“Mexaniki, fiziki-kimyəvi parametrləri sadalayır”
Zərbə özlülüyü nəyə deyilir?
Sıxılmada möhkəmlik həddini təyin etmək üçün hansı formalı nümunələrdən istifadə
edilir?
Turşuluq ədədi nəyə deyilir?
Dinamik özlülük nədir?
Kinematik özlülük nədir?
41
Təlim nəticəsi 4: Dielektrik materiallar, onların tətbiq sahələri barədə bilir
4.1.1.
Polimerlər əsasında üzvi bərk dielektriklərin xassələrini və tətbiq bölgələrini sadalayır
Yüksək polimer materiallar
Bərk üzvi dielektriklərin demək olar ki, hamısı yüksək molekulalı polimer
materialdır. “Yüksək polimer materiallar” və ya “polimerlər” adı iki yunan
sözündən əmələ gəlmişdir: biri “poli” çox, o birisi “meros”-hissə. Doğrudan da,
polimerlərin molekulları başlanğıc maddənin on və yüz minlərlə hissəciklərindən-
monomerlərdən ibarətdir. “Monomer” adı yunanca “monos” sözündən əmələ gəlmişdir.
Yüksəkpolimer maddələr təbii (kəhraba, təbii kauçuk və başqaları) və süni (polistirol, polivinilxlorid və
bir çox başqaları) ola bilər. Polimerlərin çox hissəsi amorf maddədir və ona görə də onlara qətran
deyilir. Polimer adlanan sintetik qatranları müxtəlif xammaldan (daş kömür, neft və s.) alırlar. Bu
məqsədlə xammalı kimya müəssisələrində emaldan keçirir, sonra əsas manometrləri polimerləşdirir,
yaxud polikondensləşdirirlər. Polimerləşmə reaksiyası zamanı sadə birləşmələrin (manomerlərin)
böyük miqdarda eyni molekulları birləşərək bir mürəkkəb molekul (polimer) əmələ gətirir. Bir sıra
sintetik polimerlər polimerləşdirmə yolu ilə alınır: polietilen, polipropilen, poliizobutilen və s.
Polikondensləşmə reaksiyası zamanı bir sadə birləşmədən polimer əmələ gəlir, onun tərkibi ilk
məhsulların tərkibindən fərqlənir. Polikondensləşmə reaksiyasında əlavə maddələr: su, ammonyak və
s. ayrılır.
Polikondensləşmə yolu ilə fenolformaldenidi, karbomiri, poliamidi, poliefiri və digər sintetik
polimerləri alırlar.
Termoplastik və termoreaktiv dielektriklər.
Termoplastik materiallar, temperaturun təsirindən
təkrar emal oluna bilən materialdır.
Termoreaktiv
materiallar,
istehsalın
son
mərhələsində, yəni hazır şəkildə qızdırıldıqda,
yumşalma qabiliyyəti olmayan materiallara deyilir.
Polimerlər qızdırılan və soyudulan zaman xassələrindən asılı
olaraq:
– termoplastik;
– termoreaktiv polimerlərə ayrılır.
Plastik kütlələrə aşağıdakı komponentlər daxildir:
– əlaqələndiricilər;
– doldurucular;
– plastifikatorlar;
– bərkidicilər;
– boya maddələri;
– sabitləşdiricilər.
Plastik kütlələr elektrotexnikada həm elektroizolyasiya,
həm də konstruksiya materialı kimi tətbiq olunur.
Əlaqələndiricilər plastik kütlələrin əsası olub, onların
xassələrinə təsir edir. Əlaqələndirici kimi təbii və süni
qatranlardan istifadə edilir. Onlar müxtəlif komponentləri
birləşdirir və materiala xarakterik xassə verir. Doldurucular
materialın mexaniki xassələrini yaxşılaşdırmaq, sıxılımasını azaltmaq, davamlılığı artırmaq və s.
üçündür. Doldurucular üzvi, qeyri-üzvi, toz və lif şəklində ola bilərlər.
Tozşəkilli doldurucular: kvars unu, təbaşir, talk, ağac unu və s.
Lifli doldurucular: asbest, ağac və şüşə lifləri.
Doldurucuların seçilməsi və tərkibi metalın təyinatı və istismar zamanı xidmət şəraiti nəzərə
alınmaqla irəli sürülən tələblərə cavab verməlidir.
Şəkil 4.1. Termoplastik materiallar
Şəkil 4.2. Termoreaktiv lent
42
Termoplastik polimerlər qızan zaman yumşalmaq və soyuyan zaman bərkimək qabiliyyəti ilə
xarakterizə olunur. Onlar böyük elektrik müqavimətinə, kiçik suudma qabiliyyətinə və yüksək kimyəvi
davamlılıq xassəsinə malikdir.
Lakin polimerlərin istiliyədavamlılığı azdır, bərkliyi aşağıdır, üzvi həlledicilərdə asanlıqla şişir və
həll olur.
Termoreaktiv polimerlər istinin və təzyiqin təsirindən bərkiyir və təkrar qızdırdıqda yumşalır.
Onlar termoplastik polimerlərdən böyük möhkəmliyi, istiliyədavamlılığı və bərkliyi ilə fərqlənir. Bu
qrupa karbamid, fenol-formaldehid, epoksid və digər polimerlər aiddir.
Do'stlaringiz bilan baham: |