_______________ Milli Kitabxana _______________
79
Ağılmı getdi əldən, divmi göründü gözə?
Dəmir qandal vuruldu sanki biləyimizə.
Məgər mey nəşəsilə kədəri silmək olar?
705
Günəşin nur qaynağı məgər gillə suvanar?
Dərdlilərin yoldaşı, könüldaşı - dərd, açı,
Şərab düşkünlərinin şərabdadır əlacı.
Ey sinəmə çəkdiyin dağdan xəbərsiz nigar,
Sənindir ruhumdakı bu tazə bağ, bu bahar.
Mənim gözlərim çıraq, sən üstümdə çıraqban,
Sözüm - bağdı, göz yaşım - bağı suvaran bağban.
Pərdə dalında qalan bir gözəlin siması,
Bu gün mənimçün "İxlas" surəsinin aynası.
Bu dolaşıq kələfin ucu tapılanacan,
710
Başım dizim üstündə - çox əyləşdim nigaran.
Yəqinlik yolu seçdim yara yetməkdən ötrü,
Sən də mənim getdiyim yolla get, ey dost, yürü!
Yox, bu pərdəyə yadsan, dayan, şair yürüsün,
Nizaminin işini elə Nizami görsün.
Do'stlaringiz bilan baham: |