72
Buna görə də veriliş ədalət prinsiplərinə uyğun
olmalıdır. Bu balansı qoruyub saxlamağa
iki variant
kömək edir:
1. Zənglərin təşkili. Efirə bir zəng gələrkən ikinci zəngi
də təşkil etmək və zəng edənləri eyni zamanda
canlı yayıma bağlamaq.
2. Məlumatlı olmaq. Ədalətli olmaq üçün zəng edənin
verdiyi məlumatdan daha artıq məsələlərdən
xəbərdar olmaq lazımdır. Buna görə də proqramdan
əvvəl araşdırma aparılmalıdır.
Məsləhət xətti. Studiyaya dinləyicilərin aydın,
müəyyən mövzu üzrə (çox
zaman tibb, maliyyə, ya
da qanun mövzusunda) suallarına cavab vermək
üçün ixtisasa, söhbətin predmetinə uyğun
ekspert
dəvət edilir. Əslində, radio stansiya dinləyiciləri
onların real problemlərini və təcrübələrini misal
gətirərək peşəkar məsləhətlərlə təmin edir.
Qanun
və tibb üzrə məsləhətçilər telefonla məsələnin
həlli yollarını göstərməkdən və konkret reseptlər
verməkdə ehtiyatlı olmalıdırlar. Zəng edən dinləyici
çətin ki, bütün faktları, xüsusilə də onun məsələsini
dəstəkləməyən faktları, versin. Ya da ola bilər ki, zəng
edən şəxs əvvəl aldığı qərardan və ya məsləhətdən
narazı qalıb, ya da hər şeyi olduğu kimi danışmağa
utanır. Adətən ümumi informasiya vermək daha
faydalıdır. Çox vaxt belə proqramlarda iştirak edən
insanlar anonim qalmağı üstün tuturlar. Onların
adı canlı yayımda səsləndirilmir və ya onlara ancaq
adları və ya əvvəldən seçilmiş təxəllüslə müraciət
edilir. Bunlar anonimliyi təmin etməyə yönəlib.
Təəccüblü olsa da, insanlar bəzən öz ailələri, dostları
və ya mütəxəssislərdən məsləhət istəmək əvəzinə,
radioya zəng edirlər, çünki onlar kiminləsə görüşmək
istəmirlər. Bu, bəzən təhlükəsizlik məqsədilə də edilir.
Zəng edəni təhdid və ya hədə-qorxudan
qorumaq
üçün onun adı gizli saxlanılır.
Telefon zəngləri olan verilişi idarə etmək mina
basdırılmış sahədə gəzmək kimidir, ictimaiyyət
nümayəndələri olduqca açıq və kəskin danışa bilər,
kobudluq edər və hətta təhqir də səsləndirə bilər.
Telefon xətti hamının üzünə açıq qalsa, efirdə hərc-
mərclik yarana bilər: ağzına gələni danışan, mənasız,
qəribə və özünü gözə soxan adamlar həmişə tapılır.
Ona görə də bu tip verilişlərdə prodüser, aparıcı
və rejissor nəzarəti tam ələ almalıdır. Ona görə də
effektli süzgəc prosesindən istifadə etmək lazımdır
ki, uyğun olmayan zənglər canlı yayıma ötürülməzdən
öncə artıq ələnsin.
İnsanlar efirə çıxarılmazdan əvvəl prodüser və
ya redaktor onların fərqli, maraqlı bir şey deyə
biləcəklərinə əmin olmalıdır. Onlar telefonla qatılan
dinləyicilərinə proqramın qaydalarını aydın izah
etməli, nəyin efirdə səslənib-səslənməyəcəyini
açıqlamalıdırlar. Deyilməsi vacib olan digər bir
məqam isə texnologiya məsələləridir, məsələn, onlar
efirə çıxmazdan əvvəl radiolarını söndürməli və
proqramı telefonla dinləməlidirlər, stansiyaya zəng
etdikləri andaca efirə bağlanmırlar,
radiostansiya
əməkdaşları özü onlara geri zəng edəcək. Radioefir
nəzarətdə olmalıdır (zəng edən telefonu açıq qoya
bilər). Telefonla qoşulan şəxslərin telefon nömrələri
kimi, ünvan və adlarının prodüser tərəfindən
öyrənilməsi də son dərəcə
vacibdir, əgər zəng edən
şəxs təşkilat və ya xüsusi bir siyasi partiyanı təmsil
edirsə, başqa təfərrüatları öyrənmək gərəyi yarana
bilər. Dinləyicilərlə birbaşa əlaqədə olan prodüser
nəzakətli, xoşqılıq və simpatiya doğuran şəxs
olmalıdır, çünki studiyaya zəng vuranlar əsəbi, gərgin
ola bilər və ya lazım gəldiyində çətin “dinləyici”lərin
öhdəsindən gəlməyi də bacarmalıdır. Əgər
dinləyicinin telefonu qapadılmalıdırsa, həssaslıqla
və dostcasına gerçəkləşdirilməlidir, (məsələn, həmin
şəxsə onun fikrinin və ya mövqeyinin səsləndirilməsi
səbəbindən onu studiyaya bağlaya bilməyəcəyinizi
deyə bilərsiz). Digər məqam isə studiyaya zəng edən
şəxslərdən fikirlərini dürüst və yığcam ifadə etmələri
tələb oluna bilər. Və ya dinləyici kobudluq, təhqir
edir və ya lazımsız sözlərdən istifadə edirsə, efirdən
dərhal çıxarılmalıdır.
Do'stlaringiz bilan baham: