ƏLƏKBƏr MƏMMƏdov ceyhun yusifov iLqAr Seyfullayev vergİ



Download 2,97 Mb.
Pdf ko'rish
bet2/288
Sana26.07.2021
Hajmi2,97 Mb.
#128788
1   2   3   4   5   6   7   8   9   ...   288
Bog'liq
20181017072307 Vergi və tərəqqi

Platon (b.e.ə. 428-347)
ÖN SÖZ
Azərbaycanda aparılmaqda olan uğurlu sosial-iqtisadi siyasət
əhalinin həyat səviyyəsinin yüksəlməsində öz əksini tapmaq da -
dır. Əhalinin gəlir və xərcləri son illərdə sürətlə artmış,  2013-cü
ildə 2005-ci ilin müvafiq göstəricisi ilə müqayisədə nominal
ifadədə 4,4 dəfə, xərcləri isə 3,9 dəfə çox olmuşdur. İqtisadiyyat
üzrə orta əmək haqqının 2013-cü il üzrə səviyyəsi 2005-ci ilin
müvafiq gösətricisindən 3,2 dəfə çox olmuşdur. Belə artımın  in-
flyasiya tempindən dəfələrlə çox olması faktı isə əhalinin real
gəlirlərinin  də  artması  fikrini  təsdiqləyir.  Əhalinin  sosial
xidmətlər, o cümlədən keyfiyyətli səhiyyə və təhsil xidmətləri
ilə təminatında da əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. 
Son on ildə ölkə iqtisadiyyatına 160 milyard dollar investisiya
cəlb edilmişdir və bu proses artan sürətlə davam etməkdədir.
2013-cü ildə milli iqtisadiyyatımıza sərmayə qoyuluşunun həcmi
rekord  səviyyəyə  -  28  milyard  dollara  çatmışdır.  Əlamətdar
haldır ki, son illərdə daxili sərmayələrin həcmi xarici sərmayələri
xeyli üstələyir. Bu prosesin xüsusi olaraq vurğulanmalı olan bir
cəhətini  qeyd  etmək  lazımdır:  qeyri-neft  sektoruna  qoyulan
sərmayələr  neft  sektoruna  yönələn  sərmayələrdən  dəfələrlə
 çoxdur.  Uğurlu  iqtisadi  siyasət  qeyri-neft  sektorunun  sürətli
inkişafında  öz  əksini  tapır.  Təsadüfi  deyil  ki,  2013-cü  ildə
ölkənin ümumi daxili məhsulunun artımı təqribən 6%, qeyri-neft
sektorunun artımı isə təqribən 10% olmuşdur. 2003-2013-cü illər
ərzində ölkədə 1 milyon 200 min iş yeri açılmışdır. Qeyd olunan
nəticələr  aparılmaqda  olan  sosial-iqtisadi  siyasətin  böyük
uğurlarını göstərməklə yanaşı, cəmiyyətin hərtərəfli inkişafının
təmin edilməsi üçün artan milli gəlirin bölüşdürülməsi və bazar
iqtisadiyyatında labüd proses olan sosial təbəqələşmənin tənzim -
lən məsi məsələlərini də aktuallaşdırır.
7


8
Hazırda rəqabətqabiliyyətliliyinə görə dünyanın 39-cu ölkəsi
olan Azərbaycanda əhalinin gəlirlərinin artım templəri, təhsil,
səhiyyə və digər sosial sahələrdə əldə olunan uğurlar ictimai
rifahın əsaslı şəkildə yüksəlməsinə şərait yaratmışdır.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti
Suma Cakrabarti 2013-cü ilin iyul ayında ölkəmizə səfəri zamanı
Azərbaycanda yoxsulluğun səviyyəsinin 2001-ci ildəki 50%-dən
2013-cü ilin birinci yarısında 5,6%-dək azalmasını «bəşəriyyət
tarixində  nadir  nümunələrdən  biri»  kimi  qiymətləndirmişdir
[108].
Azərbaycanda yoxsulluq səviyyəsinin azaldılması sahəsində
əldə  olunmuş  uğurlar  Dünya  Bankının  da  hesabatlarında  öz
əksini tapır. Dünya Bankının hesabatından məlum olur ki, milli
gəlirin  ədalətli  bölgüsünə  görə Azərbaycan  110  inkişaf  edən
ölkəni  geridə  qoyur.  Bankın  hesabatına  görə,  respublikamız
dünyanın  153  ölkəsi  arasında  ən  aşağı  yoxsulluğa  malik  20
ölkədən biridir [109]. 
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
xətti ilə 2013-cü il üçün hazırlanmış “İnsan inkişafı haqqında
Hesabat”da Azərbaycan  insan  inkişafı  indeksi  üzrə  186  ölkə
arasında  82-ci  yerdə  qərarlaşmaqla  «yüksək  insan  inkişafı»
ölkələri sırasına aid edilmişdir. Ölkəmiz insan inkişafı indeksinin
gəlirlər üzrə bərabəsizliyin nəzərə alınması ilə müəyyən edilən
qiymətinə görə isə 45-ci yeri tutmuşdur [110]. 
Qeyd edilən uğurları ölkəmizdə aparılmaqda olan sosial-iqti-
sadi siyasətin səmərəliliyinin göstəricisi kimi qəbul etmək olar.
Dövlətin düşünülmüş strateji xətti və apardığı siyasət əhalinin
bütün təbəqələrinin həyat səviyyəsinin yüksəlməsinə gətirməklə
yanaşı, bu istiqamətdə daha yaxşı nəticələrin əldə edilməsi üçün
böyük imkanlar yaradır. 
İctimai  və  fərdi  rifah  bir-birilə  qarşılıqlı  əlaqə  şəraitində
inkişaf  edir.  İctimai  rifahın  artımı  fərdi  rifah  meyarlarının
yüksəlməsinə  gətirməklə,  bu  meyarlara  uyğun  həyat  tərzinin
təmin edilməsi üçün müvafiq gəlirlərin əldə edilməsi zərurətini
yaradır. Nümunə üçün, Dünya Bankının müəyyənləşdirdiyi me-
yara görə, Şərqi Avropa və MDB ölkələrində gündəlik gəliri 4
dollardan, inkişaf etmiş ölkələrdə isə 14,4 dollardan az olanlar


yoxsul hesab edilirlər [109].
Göstərilən  hesabatlardan  məlum  olur  ki,  yüksək  iqtisadi
göstəricilərə malik olan inkişaf etmiş ölkələrdə də yoxsulluq
səviyyəsində  yaşayan  milyonlarla  insan  vardır,  yəni  ölkənin
yaxşı statistika göstəriciləri insanların rifahının yaxşı olması ilə
eyni məna daşımır. 
Xarakterinə  görə  ümumbəşəri  mahiyyət  kəsb  edən  sosial
bərabərsizlik problemi iqtisadi imkanlara görə strukturlaşmış
cəmiyyətin və dövlətin yaranması qədər qədim köklərə malikdir.
İnsanların yaşadığı təbii və sosial mühitlə, fərdi qabiliyyətləri və
imkanları ilə şərtlənən müxtəlifliyi onların tələbatlarında təzahür
olunmaqla  belə  cəmiyyətlərin  formalaşmasında  müstəsna  rol
oynamışdır.
Müasir dövrdə istehlakın bütün vasitələrlə dəstəklənməsi və
istehsal texnologiyalarının artan tələbatları ödəmək imkanları
inkişaf etmiş iqtisadi sistemlərin artımının əsas mənbələrindən
biri hesab olunur. Şəxsi mənfəətin artırılması prinsipi ilə fəaliyyət
göstərən  kommersiya  müəssisələri  texnologiyaların  geniş
imkanları  və  marketinq  kampaniyaları  vasitəsilə  insanların
tələbatını  və  onların  ödənilmə  formalarını  çox  böyük  sürətlə
dəyişə  bilir. Alıcılıq  qabiliyyətinin  və  yaxud  məhsulun  satın
alınma imkanının olmaması səbəbindən həmin arzuların qismən,
və ya tam şəkildə reallaşmaması cəmiyyətin müəyyən təbəqələ -
rində mənfi emosiyalar yaradır, psixoloji durumu gərginləşdirir,
dərin  sosial  ziddiyyətlərin  yaranmasına,  formalaşmış  milli-
mənəvi  dəyərlərin  deformasiyasına  və  beləliklə,  cəmiyyətin
tərəqqisinə maneələrin meydana gəlməsinə zəmin yaradır.
Müasir dünyada sosial bərabərsizlik problemi Afrika və Asiya
qitələrində  yerləşən  bir  çox  ölkələrdə  aclıq  və  yoxsulluğun,
inkişaf  etmiş  ölkələrdə  isə  hədsiz  istehlaklın  (israfçılığın)
mövcudluğu fonunda daha qabarıq görünür. Bir sıra tədqiqatçılar
bərabərsizliyi hazırda dünyada baş verən dərin iqtisadi-maliyyə
böhranlarının və mənfi yüklü sosial hadisələrin kökündə dayanan
əsas amillərdən biri kimi qəbul edirlər. 
Hələ XVIII əsrdə Adam Smit (1723-1790) cəmiyyətin inki -
şafını alıcıların və satıcıların maraqlarının rəqabətli mübadilə
vasitəsilə ödənilməsi prosesində görür və bazarın tənzimləyici
Ö N   S Ö Z
9


mexanizminin  -  “görünməz  əl”in  səmərəliliyini  təsərrüfat
müstəqilliyi ilə yanaşı həm istehsalçılar, həm də alıcılar arasında
rəqabətin mövcudluğu ilə əlaqələndirirdi. Bu baxımdan, cəmi y -
yətdə  sosial  bərabərsizlik  problemi  tələbin  inhisarlaşmasının
məhdudlaşdırılması,  alıcıların  rəqabət  aparmaq  imkanlarının
təmin  edilməsi  ilə  də  əlaqələndirilir  və  bazar  iqtisadiyyatına
əsaslanan iqtisadi sistemin dayanıqlılığının təmin olunmasının
əsas şərtlərindən biri hesab olunur.
Amerikalı  iqtisadçı  alim  Lourens  Henri  Sammers  (1954)
2008-ci ilin böhranından sonra iqtisadi sistemdə baş verəcək
dəyişikliklərin  mahiyyəti  barədə  danışarkən  texnoloji  inno-
vasiyalarla  yanaşı,  gəlirlərin  bölgüsü  məsələsinin  də  əsas
prioritetlərdən  biri  olduğunu  bildirmişdir:  “Yeni  amerika
iqtisadiyyatı  dəyişəcək  və  böhrandan  əvvəlki  vəziyyətindən
yaxşı olacaq. O, daxili istehlakdan ixraca, enerji resurslarının
istehsalından ətraf mühitin qorunmasına, maliyyə innovasiyala -
rından biotexnologiyaların, proqram təminatının və maşınqa -
yırma  avadanlıqlarının  istehsalına  və  nəhayət,  əhalinin  kiçik
qisminin gəlirlərinin qeyri-mütənasib artımının təmin edilməsin -
dən orta sinfin maraqlarının nəzərə alınmasına istiqamətlənəcək”
[107].
Gəlirlərin bərabərsizliyinin məhsuldarlığın artırılması və iqti-
sadi  inkişafa  nail  olunmasına,  demoqrafik  duruma,  əhalinin
sağlamlığına, təhsil səviyyəsinə, və beləliklə, gələcək inkişafa
təsir edən amillərdən biri olması onun sosial-iqtisadi əhəmiy -
yətini şərtləndirir.
Cəmiyyətdə bərabərsizliklə şərtlənən sosial ziddiyyətlərin
azaldılması və bu ziddiyyətlərin dağıdıcılıqdan inkişafa, kon-
struktiv məcraya istiqamətləndirilməsi problemi həmişə iqtisad
elminin, xüsusilə rifah haqqında  nəzəriyyələrin diqqət mərkə -
zində olmuş, bu istiqamətdə əsaslı tədqiqatlar aparılmışdır. Fikri -
mi zcə, belə tədqiqatlara müasir dövrün prizmasından baxılması
ictimai tərəqqinin tənzimlənməsi məsələsi üçün həm nəzəri, həm
də praktiki əhəmiyyət kəsb edir. Digər tərəfdən, gəlirlərin bəra -
bər sizliyinin azaldılması inkişaf etmiş və etməkdə olan ölkələrin
bir çoxunda, o cümlədən Azərbaycanda aparılan vergi siyasətinin
əsas prioritetlərindən biri hesab olunur [4].
10

Download 2,97 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   288




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish