BİRİNCİ XƏLVƏT - QƏLBİN TƏRBİYƏSİ
Ədəb dərsinə keçdi o riyazət öyrədən,
Məni doqquz fələyin çıxartdı çevrəsindən.
Yolumuz həlqə-həlqə, əyri-dolay, çən-duman,
Fəqət, mənim ustadım sapmadı öz yolundan.
Elə bir yerə çatdı yolumuzun axırı,
610
Tamam arxada qaldı onun dolambacları.
Sözü daşdan keçən pir bizimçin qürur idi,
Tanrımız olmasa da Tanrıdan bir nur idi.
O pir iki cahanda mənə gözətçi, hami!
Yoxsa çəkib dərdimi, qayğıma qalardımı?
İşlərimi yoluna qoymasa da bu dəm o,
Bilirəm, şəfqətini əsirgəməz məndən o.
Do'stlaringiz bilan baham: |