4. Əvəzlik. Əvəzlik konkretlikdən uzaq, daha çox
ümumilik bildirən bir nitq hissəsidir.
Azərbaycan dilçiliyində əvəzliklər barədə çox müxtə-
lif fikirlər deyilmiş, hətta əvəzliyin ondan yuxarı növü
(şəxs, izafi, mülki, rəbd, vəsfi, nisbi, sual, feili, mübhəm,
qayıdış, qeyri-müəyyən, təyini) göstərilmişdir.
Dilçilərdən V.V.Vinoqradov, V.A.Boqoroditski, N.A.Bas-
kakov, A.S.Çikobava, K.Y.Maytinskaya əvəzliklərin əmələ
gəlməsi və onların mahiyyəti barədə maraqlı fikirlər söy-
ləmişlər. Onların fikrincə, əvəzliklər konkret gerçəklikdən
təcrid olunmuş ümumi sözlərdir ki, bunlar da yalnız nitq-
1
Bax: N.Məmmədov. “Azərbaycan dilçiliyinin nəzəri əsasları”. Bakı, 1971, səh. 189.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
250
də, digər sözlərlə əlaqədə gerçək şəxslərə, əşyalara, keyfiy-
yət və kəmiyyətlərə tətbiq oluna bilər.
Dünya dillərinin çoxunda şəxs əvəzlikləri, işarə əvəz-
likləri, sual əvəzlikləri mövcuddur.
Azərbaycan dilində əvəzliyin, əsasən, beş növü geniş
yayılmışdır:
1. Şəxs əvəzliyi: mən, sən, o, biz, siz, onlar;
2. Sual əvəzliyi: kim? nə? hara? necə? nə cür? hansı? ha
çan? nə zaman? və s.
3. İşarə əvəzliyi: o, bu, elə, belə, həmin;
4. Qeyri-müəyyən əvəzlik: biri, birisi, hamı, kimsə, hər kəs,
hər kim, heç kəs, kiməsə və s.
5. Təyini və ya qayıdış əvəzliyi: öz, hər, bütün və s.
5. Feil. İsim kimi, feil də dildə geniş işləklik dərəcə-
sinə malikdir. Təbiət və cəmiyyətdə hərəkətlə bağlı zəngin
prosesləri özündə əks etdirən feil dünya dillərində müxtə-
lif qrammatik kateqoriyalar vasitəsilə fəaliyyət göstərir.
Məsələn, feilin bitmiş və bitməmiş növləri rus dili üçün
daha xarakterik dil hadisəsi hesab edilir.
Feili dildə müstəqil nitq hissəsi kimi xarakterizə edən
bir sıra cəhətlər bütün dillər üçün xarakterik hesab edilir.
Məsələn, feilin zamana və şəxsə görə dəyişməsi, müxtəlif
növlərə düşməsi, xüsusi sözdüzəldici şəkilçilərə malik ol-
ması və s. belə cəhətlərdəndir. Bundan başqa, feilin xüsusi
və konkretlikdən ayrılaraq, mücərrədləşən bütün mənaları
ümumi hərəkət kateqoriyasında birləşir ki, bu da feili digər
nitq hissələrindən fərqləndirir, feil semantik cəhətdən son
dərəcə zəngin, ən incə məna çalarlıqlarını ifadə etmək üçün
cümlədə konstruktiv, təşkiledici rola malik bir nitq hissəsidir.
Azərbaycan dilində feillərin aşağıdakı lüğəvi məna
qruplarına rast gəlinir: 1) hərəkət feilləri; 2) iş feilləri;
3) hal-vəziyyət feilləri; 4) fikirləşmə, görmə, eşitmə prosesi
ilə bağ lı feillər.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
251
Şübhəsiz ki, bunların hamısı konkret və mücərrəd mə-
nada hərəkətə daxildir. Lakin bu hərəkət daxilində müxtə-
lif çalarlı məfhumlar yerləşir. Məsələn, qaçmaq, yüyürmək,
oturmaq, durmaq, tullanmaq, sürüşmək və s. (hərəkət feillə-
ri), daşımaq, boşaltmaq, yükləmək, doldurmaq, çəkmək, itələmək,
qazmaq, belləmək, işləmək, daramaq, hörmək, suvamaq və s. (iş
feilləri), qorxmaq, saralmaq, ağarmaq (rəngi), üşütmə tutmaq,
sevinmək, şadlanmaq, kədərlənmək (hal-vəziyyət feilləri).
Feillərdə ən inkişaf etmiş kateqoriyalar zaman, şəxs,
növ, təsirli və təsirsizlik, təsdiq və inkarlıq kateqoriyalarıdır.
Azərbaycan dilində feillər keçmiş, indiki və gələ-
cək zamanlara görə dəyişir. Bu zamanların hər birinin
özünəməxsus şəkilçiləri vardır.
1) Keçmiş zaman şəkilçiləri: -dı, -di, -du, -dü, -mış, -miş,
-muş, -müş. Məsələn, al-dı, gəl-di, vur-du, gör-dü,
yaz-mış (-dır), işlə-miş (-dir), oxu-muş (-dur), üz-müş
(-dür) və s.
2) İndiki zaman şəkilçiləri: -ır, -ir, -ur, -ür. Məsələn, apar-
ır, gətir-ir, uç-ur, üşü-yür və s.
3) Gələcək zaman şəkilçiləri: -acaq, -əcək, -yacaq, -yəcək,
-ar, -ər, -yar, -yər. Məsələn, axtar-acaq, itir-əcək, ağla-ya
caq, işlə-yəcək, apar-ar, gətir-ər, oxu-yar, işlə-yər və s.
Rus dilində feilin gələcək zamanı bəzən sintaktik yol-
la əmələ gəlir. Буду работать (işləyəcəyəm), буду читать
(oxuyacağam) və s.
Azərbaycan dilində təsdiq feillərin xüsusi şəkilçisi
yoxdur, inkar feillər isə -ma, -mə şəkilçiləri vasitəsilə əmələ
gəlir. Məsələn, oxuyur (təsdiq) – oxumayır (inkar), işləyir
(təsdiq) – işləməyir (inkar) və s.
Feillərin növ kateqoriyasında hal-hərəkətin olduqca
müxtəlif leksik-semantik məna tutumları ifadə olunur.
Azərbaycan dilçiliyində feillərin aşağıdakı növləri ve-
rilir: məlum, məchul, qayıdış, icbar, qarşılıq.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
252
1) Məlum növdə subyekt müstəqil söz kimi cümlədə iş-
lənməsə də, feilin köməyi ilə o, məlum olur. Məlum
növün xüsusi şəkilçisi yoxdur. Məsələn, “Quş uçdu”,
“Uşaqlar bayırda oynayırlar” cümlələrində “uçdu” və
“oynayırlar” feilləri məlum növdədir.
2) Məchul növdə işin kim tərəfindən icra edildiyi məlum
olmur. Məchul növ şəkilçisi -ıl, -il, -ul, -ül və -ın, -in,
Do'stlaringiz bilan baham: |