73
Proqramın
efir redaktoru və assistentinin
vəzifələri
bunlardır:
▪ Zənglərə cavab vermək və onların maraqlı və
əhəmiyyətli olduğunu təyin etmək.
▪ Zəng edən şəxsə efirin əsas qaydalarını izah etmək.
▪ Zəng edənə xatırlatmaq ki, arxa planda səs
olmamalı, o, öz radiosunu söndürməli və ətrafda
heç bir səsin olmadığına əmin olmalıdır.
▪ Zəng edənə bildirməlidir ki, o, proqramı
bu telefon
xəttində eşidə biləcək və aparıcı bir an sonra
onunla danışacaq.
▪ Aparıcı qəbul edənə qədər zəngi “gözləmə”
vəziyyətində saxlayın.
▪ Zəng edənin adını və danışmaq istədiyi məsələləri
aparıcıya ötürmək.
Zəngləri yoxlayan, seçən və qiymətləndirən şəxs
təcrübə ilə əsl
problemi, maraqlı fikrləri, praktik və
ya yumorlu məqamları tutmağa alışır. Bu adam qısa
cümlələrlə danışmalı, suallara tez reaksiya verməlidir.
İstər birbaşa efirdə, istərsə də efirdən kənar, çox
kobudluq göstərmədən söhbəti sona çatdırmaq üçün
belə şablonlardan yararlana bilərsən:
▪ “Bir az əvvəl (ya da dünən və s.) digər bir şəxs bu
məqama toxunmuşdu...”
▪ “Burada bu an sizə dediyiniz məsələ ilə bağlı
yardım edəcək kimsə yoxdur...”
▪ “Qorxuram, bu gün məsələyə aydınlıq gətirə
bilməyəcəyik...”
▪ “Baqlantı zəifdir, sizi eşidə bilmirəm...”
▪ “Siz mövzudan kənara çıxırsınız...”
▪ “Bizi xəttə gözləyən çoxlu zənglərimiz var...” və s.
Telefon proqramlarının əsas məqsədi insanlara onları
narahat edən məsələlər barədə öz sözünü deməyə
və fikrini bildirməyə imkan yaratmaqdır. Çox zaman
bu cür proqram təqdimatçının, ya radio aparıcısının
xarakterinə uyğun olaraq ya uğur qazanır, ya da
əksinə.
Bəzən zəng edənin psixoloji durumu mürəkkəb ola
bilər. Stansiya həmin adamlara qayğı göstərmək üçün
xüsusi məsuliyyət daşıyır. Depressiya və tənhalıq,
evlilik və şəxsiyyətlər arası münasibətlərdə böhran
kimi problemlərin müzakirəsi ciddi qəbul edilməlidir
və ona görə də radiostansiya özünün təklikdə həll
edə bilməyəcəyi problemləri öz öhdəsinə götürə
bilən real xüsusi yardım xidmətlərinə ötürmək üçün
kifayət qədər əlaqəyə malik olmalıdır. Radio xidməti
xətti açıb “problemlərinizi burada açıqlayın” deyəndə
problemi çözmək üçün bəzi cavablar verməyə
hazır olmalıdır. O, həm də əmin olmalıdır ki, verdyi
məsləhət üçün məsuliyyət daşıyır. Şəxsi problemləri
ilə ixtisaslaşmış radioproqrama zəng edən
anonim
qala bilər və həmin şəxsin adı efirə verilmir. Bu
ənənə zəng edənlərin çoxunun ehtiyacı olduğu bir
şeyi qoruyur – məxflik (şəxsilik). Ya da onlar saxta,
uydurma adlar verə bilərlər!
Real problemli insanlar
nadir hallarda stansiyaya zəng edb ictimaiyyətə
danışırlar. Həqiqətən yardım axtaran şəxslər ona görə
zəng edir ki, o, stansiyanı artıq tanıyır və ona bir dost
kimi və mənbə kimi etibar edir. Bu münasibət həm də
radio stansiyası üçün bir növ komplimentdir.
Do'stlaringiz bilan baham: