Radio jurnaliSTİKA



Download 3,35 Mb.
Pdf ko'rish
bet117/132
Sana13.04.2022
Hajmi3,35 Mb.
#549442
1   ...   113   114   115   116   117   118   119   120   ...   132
Bog'liq
Azerbaijan. Radiojournalism

88
XI BÖLÜM
RADİO YAYIMININ HÜQUQİ VƏ ETİK TƏNZİMLƏNMƏSİ
RADİO YAYIMI HAQQINDA QANUNVERİCİLİK: DÜNYA VƏ YERLİ TƏCRÜBƏ
RADİO YAYIMI HAQQINDA QANUNVERİCİLİK: DÜNYA VƏ 
YERLİ TƏCRÜBƏ
BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi 
“Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”
nin 
19-cu maddəsi media fəaliyyəti, o cümlədən teleradio 
yayımı üçün fundamental hüquqi baza rolunu oynayır. 
Həmin maddədə deyilir: Hər bir insanın fikir azadlığı 
və onu sərbəst şəkildə ifadə etmək hüququ var: bu 
hüquqa öz fikrində qalmaq, dövlət sərhədlərindən asılı 
olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq 
və yaymaq azadlığı daxildir. Lakin bu Bəyannamədə, 
eləcə də bir çox başqa beynəlxalq sənədlərdə, pakt 
və konvensiyalarda “ifadə azadlığı hansı hallarda 
məhdudlaşdırıla bilər” sualının da dəqiq cavabı (irqi 
ayrı-seçkilik, müharibə təbliğatı, dövlət çevrilişinə 
çağırış və s. hallarda) verilib. BMT üzvü olan ölkələrdə 
hökumətlər məhz bu sənədlərə istinad edərək milli 
səviyyədə teleradio fəaliyyətini qanunla tənzimləməyə 
çalışırlar.
Televiziya və radio yayımı medianın fərqli özəlliklərə 
malik sahəsi olduğu (insanlara tez və effektli təsir edir, 
cəmiyyətdə tez reaksiya oyadır, əlyetəndir, gündəlik 
yayımları pulsuzdur və s.) üçün xüsusi qanunlarla 
tənzimlənir. Radio yayımının hüquqi tənzimlənməsi 
dedikdə, ilk növbədə, bunlar nəzərdə tutulur: 
1. Yayımçının qeydiyyata alınması üçün lisenziya 
(icazə) verilməsi, 
2. Verilişlərin yayımı üçün tezliyin ayrılması, 
3. Fəaliyyətin qanunvericiliyə uyğunlaşdırılması. 
Dünyanın istənilən ölkəsində teleradioyayımın 
hüquqi tənzimlənməsi, bu sahədəki qanunvericilik 
çap mediası sahəsindəki qanunvericilikdən prinsipial 
şəkildə fərqlənir. Yəni çap mediasından fərqli olaraq 
televiziya və radio fəaliyyəti daha dərindən, detallı 
düzənlənir. Beynəlxalq təcrübəyə görə, teleradio 
yayımına lisenziya – xüsusi razılıq əsasında yol verilir. 
Eyni zamanda televiziya və radionun fəaliyyətini 
tənzimləyən xüsusi dövlət qurumu yaradılır. 
Teleradionun hüquqi tənzimlənməsinə belə fərqli 
yanaşmanın nəticəsidir ki, hətta ifadə azadlığı üçün 
geniş standartlar müəyyən edən Avropa İnsan 
Haqları Konvensiyasının 10-cu maddəsi dövlətlərin 
elektron KİV üzərinə lisenziya qoymaq haqqını 
qəbul edir, hökumətlərin onu bir qədər nəzarətdə 
saxlamasına razılıq verir. Amma bununla yanaşı, həmin 
Konvensiya teleradio sahəsinin siyası və iqtisadi 
monopoliyalaşmasını yolverilməz sayır. Avropa Şurası 
qurumları yayım sahəsinin elə düzənlənməsini tələb 
edir ki, söz və fikir azadlığı, plüralizm, balanslılıq təmin 
olunsun, manipulyasiya imkankarı heçə endirilsin. 
Avropa Şurası Nazirlər Komitəsi Avropa Şurası üzvü 
olan dövlətlərə “Yayım bölümündə düzənləyici 
qurumların müstəqilliyi və funksiyaları haqqında” 
(2000) 23 saylı tövsiyələrində “çağdaş demokratik 
toplumlarda yayım mediasının önəmli rol oynadığını 
vurğulayır”, “yayım bölümündə geniş çeşıdli, müstəqil 
və öz-özünü yönəldən və tarazlığı saxlayan medianın 
olması üçün demokratik azadlıqların mövcudluğunu 
önəmli hesab edir. 
Azərbaycanda teleradio yayımı ölkə Konstitusiyasına, 
“Kütləvi informasiya vasitələri haqqında”, “Teleyiziya 
və radio yayımı haqqında“, “İctimai televiziya və 
radio yayımı haqqında”, “Məlumat azadlığı haqqında” 
qanunlara və digər normativ aktlara əsaslanır. Yayımın 
tənzimlənməsi ilə bağlı daha çox 

Download 3,35 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   113   114   115   116   117   118   119   120   ...   132




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish