Derivativ və relyativ mənalı morfemlər dildə həmişə
şəkilçi kimi özünü göstərir və bunların heç vaxt müstəqil
leksik mənası olmadığına görə dildə müstəqil işlənmələri
mümkün deyildir. Onlar mütləq söz tərkibinə daxil olur və
söz kökü ilə birlikdə dildə öz funksiyalarını yerinə yetirə
bilir. Söz kökü olmadan heç bir söz yarana bilməz. Buna
görə də demək olar ki, kök dilin özəyini təşkil edir və o,
aparıcı morfemdir. Şəkilçi isə köməkçi morfem kimi dildə
fəaliyyət göstərir.
4. BUDAQ MORFEMLƏRİNİN TİPLƏRİ
Dünya dillərində budaq morfemlərin – şəkilçilərin
sözdəki yerinə və funksiyasına görə çox müxtəlif tipləri
mövcuddur.
Dildəki funksiyasına – vəzifəsinə görə budaq mor-
femlər iki qrupa bölünür: 1) sözdüzəldici şəkilçilər; 2) söz-
dəyişdirici şəkilçilər. Sözdüzəldici şəkilçilər sözün leksik
mənasını dəyişdirməyə xidmət edir. Həmin şəkilçiləri
nitq hissələrinə görə qruplaşdırdıqda isim düzəldən, sifət
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
242
düzəldən, say düzəldən, zərf düzəldən, feil düzəldən şə-
kilçilər qrupu meydana çıxır. Bu şəkilçilərin bir qrupu yeni
mənalı sözlər yaradırsa, digər qrupu yaxınmənalı sözlər
əmələ gətirir. Məsələn, rus dilində 20-dən çox, ingilis dilin-
də 6, Azərbaycan dilində isə 3 şəkilçi kiçiltmə mənalı söz-
lər yaratmağa xidmət edir.
Azərbaycan dilində sözyaratma prosesində şəkilçilər
geniş imkana malikdir. Bəzən elə hala rast gəlinir ki, bir
söz kökündən müxtəlif şəkilçilər vasitəsilə bir neçə mənalı
yeni sözlər yaranır. Məsələn,
gi (ümumi ad)
inc (ümumi və xüsusi ad)
da (xüsusi ad)
sev
il (xüsusi ad)
il (mək)
in (mək)
dir (mək)
yaxud:
çi
lək
iş
cil
lə (mək)
siz
Başqa dillərdən keçmə sözdüzəldici şəkilçiləri də he-
saba aldıqda Azərbaycan dilində sözyaratma prosesində
120-yə yaxın derivativ xarakterli morfem iştirak edir.
Sözdəyişdirici şəkilçilər sözün qrammatik mənasını
dəyişdirməyə xidmət edir. Həmin şəkilçilər dildə mövcud
olan müxtəlif qrammatik kateqoriyaların formalaşmasın-
da və yanaşmasında iştirak edir. Bu kateqoriyalara hal,
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
243
mənsubiyyət, kəmiyyət, cins, xəbərlik, zaman, növ daxil-
dir. Dildə həmin qrammatik kateqoriyaların hər birinə aid
spesifik şəkilçi vardır. Dünya dillərində bu şəkilçilər istər
formaca, istərsə də miqdar etibarı ilə müxtəlifdir. Məsələn,
rus dilində üç qrup hal şəkilçiləri vardır. Dünyada elə dil-
lər vardır ki, onlarda hal və cins kateqoriyasına məxsus
şəkilçilər yoxdur. Azərbaycan dilində hal şəkilçiləri olduq-
ca məhsuldar işlənir, cins kateqoriyasına məxsus xüsusi
şəkilçi işlənmir. Ümumiyyətlə, Azərbaycan dilində sözlər
arasında qrammatik əlaqələrin yaranmasının aparıcı nü-
vəsi sözdəyişdirici şəkilçilərdir. Dildəki budaq morfemlər
söz kökü tərkibinə, işlənmə yerinə görə də tiplərə bölünür.
Dilçilikdə, bir qayda olaraq, bu cəhətdən şəkilçilərin üç tipi
göstərilir: postfiks, prefiks və infiks.
1. Postfikslər söz kökündən sonra işlənən şəkilçilərə
deyilir. Azərbaycan dilində bütün sözdüzəldici və
sözdəyişdirici şəkilçilər söz kökündən sonra işlənir.
Məsələn, məhsul-dar-lıq, uşaq-lar, çiçəklik, məktəb-in di
rektor-u və s. Bu misallarda məhsul, uşaq, çiçək, məktəb,
direktor söz kökləri, -dar, -lıq, -lar, -lik, -in, -u sözdüzəl-
dici və sözdəyişdirici şəkilçilərdir.
2. Prefikslər söz kökündən əvvəl işlənən şəkilçilərə
deyilir. Dünyanın bir çox dillərində, o cümlədən
rus dilində şəkilçilərin bu tipi geniş yayılmışdır.
Məsələn; хо-дить, в-ходить, ис-ходить, на-ходить,
у-ходить və s.
Azərbaycan dilində söz kökü əvvəlində şəkilçi gələn
“nasaz”, “naxoş”, namünasib”, “natamam”, “nagüman”,
“naümid”, “bivəfa”, “bihəya”, “biqeyrət” və s. fars dilin-
dən alınma sözlərdir. Onlar həmin qrammatik forma-
da Azərbaycan dilinin leksikasına daxil olmuşdur.
Prefikslər Azərbaycan dilinin qrammatik quruluşuna
uyğun gəlmir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
244
3. İnfikslər söz kökünün ortasında işlənən şəkilçilərə
deyilir. Bu şəkilçilər, əsasən, flektiv dillər üçün xa-
rakterikdir. Türk dillərində, o cümlədən Azərbaycan
dilində şəkilçinin söz kökü daxilində işlənməsinə rast
gəlinmir.
Do'stlaringiz bilan baham: |