Kamil Danyal oğlu Sultan (Sultanov)
(1911, Dağıstan,
Turşunay kəndi-2002). Dərbənddəki texnikumu bitirmişdir.
Qumuq araşdırıcıları onun 1937-41-ci ildə Moskvadakı Çernı-
şevski adına İnstitutun Tarix, Fəlsəfə, Ədəbiyyat fakültəsində,
1960-ci ildə Ali Ədəbiyyat Kursunda oxuduğunu yazırlar
(Li-
teraturadan xrestomatiya, 1986:122).
Qumuq və rus dil-
lərində yazıb yaradan Kamil Sultanov gəncliyində lirik və uşaq
şeirləri ilə məşhurlaşsa da, sonralar daha çox ədəbi tənqid və
ədəbiyyat tarixinin öyrənilməsinə meyl göstərmişdir.
1934-cü ildə “Basqın” adlı ilk kitabı çap olunan ədibin son-
ralar “Süleyman Stalski”, “Qumuqların ədəbiyyatı”, “Dağıstanın
şairləri”, “Türlü-türlü xalqların şairləri”, „Rəsul Həmzətovun
yaradıcılığı“ və b. tədqiqat əsərləri işıq üzü görmüşdür. V.Şeks-
pirdən tərcümələri ilə qumuq dilini zənginləşdirmiş,
onun im-
kanlarının böyüklüyünü sübuta yetirmişdir. Onun V.Şekspirdən
çevirdiyi „Kral Lir“ faciəsi böyük uğur qazanmışdır.
Azərbaycan şairlərindən Ə.Əlibəyli onun “Yürüş”, “Kolxoz
pionerləri”, “Beş qəhrəman”, “Uşaqlar həyatda”, “Ulduz” və
“Puşkinin heykəli qarşısında”, İ.Soltan isə “Oynayırlar uşaq-
lar”, “Meşələr” şeirlərini dilimizə çevirmişlər
(Dağıstan ədə-
biyyatı antologiyası, 1959:133-135).
Qumuq ədibi Alimpaşa Salavatovun həyat yolunun və yara-
dıcılığının öyrənilib təbliğ edilməsində xidmətləri böyük olan
Kamil Sultanln „Yazıçılar haqqında xəbərlər“ məqaləsi aktuallığı
ilə seçilir. O, həm də dərs kitabları hazırlayan müəllif kimi tanınır.
Kamal Ibrahim oğlu Abukov
(02.03.1938,
Xasavyurt rayo-
nunun Çağar Otar kəndi). Yaxsay kəndindəki orta məktəbi bitir-
dikdən sonra Dağıstan Dövlət Universitetinin fılologiya fakültə-
sində oxumuşdur. 1963-cü ildə ilk hekayələri “Kıvılcımlar” adı
ilə Mahaçqalada kitab şəklində çıxmışdır. Qəzetdə müxbir, nəş-
riyyatda
redaktor, Xasavyurt rayon qəzeti “Dostluq”da redaktor,
televiziyanın bədii verilişlər redaksiyasında baş redaktor,
Sov.İKP Dağıstan Vilayət Komitəsində müxtəlif vəzifələrdə iş-
ləmiş Kamal Abukovu Sov.İKP yanında İctimai Elmlər Aka-
demiyasına oxumağa göndərmişlər. Sonrakı illərdə o ardıcıl elmi
yaradıcılıqla yanaşı, bədii yaradıcılığını da davam etdirmiş, icti-
mai siyasi işlərdə fəallıq göstərmişdir. SSRİ EA Dağıstan fılialı-
nın Tarix, Dilçilik və Ədəbiyyat İnstitutunda çalışmışdır. Hazırda
fılologiya elmləri doktoru olan və Dağıstan Dövlət
Pedaqoji
Universitetinin professoru olan Kamal Abukovun müxtəlif dil-
lərdə 20-ə yaxın kitabı çap olunmuşdur. Dağıstan xalqlarının ədə-
biyyatının rus dili vasitəsilə dünyada tanıdılmasına çalışan alim
yazıçının “Üz-üze” (1965), “Xalqdan gizləyərək” (1973), “Ocaq-
da od sönmədən” (1974), “Balyurtun işıqları” (1980), “Köhnə
dəyirmana gedən yolda” (1983), “Hələ savaşda kimi” (1989) nəsr
əsərləri çap olunmuşdur. 1967-ci ildə Dağıstanda çap olunan
“Mən suçluyam, Məryəm” adlı hekayəsi rus dilinə çevrilərək
1980-ci ildə Moskvada da nəşr edilmişdir.
Onun “Məryəm”, “Ssora”, “Qəza”, “Küçədə çamadan”
pyesləri Alimpaşa Salavatov adına
Qumuq Musiqili Dram
Teatrında və Həmzət Sadasa adına Avar Musiqili Dram Teat-
rında tamaşaya qoyulmuşdur.
2001-ci ilin iyulun 11-də Dağıstan Respublikası
prezidenti-
nin imzaladığı sərəncamla Kamal Abukova Rəsul Həmzətov
adına Dövlət Mükafatı verilmişdir.
Do'stlaringiz bilan baham: