_______________ Milli Kitabxana _______________
21
tamah, şöhrət və şəhvət əsiri olan insanlardır. Nizamini daha çox
kədərləndirən də odur ki, məhz belələri başqalarına ağalıq eləyir, özlərini
yüksək tuturlar.
Aləmə bax, başçıları kimdilər,
Adlıların adlıları kimdilər.
"Sirlər xəzinəsi" zəngin və mürəkkəb məzmunlu, yüksək sənətkarlıqla
yazılmış bir əsərdir. Azərbaycan İntibahının qiymətli bir abidəsi kimi bu
əsərin əhəmiyyəti ondadır ki, insanlığın nurlu sabahına, sadə adamlara
məhəbbətlə doludur.
Nizaminin "Sirlər xəzinəsi" əsərinin bir neçə tərcüməsi mövcuddur.
Həmin tərcümələrin hər birində uğurlu cəhətlərlə yanaşı nöqsanlar da var. Biz
bu nəşr üçün Xəlil Rza Ulutürkün tərcüməsini daha məqsədəuyğun saydıq.
Poema Xəlil Rzanın yazdığı şərhlərlə birlikdə oxuculara təqdim olunur.
Xəlil Yusifli
Do'stlaringiz bilan baham: |