Musa Urud uruda ики сяфяр Бакы – 2009


- İstoriya qlasit, çto Naqornıy Karabax Armyanskaya zemlya...(Tarix deyir ki, Dağlıq Qarabağ erməni torpağıdır)



Download 4,43 Mb.
bet28/31
Sana21.02.2022
Hajmi4,43 Mb.
#2946
1   ...   23   24   25   26   27   28   29   30   31
- İstoriya qlasit, çto Naqornıy Karabax Armyanskaya zemlya...(Tarix deyir ki, Dağlıq Qarabağ erməni torpağıdır)
- Eto vaşa istoriya qlasit. (Bunu sizin tarix deyir)
- Vı rodilis v Sisianskom rayone. Ar­meniyu svoyey vtoroy rodinoy sçitayete? (Siz Sisyan rayonunda doğulmusunuz. Ermənistanı özünüzün ikinci vətəni hesab edirsinizmi?)
- Net, ne sçitayu, ya rodilsya v sovsem druqom qosudarstve. (Yox, hesab etmirəm, mən tamam başqa bir dövlətdə doğulmuşam.)
- Vı ne boyalis syuda priyexat? (Siz buraya gələrkən qorxmadınız ki?)
- Ya nadeyus çto, v Parlamente Armenii vtoroy raz po deputatam strelyat ne budut! (Mən ümid edirəm ki, Ermənistan Parlamen­tində ikinci dəfə deputatlara güllə atmayacaq­lar!)
Bu cavabdan erməni qızı duruxur, göz­ləri bərəlir, udqunur, müsahibəni davam etdirməyə söz tapmır. Mən təşəbbüsü əldən vermirəm:
- Yəqin ki, bu cavabı olduğu kimi verməyəcəksən!
- Yox, olduğu kimi verəcəyəm. Maraq­lansanız internetdə oxuyarsınız.
Doğrudan da, Bakıya qayıdandan 3 ay sonra internetdə, təsadüfən, həmin müsahi­bənin ingilis dilində orijinala çox yaxın variantına rast gələndə, yaxşı mənada təəccüb­ləndim, adını da soruşmadığım gənc, qara­yanız, balacaboy, uzunburun erməni qızının peşəsinə sadiqliyinə heyrət etdim.
Konfrans zamanı erməni jurnalistləri ilə bağlı çox gülməli bir hadisə oldu ki, onu da hörmətli oxucularımıza İrəvan səfərimizin bir xoş sərgüzəşti kimi təqdim etmək istəyirəm.
Konfransın axırına yaxın bir erməni jurnalisti Gürcüstan nümayəndə heyətinin mü­xalifətçi üzvü David Saqanaledzeyə yaxın­laşır, çox güman ki, onu Gürcüstan Parla­men­tinin erməni deputatı Melik Rais­yan­la səhv salır:
-Bağışlayın siz Gürcüstanın deputa­tı­sınız?
- Bəli.
- Ermənisiz?
Baməzə Dato Melikdən də, bütün er­mə­ni­lərdən də hayıfını belə çıxır:
-Mən dünən çox içmişəm, yəqin ondandır ki, bu qədər eybəcər görsənirəm, lakin mən erməni deyiləm.
Xanlar ermənisi
Ermənistan Parlamentində üzləşdiyim çox maraqlı bir hadisəni də nəql etmək yerinə düşər.
İclaslararası fasilələrin birində 35-40 yaş­lı bir qadın bizə yaxınlaşıb rusca soruşur:

  • Kirovabaddan olan deputat hansınız­sınız?

Mən cavab verirəm:- Daha Azərbay­canda Kirovabad şəhəri yoxdur. Həmin şəhərin qə­dim Gəncə adı özünə qaytarılıb, biz ikimiz də Gəncənin deputatıyıq, Asəf müəllim həm də orada doğulub-böyüyüb.
Bu sözləri eşidən qadın az qalır se­vin­cindən Asəf müəllimi qucaqlasın, təmiz Azərbaycan dilində, Gəncə ləhcəsi ilə soruşur:
- Qadan alım, Gəncəlisən? Gəncədə nə var, nə yox, deyirlər çox gözəlləşib, eləmi?
Təəccüblə bir-birimizə baxırıq. Əvvəl elə bilirik ki, bu qadın erməniyə ərə getmiş azərbaycanlıdır. Ona görə də kimliyini, buraya necə gəlib düşdüyünü soruşuruq. Məlum olur ki, Çakanyan Knarik adlı bu qadın Xanlar rayonunda doğulub-böyüyüb, 1989-cu ilə qə­dər Nizami küçəsi 47 ünvanda yaşayıb, İrəva­na köçərkən Azərbaycan Kənd Təsə­r­rüfatı İnstitutunun Azərbaycan bölmə­sinin ikin­ci kursunda oxuyurmuş. Anası, həyat yol­daşı və qızı ilə birlikdə yaşayır. Həyat yoldaşı da Xan­lar ermənisidir. -“Ağzımızın dadı, həyatımızın ləzzəti Xanlarda qaldı, biz bir təhər dözürük, anam isə heç buralara öy­rəşə bilmir”,- deyir.
Knarik Ermənistan Parlamentinin ka­tibliyində kompüterdə işləyir, adi bir mü­təxəssisdir. Deməyinə görə konfransa gələn nümayəndə heyətlərinin siyahısını çap edərkən Azərbaycandan gələn deputatlardan birinin (Asəf müəllimin) Gəncəli olduğunu öyrənib, fürsət tapan kimi gəlib bizimlə görüşüb. O söyləyir ki, biz evdə radioda həmişə Azər­bay­can radiosuna qulaq asırıq, sizin mahnı­larınızı dinləyirik. Deyir ki, qızının 14 yaşı var, musiqi yarışmasına gedir, həmişə də bi­rinci yeri tutur. Sonra soruşur:
- Bilirsiniz, qızım niyə həmişə birinci yeri tutur?
- Yəqin çox istedadlıdır, - deyə Asəf müəllim cavab verir.
- Yox, təkcə ona görə deyil. Biz evdə radioda populyar Azərbaycan müğənnilərinin - Aygün Kazımovanın, Faiq Ağayevin, Zülfiyyə Xanbabayevanın, Brilyant Dadaşovanın mah­nılarına qulaq asırıq, o melodiyanı tutur, söz­ləri ermənicəyə çeviririk, qızım da gedib oxuyur, həmişə də uğur qazanır. Özünü sax­laya bilməyən Asəf müəllim:
- Bu sizin köhnə peşənizdir, - deyir.
Üçümüz də gülüşürük.
-Sizi məmnuniyyətlə, evimizə qonaq ça­ğı­­rardım, ancaq buna icazəm yoxdur. Allah eləsin müharibə tez qurtarsın, barışıq olsun, siz bizə, biz sizə qonaq gələ bilək.
İndiyə qədər də mənə qaranlıq qalıb ki, Ermənistan Parlamentinin iclas zalında bizə yaxınlaşıb özünü Çakanyan Knarik kimi təq­dim edən o qadın Azərbaycan üçün nostalji ke­çirən bir qaçqın, yoxsa bizim təsəvvü­rü­müzdə Qarabağ münaqişəsinin günahsız qur­banı olmuş sadə bir erməni ailəsi obrazı yaratmaq üçün Ermənistan xidmət orqanlarının hazır­ladığı senarinin mahir icraçısı idi!

Download 4,43 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   23   24   25   26   27   28   29   30   31




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish