Uygur, qaqauz, quzey



Download 6,58 Mb.
Pdf ko'rish
bet179/220
Sana23.07.2022
Hajmi6,58 Mb.
#845767
1   ...   175   176   177   178   179   180   181   182   ...   220
Bog'liq
Uygur Qaqauz Quzey Qafqaz turklerinin folkloru ve edebiyyati

Nuhay Batırmurzayev 
(1865, Tersk vilayətinin Yaxsay kən- 
di-1919). Çağdaş qumuq poeziyasının və nəsrinin banilərindən 
biri sayılır. Mədrəsədə oxuyarkən ərəb dilini, islam tarixini, şə- 
riəti, Doğu ədəbiyyatını öyrənir. Gənc yaşlarından bədii yaradı- 
cılığa başlayan şair sosial ədalət uğrunda mübarizəni həyatının 
mənası sayır. „Yazıq Habibat“ (1910), „Davut blan Layla“ (Da- 
vut ilə Leyla) (1912), „Harun və Zubaydat, yaxud nəsipsiz Can- 
bike“ kimi povest və Doğu süjetləri əsasında romantik novellalar, 
hekayələr yazmaqla yanaşı, ərəbcədən „Min bir gecə“, „Canşah“ 
və „Sindibadın dəniz səyahəti“ nağıllarından parçaları qumuq 
türkcəsinə çevirmişdir. N.Batırmurzayev oğlu Zeynalabidin 
„Tanq çolpan“ (Dan ulduzu) jurnalını nəşr etməsinə yaxından kö- 
mək etmişdir. Çox təəssüf ki, bu mübariz insan, eləcə də oğlu 
Zeynalabid 1919-cu ildə Denikinçilər tərəfındən güllələnmişlər.
Zeynalabid Nuhay oğlu Batırmurzayev 
(1897, Tersk vi- 
layətinin Yaxsay kəndi-1919). Gənc yaşlarından bədii yaradı- 
cılığa başlamış, atası ilə birgə „Tanq çolpan“ jurnalını çıxar- 
mışdır. Jurnalın 1917-ci ildə 4, 5, 7, 8 saylarında „Dağıstan ta- 
rixinə bir qarab“ (Dağıstan tarixinə bir baxış), 1918-ci ildə 9 
sayında “Dağıstanda tarixi günlər“ məqalələri çap olunmuşdur.


Onun yaradıcılığında döyüşkən ruh hakimdir. Qumuq türk- 
lərinin milli oyanışa gec qaldıqlarını şeirində xalqına belə çat- 
dırırdı:
Tuwdu Çolpan, tang bilindi,
- Doğdu Dan ulduzu, sabah bilindi,
Boldu uyanma zaman.
- Oyanma zamanı gəldi.
Şawla aldı dünya yüzün,
- İşıq aldı dünya üzünü,
Yuxlağanımız taman.
- Yuxulamağımız yetər.
Gözüngaç, dörtyakğa qara!
- Gözünü aç, dörd yana bax!
Getdi kerwan erterek.
- Getdi karvan erkəndən.
Biz geçigip kalğanbız,
- Biz gecikib qaldıq,
Enni hozğalma gerek.
- Artıq hərəkətə geçmək gərək.
Zeynalabidin çağrı xarakterli bu şeiri „Tenlik“ təşkilatının
1990-cı ildə çap etdiyi bülletenin birinci səhifəsində də çap 
olunmuşdur. Bu bir daha onu göstərir ki, 1990-cı illərdə bolşe- 
viklərin qurmuş olduğu dövləti yıxmaq istəyənlər də fanatik 
kommunist kimi tanıdılan Z.Batırmurzayevin şeirindən istifadə 
etmişlər. Bu da onu göstərir ki, Z.Batırmurzayev bolşevik dü- 
şüncəli bir insandan çox, haqsızlığa dözməyərək ona etiraz 
edən, xalqının xoşbəxt gələcəyini arzulayan, bu yolda canından 
keçənlərdən birisi olmuşdur.
Manay Alibekov 
(1861, Tersk vilayətinin Yaxsay kəndi-
1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın peşəsi 
inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yazdığı


əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qumuq 
qızlarının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mollalar“ və 
s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir.
Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri 
zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa- 
riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban- 
zadə onu „köy ve köylü şairi“ adlandırmaqla, şeiri sadəcə sənət 
üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması 
üçün yazdığına görə onu təqdir etmişdir.
Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca 
zəngin etnoqrafik materialları var.
Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən 
beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap et- 
dirmişdir.

Download 6,58 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   175   176   177   178   179   180   181   182   ...   220




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish