ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet21/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   ...   17   18   19   20   21   22   23   24   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Vergİ VƏ TƏrƏqqİ


masına  sərf  edilirdi.  İmperiyanın  başqa  hissələrindən  fərqli
olaraq, Roma ilə yanaşı bütün İtaliya da imtiyazlı idi. Ona Roma
gücünün beşiyi, dünyanın mərkəzi kimi baxırdılar. Buna görə də,
İtaliya imperiyanın bir hissəsi deyil, onun mərkəzi və təcəssümü
hesab edilirdi [57].
Natural təsərrüfatın hökmranlığı və bununla əlaqədar maliyyə
sisteminin zəif inkişafı orta əsrlərdə vergi haqqında siyasi və iqti-
sadi  nəzəriyyələrin  inkişafına  şərait  yaratmırdı.  Sxolastların
teoloji,  fəlsəfi,  siyasi  və  hüquqi  əsərlərində  vergi  haqqında
 sistemsiz ümumi müddəaları orta əsrlər üçün xarakterikdir.
Erkən  feodal  dövlətlərdə  vergilər  dövlət  başçısına  bəxşiş,
hədiyyə  kimi  nəzərdən  keçirilirdi.  Təsadüfi  deyildir  ki,  orta
əsrlərdə İngiltərədə “vergi” və “bəxşiş” anlayışları demək olar
ki,  sinonim  kimi  çıxış  edir  və  “gift”  sözü  ilə  ifadə  edilirdi.
 Almaniyada  isə  verginın  adı  dövlət  tərəfindən  vergi  ödəmək
xahişi ilə bağlı idi. Sonradan vergi əhalinin öz dövlətinə yardımı
kimi nəzərdən keçirilməyə başladı. Alman dilində indiyə qədər
verginin adı yardım, pay mənasını verən “steuer” qalmışdır [40]. 
XVIII əsrdə belə bir təsəvvür yaranmışdı ki, vergi təkcə iqti-
sadi  yox,  həm  də  siyasi-hüquqi  mənaya  malikdir.  Məhz  bu
dövrdə vergi vətəndaşların dövlət qarşısında hüquqi öhdəliyi
kimi nəzərdən keçirilməyə başlamışdır. Məsələn, ingilis dilində
vergiləri indiyə qədər “duty”, yəni borc, öhdəlik, fransız dilində
isə - məcburi ödəmə mənasını daşıyan “impot” adlandırırlar.
Vergilərin mahiyyətinin məhz həmin mənalarda dərk edilməsi
bu günlərə qədər qalmışdır.   
Vergilərin mahiyyəti və onların cəmiyyətdə rolu haqqında
təsəvvür  dövlət  institutlarının  və  bütövlükdə  iqtisad  elminin
inkişafı  ilə  dəyişmişdir.  Belə  ki,  təxminən  XVII  əsrdən
başlayaraq, ticarət kapitalının möhkəmlənməsi və texniki tərəqqi
bu vaxta qədər işlənib hazırlanmış vergi nəzəriyyələrinin yeni
mərhələsini şərtləndirmişdir [97]. 
Onlardan ən məşhurlarını nəzərdən keçirək:
1)  Merkantilizm  nəzəriyyəsinin  əsas  postulatı  dövlətin
sənayenin və xarici ticarətin inkişafına yardımının cəmiyyətin
bütün sosial təbəqələrinə müsbət təsir etməsi ilə bağlıdır. Ona
görə də “faydalı” ticarət balansına xüsusi diqqət yetirilir. Bu
nəzəriyyədə  dövlətin  başlıca  məqsədi  pulun  (qızıl  və  gümüş
30

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish