§2. Xidmətlərin mahiyyəti və təsnifatı
Müasir dövrdə BMT-nin millətlərarası statistik hesab-
laşmalar sistemində bütün iqtisadi sahələr (o, cümlədən maddi
və qeyri-maddi) üç sektora bölünür. Birinci sektor təbii
sərvətlərin hasilatı ilə əlaqədar hasilat sektoru adlanır. Buraya
hasilat sənayesi sahələri, kənd təsərrüfatı, meşə təsərrüfatı,
balıqçılıq sahələri aid edilir. İkinci sektora hasilat sferasının
məhsullarını emal edən sahələr aid edilir və emal sferası
adlanır. Üçüncü sektora (sferaya) isə xidmət sahələri aid edilir.
Buraya həm istehsala xidmət edən, həm də qeyri-istehsala
xidmət edən sahələr aid edilir.
Xidmət-məqsədəuyğun əmək fəaliyyətidir ki, onun
nəticələri insanın bu və ya digər tələbatını ödəyən faydalı təsir
kimi təzahür edir. K.Marksın fikrincə, ―xidmət hər bir əmtəə
kimi əməyin xüsusi istehlak dəyərindən başqa bir şey deyildir,
lakin bu əməyin spesefik istehlak dəyəri burada ona görə
―xidmət‖ deyilən xüsusi bir ad almışdır ki, o, bir əşya kimi
deyil, bir fəaliyyət kimi xidmət göstərir.
Xidmətlər (sektoruna, bölməsinə) həm maddi (istehsal
təyinatlı), həm də qeyri-maddi (qeyri-istehsal təyinatlı)
xidmətlər aid edilir. Maddi (istehsal təyinatlı) xidmətlər özləri
də iki cür olur. İstehsala xidmət edənlər- bunlara istehsala
xidmət edən nəqliyyat, rabitə, istehsal avadanlıqları, qurğuların
və s. təmiri, istehsala xidmət edən hüquq, maliyyə-kredit
xidmətləri aid edilir. Maddi xidmətlərin digər hissəsinə-şəxsi
istehlaka xidmət edənlər aid edilir. Bunlara ticarət, məişət,
ictimai-iaşə, ev avadanlıqların, cihazların təmiri və s. aiddir.
Əvvəldə göstərildiyi kimi, istehsal təyinatlı xidmətlərin
göstərilməsi prosesində, əsasən, yeni maddi nemətlər
337
yaradılmır, lakin mövcud olanlara dəyərin əlavə edilməsi,
itirilmiş istehlak dəyərlərinin bərpa olunması həyata keçirilir.
Əvvəlki cümlədə əsasən sözü ona işarədir ki, ictimai iaşə və
məişətin bəzi xidmətləri yeni məhsulların istehsalına səbəb
olur. Məsələn, iaşə müəsisələrində xörəklər bişirilir, bəzi
məişət xidmətləri nəticəsində paltar, ayaqqabı tikilir, mebel
hazırlanır və s.
Qeyri-maddi (qeyri-istehsal təyinatlı) xidmətlər də iki
qismə ayırırlar: şəxsi istehlak təyinatlı, ictimai istehlak
təyinatlı. Təhsil, səhiyyə, mədəniyyət, incəsənət və s.xidmətləri
şəxsi istehlak təyinatlı xidmətlər hesab olunurlar.
Xidmətlərin bu kimi təsnifatı ilə yanaşı daha bir təsnifata
da rast gəlmək mümkündür. Belə ki, funksional formalarına
görə xidmətlər: istehsala xidmət edənlər, şəxsi istehlaka xidmət
edənlərə və ictimai istehlaka xidmət edənlərə ayrılır. Bunları
cədvəl şəklində aşağıdakı kimi təsvir etmək olar.
Şəkil 20.2
338
Şəxsi və ictimai istehlaka xidmət edən sahələrin
məcmusu sosial sahə hesab olunur. Çünkü bu sahələrin
fəaliyyəti bilavasitə insan amilinin fəallaşmasına, insan
kapitalının formalaşmasına səbəb olur.
Do'stlaringiz bilan baham: |