələrində əmək məhsuldarlığının yüksəldilməsi bu sahələrdə
çalışanların ixtisar olunmasına və onların qeyri-istehsal sahə-
lərinə keçmələrinə şərait yaradır.
Qeyri-istehsal sahələri də öz növbəsində, maddi istehsal
sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Belə ki, bir
tərəfdən maddi istehsal sahələrinin məhsullarından istifadə
edərək bu sahələr üçün bazar rolunu oynayır. Digər tərəfdən,
maddi istehsal sahələri üçün ixtisaslı işçi qüvvəsi hazırlayaraq,
bu sahələrdə məhsul və xidmətlərin istehsalının kəmiyyət və
keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olur.
Maddi və qeyri-maddi istehsal sahələrinin birgə və
qarşılıqlı fəaliyyəti nəticəsində, cəmiyyət üzvlərinin maddi
həyat səviyyəsinin yüksəlməsi insanların orta ömür müddətinin
artmasına səbəb olmuşdur. Məsələn, XX əsrin əvvəllərində orta
ömür ABŞ-da 47, Azərbaycanda 27, dünyada orta hesabla 35 il
olduğu halda, XX əsrin sonunda, 2000-ci ildə bu göstərici
ABŞ-da 77, Azərbaycanda 71,8, dünyada isə 50 il olmuşdur.
Bəşəriyyətin inkişafı ilə əlaqədar olaraq, maddi və qeyri-
maddi sahələrin ölkə iqtisadiyyatında tutduğu xüsusi çəkisi də
dəyişir. Bu müsbət meyl bir tərəfdən qeyri-istehsal sahələrində
çalışanların sayının sürətlə artmasında, digər tərəfdən ÜDM-un
getdikcə daha çox hissəsinin xidmət sahələrində istehsal
olunmasında özünü göstərir. Bu proses inkişaf etmiş ölkələrin
iqtisadiyyatında özünü daha aydın hiss etdirir. Bu ölkələrdə
ÜDM-un 60-80 %-i xidmət sahələrində istehsal olunur.
Ölkə iqtisadiyyatında xidmət sahələri məhsulunun xüsusi
çəkisinin artması müəyyən dərəcədə bazar iqtisadiyyatı
ölkələrində istifadə edilən Milli Hesablar Sistemi (MHS) ilə
342
əlaqədardır. Belə ki, makroiqtisadi hesablamalarda tətbiq
olunan MHS, planlı iqtisadiyyat ölkələrində tətbiq olunmuş
xalq təsərrüfatı balansı sistemindən fərqlidir.
Əvvəllər bu ölkələrdə tətbiq olunmuş xalq təsərrüfatı
balansı sistemi iqtisadi nəzəriyyə klassiklərinin (A.Smit,
K.Maks)
əmək-dəyər
nəzəriyyəsinə
əsaslanırdı.
Bu
nəzəriyyəyə görə, məcmu ictimai məhsul və onun tərkib hissəsi
olan milli gəlir maddi istehsal sahələrində yaradılır, qeyri-
istehsal sahələri isə bunların yenidən bölüşdürülməsində və
istifadəsində iştirak edir. Xalq təsərrüfatı balansı sistemi maddi
və qeyri-maddi sahələrin mövcudluğunu qəbul edirdisə də,
hesablamalarda qeyri-maddi sahələrin məhsullarının (xidmət-
ləri) nəzərə almırdı.
Müasir hesablamaların əsaslandığı MHS isə istehsalın
geniş konsepsiyasına güvənir. Bu konsepsiyaya görə, istər
ÜDM, istərsə də milli gəlir, maddi və qeyri-maddi sahələrində
istehsala çəkilən xərclər və ya istehsalçıların əldə etdikləri
gəlirlərə əsasən hesablanır. Bu hesablamalarda pullu və pulsuz
xidmətlərin hesablanmasında müəyyən fərqlər vardır. Belə ki,
pullu xidmətlərin dəyəri maddi xərclər, əmək haqqı və gəlirlə
müəyyən olunur. Pulsuz xidmətlərin gəlirləri isə cari maddi
xərclər və əmək haqqı fondunun cəmi kimi hesablanır.
Sonda onu da qeyd edək ki, xidmət sahələrinin sürətli
inkişafı cəmiyyətin inkişafında müsbət haldır. Bu prosesin
mütərəqqi olmasını XIX əsrin ortalarında K. Marks qeyd
etmişdir. Onun yazdığı kimi, milli sərvətlərin bərabərliyi
şəraitində məhsuldar əhali (maddi istehsal sahələrində
işləyənlər) qeyri-məhsuldar əhaliyə (qeyri-istehsalda çalışanlar)
nisbətən az olan ölkə, daha zəngindir. Buna səbəb, həmin
ölkədə ictimai əmək məhsuldarlığının daha yüksək olmasıdır.
343
ХXI ФЯСИЛ. ИГТИСАДИ АРТЫМ
Do'stlaringiz bilan baham: |