Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet22/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   18   19   20   21   22   23   24   25   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Rozi Muhməd 
(Turpandan), 
Merup Seyidi,
Xəlil Sattari, Nəzər Xoca 
(İlidən), 
Abduxaliq Uyğur 
və baş- 
qaları milli ruhlu əsərlər yaratmağa başladılar.
Ümumiyyətlə, 20-ci yüzillik uyğur ədəbiyyatının ən qarışıq və 
ən zəngin dövrü adlandırılır. Çünki bu dövrdə divan ədəbiyya- 
tının nümayəndələri ilə heca vəznində, yəni xalq şeiri ruhunda ya- 
zanlar ənənəyə sədaqət nümayiş etdirirdilər. Avropa mədəniyyə- 
tinin təsiri altında ədəbiyyata gəlmiş bir qrup gənc isə nəsri, 
dramçılığı inkişaf etdirməyə çalışır, poeziyada da janr baxımın- 
dan dəyişikliklər edir, sərbəst şeir yazırdılar. Onlar bir tərəfdən də 
klassik Çin, yapon şeir qəliblərini uyğur şeirinə tətbiq edirdilər.
Uyğur teatr sənətçiləri Avropa teatr məktəbi ilə çinlilərin 
szinsilərini uyğunlaşdırmaq və sintezini yaratmaq üçün cəhd 
göstərirdilər. Çin aktyor sənətinin başlıca xüsusiyyəti sayılan 
təsəw ür olunan əşyalarla oynamaq, şərti ifadə vasitələri, üsul- 
ları, simvollaşdırılmış əl-qol hərəkətlərini uyğur teatrına gəti- 
rirdilər. Beləliklə uyğur ədəbiyyatı və mədəniyyəti bir axtarış 
dövrünü yaşayırdı.
Abduxaliq Uyğur 
(09.02.1901, Turpan - 13.03.1933, Tur- 
pan). Qəribə taleli bir şair olan Abduxaliq Uyğur mətbuatın,


nəşriyyatların geniş yayıldığı bir dövrdə yaşasa da, şeirləri sağ- 
lığında çap olunmamış, yaddaşlarda yaşayaraq günümüzədək 
gəlib çatmışdır. Yaddaşlardan toplanmış şeirləri 1988-ci ildə 
ayrıca kitab kimi çap olunmuşdur. Prof. Dr. Alimcan İnayət 
tərəfindən hazırlanmış olan Abduxaliq Uyğur “Şeirləri” adlı 
əsər 2008-ci ildə Türk Dil Kurumu tərəfındən yayınlanmış və 
şairin indiyə qədər bilinən şeirlərinin tamamı uyğur və Türkiyə 
türkçəsində verilmişdir.
Tacir ailəsində doğulan, evdə dini təhsil almaqla yanaşı, ərəb 
və fars dillərini də öyrənən Abdulxaliq sonra Turpan şəhərində 
Çin dilində təhsil verən məktəbdə oxumuşdur. Çin ədəbiyyatının 
klassik əsərlərindən “Su Boyida” (Su vadisi boyunda) və “Kizil 
ravaktiki çüş” (Qızıl çadırdakı yuxu) kimi romanları oxuyur, 
Sun-Cun-Şen və Lu-Şun kimi çinli yazıçıların əsərləri ilə tanış 
olur. 8 yaşından etibarən şeir yazmağa başlayan Abdulxaliq 
1923-cü ildə bir neçə yaşıdı ilə SSRİ-yə gələrək burada üç il 
təhsil alır. Rus yazıçı və şairlərindən A.S.Puşkinin, L.Tolstoyun, 
M.Qorkinin, M.Lermontovun və b. əsərlərini oxuyur. Onlardan 
güclü təsirlənir. Bolşeviklərin sosial ədalət, bərabərlik, sinfı 
mübarizə şüarları ona olduqca xoş gəlir. Necə deyərlər, bolşevik 
inqilabını ölkəsinə daşımaq istəyir. 1926-ci ildə vətənə dönərək 
cahillik, savadsızlıq əleyhinə mübarizəyə başlayır.
1927-ci ildə “Akartiş birləşməsi” (Mədəniyyət birləşməsi) 
adı altında təlim-tərbiyə dərnəyi quraraq, məktəb açır, oranı 
bitirənlərin bir çoxunu SSRİ-də oxumağa göndərir.
Xalqını maarifləndirməklə yanaşı, hakimiyyətə qarşı müba- 
rizəyə də səfərbər etməyə çalışır. Onun mübarizəsi yalnız iş- 
ğalçılara qarşı deyildi, həm də öz millətindən olan varlılara 
qarşı idi. İnsanlar arasındakı bərabərsizliyi aradan qaldırmaq 
istəyi ilə kasıbları varlılara qarşı üsyana səsləyirdi. Onun fəa- 
liyyətində sovetlərdən aldığı təlimin təsiri açıq-aydın görünür.


Turfandakı milli azadlıq mübarizəsi zamanı gənc şair də dö- 
yüşçülər sırasında olur. 1933-cü ildə Çin Qomindan Partiya- 
sının rəhbəri Şenq-Şi-Şey Turpan şəhərinə gələrək şairi və 
dostlarını həbs etdirir. 1933-cü ilin martın 13-də Abduxaliq 
Uyğur edam edilir. Onu ölümə apararkən şair mübarizəsində 
haqlı olduğunu bildirmək üçün “Yaşasın azadlıq”, “Yaşasın 
azadlıq” deyə qışqırmışdır. Şair ölümü ilə də uyğur ədəbiyya- 
tına qəhrəmanlıq mövzusu vermişdir.
Vətəninin və xalqının azad nəfəs ala bilməsi və müasir mədə- 
niyyətlərə yiyələnməsi üçün ömrü boyu mübarizə apararaq 
“Oyan”, “Zulumga karşi” (Zülümə qarşı), “Körüngən tağ yirak 
emes” (Görünən dağ uzaq deyil), “Könül xahişi” və b. şeirlərini 
yazır. Qadağalara, yasaqlara görə şairin şeirləri sağlığında çap 
olunmasa belə xalqı onun əsərlərini yaddaşında yaşatmışdır.
Xotən üsyanı zamanı döyüşə atılan uyğurlar onun “Sən 
kimin oğlusan, oylısanğçı” şeirini marş kimi oxuyurmuşlar. 
Bundan başqa, bir çox şeirləri də 1947-1949-cu illərdə milli 
hökumət zamanı məktəblərdə nəğmə kimi söylənirmiş.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish