XI BÖLÜM
RADİO YAYIMININ HÜQUQİ VƏ ETİK TƏNZİMLƏNMƏSİ /
RADİOEFİR VƏ ETİK QAYDALAR
RADİOEFİR VƏ ETİK QAYDALAR
Radio yayımı, təkcə qanunlarla yox, həm də etik
normalarla tənzimlənir. Yəni qanunun əhatə edə
bilmədiyi bir çox situasiya və davranışlar etik
normalarla qaydaya salınır. Etik normalar dedikdə
bütövlükdə mətbuatın və ayrı-ayrı jurnalistlərin
fəaliyyətinin qanunla deyil, müəyyən normativ
davranış qaydaları, peşə əxlaqı kodeksi, mənəvi-
əxlaqi prinsiplər əsasında könüllü tənzimlənməsi,
həmin prinsip və qaydaların məcmusu başa düşülür.
Mediaetika nəticə deyil, daha çox prosesin özüdür.
Etik normalar cəmiyyətin mediaya inam məsələsini,
peşə standartlarının önəmini, ictimaiyyətin və media
elitasının qəbul etdiyi davranış qaydalarını diqqətdə
saxlayır.
Nəhayət, bu məqam da vacibdir ki, etika və hüquq
normalarına yalnız mətbuat azadlığı və müstəqil
jurnalistika sistemi yüksək inkişaf etmiş ölkələrdə
əməl etmək mümkündür. Bu normalar jurnalistlərdə
azadlıq duyğusu ilə yanaşı, yüksək məsuliyyət hissi
də formalaşdırmalıdır, jurnalist cəmiyyətdəki yerini,
ictimai statusunu bəlirləyir.
Birləşmiş Millətlərin xüsusi orqanlarından biri
olan UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və
Mədəniyyət Təşkilatı) 1983-cü ildə Jurnalistikada
Peşəkar Etikanın Beynəlxalq Prinsiplərini yaratmışdır.
Maddələrdən birində deyilir:
“Fiziki və hüquqi şəxslər reallığı doğru və dəqiq
informasiya vasitəsilə öyrənməklə yanaşı, öz
fikirlərini də müxtəlif mədəniyyət və kommunikasiya
vasitələrinin köməyilə sərbəst şəkildə ifadə edə bilər.”
Sənəddə bu kimi məsələlər öz əksini tapıb:
▪ jurnalistin obyektiv reallığa istinad etməsi
▪ jurnalistin cəmiyyət qarşısında məsuliyyəti
▪ peşəkar toxunulmazlıq problemləri
▪ mediada ictimai çıxış və iştirak
▪ insan şəxsiyyətinə və ləyaqətinə hörmət
▪ ictimai maraq və demokratik təşkilatlara hörmət
▪ ictimai əxlaq və mədəni müxtəlifliyə görə
narahatlıq
Media etikasına aid olan internet saytlarından
ən əhəmiyyətlisi Mətbuat Şuralarının saytlarıdır.
Jurnalistikanın Prinsiplərinin əsas şifrələri bunlardır:
▪ peşəkar və səriştəli olmaq
▪ müstəqil olmaq (siyasi, iqtisadi, intellektual
təzyiqlərdən)
▪ geniş və dərin təfərrüatlı xəbərlər (yalnız açıq-aydın
deyil, maraqlı, ətraflı)
▪ xəbərləri tam, dəqiq, ədalətli, anlaşıqlı formada
çatdırmaq
▪ bütün qruplara xidmət göstərmək (varlı/kasıb,
cavan/yaşlı, konservativ/liberal)
▪ insan haqqlarını və demokrtatiyanı qorumaq və
təbliğ etmək
▪ cəmiyyətin inkişafı naminə çalışmaq
▪ xalqın mediaya olan inamını zəiflədəcək heç bir iş
görməmək
Do'stlaringiz bilan baham: |