2. Sifət. Dilçilikdə sifətin ümumiləşmiş tərifi belədir:
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən sözlərə deyilir.
Dildə sadə sifətlərin formal əlamətləri yoxdur. Düzəlt-
mə sifətlər isə şəkilçilər vasitəsilə öz varlığını qoruyur.
Sözdüzəldici şəkilçilər onların formal əlaməti hesab edilir.
Məsələn, vurğu-lu (heca), güc-lü (adam), su-suz (yer), söh
bət-cil (yoldaş) və s. sözlərdə xüsusi sifət düzəldən şəkil-
çilər (-lu, -lü, -suz, -cil) vardır.
Sifəti başqa nitq hissələrindən ayıran morfoloji əlamət-
lərdən başlıcası dərəcə bildirən şəkilçi qəbul etməsidir. Dərə-
cə kateqoriyası ancaq sifətə məxsus qrammatik kateqoriyadır.
Məsələn, qıpqırmızı, göyümtül, uzunsov, sarışın və s.
Azərbaycan dilində sifətlər, əsasən, təyinlənən əşya
adından əvvəl gəlir. Məsələn, yaşıl işıq, gözəl adam, dadlı
yemək, acı soğan və s. Dünya dillərinin əksəriyyətində bu
belədir. Fars dilində isə bu, əksinədir. Məsələn, əhvali-xoş,
dusti-bivəfa, xaneyi-bozargi və s.
Sifətlərin isimlərə qoşularaq cümlədə işlənməsi prosesi
dünya dillərində müxtəlif şəkildə özünü göstərir. Məsələn,
rus dilində sifət ismin əvvəlində işlənərkən hala, kəmiyyətə
və cinsə görə dəyişir. Məsələn, “большой дом”, “большие
дома” (kəmiyyətə görə), “интересный человек”, “интересная
беседа”, “интересное соседство” (cinsə görə) və s.
Türk dillərində, o cümlədən Azərbaycan dilində sifət
ismin əvvəlində işlənərkən heç bir qrammatik dəyişikliyə
məruz qalmır.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
248
Məsələn: yaşıl işıq, yaşıl işığın, yaşıl işığa, yaşıl işığı, yaşıl
işıqda, yaşıl işıqdan, yaşıl parça, yaşıl parçalar və s.
Dilçilikdə sifətə aid aşağıdakı başlıca əlamət və xü-
susiyyətlər müəyyənləşdirilmişdir: 1) əlamət bildirməsi;
2) müqayisə dərəcəsini qəbul etməsi; 3) sintaktik cəhət-
dən, əsasən, təyin rolunu oynaması; 4) xüsusi sözdüzəl-
dici şəkilçiyə malik olması.
Azərbaycan dilində sifətin dərəcələri xarakterik dil ha-
disəsi kimi geniş yayılmışdır. Dilçilikdə, əsasən, sifətin 5 dərəcə
əlaməti göstərilir: 1) adi dərəcə; 2) azaltma dərəcəsi; 3) çoxalt-
ma dərəcəsi; 4) üstünlük dərəcəsi; 5) şiddətləndirmə dərəcəsi.
Bu dərəcə əlamətləri morfoloji və sintaktik yolla əmələ
gəlir.
3. Say. Saylar dilçilikdə əşyanın miqdarını və sırasını
bildirən əsas nitq hissəsi kimi xarakterizə olunur.
Sayların başqa nitq hissələrinə oxşar və fərqli cəhətləri
vardır. Oxşar cəhəti ondan ibarətdir ki, saylar sifət kimi is-
min əvvəlində gəlir, isim kimi hala və mənsubiyyətə görə
dəyişə bilir. Fərqli cəhəti aşağıdakılardan ibarətdir: 1) say
təyin vəzifəsində işləndikdə yanaşdığı sözün qrammatik
əlamətini qəbul etmir; 2) saydan sonra gələn isim cəm şə-
kilçisi qəbul etmir; (məsələn: beş kitab – beş kitablar, on
adam – on adamlar); 3) miqdar və sıra sayları toplu isim-
lərlə işlənmir (məsələn, beş su, üç un, doqquz bulud və s.
deyilmir); 4) sifətdən fərqli olaraq, sayla qoşulduğu isim
arasında müxtəlif sözlər işlənə bilir (məsələn, altı baş inək,
beş nəfər adam, bir nüsxə qəzet, dörd cild kitab, bir qaşıq
dərman, üç göz otaq və s.).
Azərbaycan dilində saylar mənşəcə əsli və düzəltmə olur:
a) əsli (ilkin) sayların heç bir qrammatik forması olmur.
Məsələn, bir, iki, üç, beş, doqquz, on və s.
b) düzəltmə saylar xüsusi say düzəldən şəkilçilər vasitəsilə
əmələ gəlir. Məsələn, bir-inci, on-uncu, otuz iki-nci və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
249
Bəzi dilçilər sayın mənaca 4 – miqdar, sıra, kəsr, qey-
ri-müəyyən saylar; bəziləri
1
isə 5 – miqdar, sıra, bölgü,
kəsr, qeyri-müəyyən saylar növünü göstərir. Sayların iki
növü vardır: miqdar və sıra sayları.
Saylar, başqa nitq hissələrindən fərqli olaraq, dünya
dillərində daha çox ümumi əlamətlərə xasdır. Məsələn,
dünya xalqlarının çoxunun dilində onluq say sistemindən
istifadə olunur. Mürəkkəb sayılan sayların əmələgəlmə
yolu cəhətdən də dillər arasında bir oxşarlıq mövcuddur.
Məsələn, Azərbaycan dilində səksən, doxsan saylarının
etimologiyasını araşdırarkən məlum olur ki, həmin saylar
səkkiz və on, doqquz və on saylarının birləşməsindən əmələ
gəlmiş və müasir dilimizdə bunlar elə möhkəm daşlaşmış-
lar ki, çoxları onu müşahidə edə bilmir. Bu cür dil hadisəsi
rus dilində və başqa dillərdə daha qabarıq nəzərə çarpır.
Məsələn, шестьдесять, семьдесять, восемьдесять sayla-
rının açıq-aydın шесть və десять, семь və десять, восемь
və десять sözlərindən əmələ gəldiyi məlum olur. Fars di-
lində “həftad”, “həştad” sayları da eyni qaydada əmələ
gəlmişdir.
Do'stlaringiz bilan baham: |