Irmaq. İbn Sirin aydur: Irmaq düşdə əgər saf olub tadı xoş olsa, əyü dirligə dəlalət edə. Və əgər səfərdə olan kimsənə düşdə bir məchul ırmaqdan su içdi görsə, bir məchul işə məşğul ola və ömrün ol işdə kəçürə və andən su içdügi qədəri mənfəət bula. Və əgər anun suyın acı və yaramaz görsə, dirlik acılığına dəlalət edər.
İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə bir ırmaq suyın saf və rəvan görüb, tadın xoş görsə, işi rəvan ola və əgər anı bulanıq və aqmaz görsə, işi nizamsız və bulanıq ola.
Və dedilər: Irmaq düşdə padişah qibəlindən ol yer vəkillərinə dəlalət edər və hər ziyad və nöqsan ki ırmaq suyında görünə, düşdə ol yerün vəkillərinə aid ola. Və əgər bir kimsənə düşdə kəndözüni bir təxt üzərində görüb, ol təxtün altında rəvan ırmaqlar görsə, kəndüyə dövlət və iqbal yüz verə və iki cahanda halı əyü ola... Və əgər bir kimsənə düşdə bir suyı saf ırmaq içinə girüb oturdı görsə, əgər qayğulu olsa, qayğudən nicat bula və əgər xəstə olsa, şifa bula və əgər borclu olsa, borcı əda olına və əgər qul olsa, azad ola və əgər səfərdə olsa, vətəninə qayıda.
Cabir Məğribi aydur: Sulu ırmaq düşdə bir möhtəşəm kişiyə dəlalət edər. Əgər bir kimsənə düşdə bir ırmaqdan su götürdi görsə, ol su qədəri bir möhtəşəm kişidən mal bula və məqsudi hasil ola. Və bəzi aydur: Irmaq düşdə bir qədri yuca kişiyə dəlalət edər. Əgər bir kimsənə düşdə bir ırmaqa girdi görsə, bir əkabir kişiyə ixtilat edə.
Və bəzi aydur: Irmaqdan su içmək düşdə əyü olmaz..
Və əgər bir kimsənə düşdə bir ırmaqı bu yanadən ol yanayə sıçradı görsə, qayğudən nicat bula və düşmənin qəhr edə... Və denildi: Irmaq düşdə səfərə dəlalət edər anı keçən kimsənəyə, zira ki su müttəsil yürüməkdə olur, netə kim müsafir yürüməkdə olur. Və denildi: Irmaq düşdə içinə girən kimsənəyə padişah əməlinə girməgə dəlalət edər. Və əgər bir kimsənə düşdə ırmaq sayın bazardə aqub adəmi andən abdəst alub suyilə mənfəətlənür görsə, padişah rəiyyətinə ədillik edə... Və əgər bir kimsənə düşdə kəndü sərayından ırmaq çıqub heç kimsənəyə zərər etmədi görsə, adəmə əyüliklər eyləyə. Və matəqəddəm zamanda bir kişi düşdə gördi ki, kəndözüni ırmaq olmuş. Ol kişi çoq qan salmaqdan vəfat buldı.
Amma kücük ırmaq. Müəbbirlər aydur: Kücücük ırmaq düşdə əgər suyı rəvan olub həddindən ziyadə olmasa, əyü dirligə dəlalət edə. Və əgər anı həddindən ziyadə artdı görsə, qayğuyə dəlalət edə və böylədür. Əgər anı səraylər arasında aqub, həddindən ziyadə olmasa, qəmu adəmə əyü diriligə dəlalət edə. Və əgər anı həddindən ziyadə aqar olsa, təvil anun xilafı ola...
Və dedilər: Əgər bir kimsənə düşdə ırmaq suyın aqar görsə, bir qəvm üzərinə kətxuda olub, anlərdən mənfəət bula.
* * *
Üzüm. Danyal aydur: Qərə üzüm yemək düşdə əgər vəqtində olsa, qayğuyə və əndişəyə dəlalət edə və əgər qeyr vəqtində olsa, qorquya və xəstəligə dəlalət edə və bəzi aydur andən yedügi qədəri kəndüyə əğəc, ya qəmçi urula.
Və aq üzüm yemək düşdə xəyrə və xəstəlikdən şəfaya dəlalət edər, əgər vəqtində olsa... Və bəzi aydur: Əgər bir kimsənə düşdə bir salqum üzüm kəsdi görsə, kəndüyə bir əvrətdən cəm olunmış mal irişə.
Və dedilər: Bir salqum üzüm düşdə bin aqçəyə dəlalət edər və qızıl üzüm həm bu üzrə dəlalət edər.
İbrahim Kirmani aydur: Qərə üzüm düşdə əgər vəqtində olsa, qayğuyə dəlalət edə və qərə üzüm danəsi düşdə əgər anı qeyr vəqtində yeydi görsə, qəmçiylə urulmağa dəlalət edə.
Və aq üzüm düşdə əgər vəqtində olsa, nemət genliginə dəlalət edə və əgər qeyr vəqtində olsa, qayğuyə və əndişəyə dəlalət edə. Və bəzi aydur: Qərə üzüm düşdə əgər salınur olsa, möhkəm savuqə dəlalət edər.
Və dedilər: Əgər bir kimsənə düşdə padişah qapusindən qərə üzüm danəsin dərişdürür görsə, əgər anun sayın bildi görsə, anun sanı qədəri kəndüyə qəmçi urula.
Və Artamidorəs dedi: Qərə üzüm düşdə mənfəətə dəlalət edər.
İbn Sirin aydur: Qərə üzüm yemək düşdə əgər vəqtində olsa, qayğuyə dəlalət edər. Və aq üzüm düşdə halal mala dəlalət edər, əgər anı vəqtində yeydi görsə. Və tayfi üzüm çətinliklə ələ girər mala dəlalət edər əgər anı vəqtində yeydi görsə. Və qızıl üzüm yemək düşdə əgər vəqtində olsa, az mənfəətə dəlalət edə və əgər bu cümlə qeyr vəqtində olsalar, nəmligə və yağmura dəlalət edələr.
Və bilgil bu cümlənin əsli şöylədür ki, hər üzümün ki danəsi qatırəkdür, düşdə çətinliklə hasil olur mala dəlalət edər. Və hər üzümün ki suyı rövşənrəkdür, düşdə halal mala dəlalət edə. Və hər üzümün ki suyı bulanuqdur, düşdə haram mala dəlalət edə. Və hər üzüm ki şəkildə qızılrəkdür, düşdə izzə və cahə dəlalət edə. Və hər üzüm ki şəkildə qərərəkdür, düşdə qayğuyə və əndişəyə dəlalət edə. Və hər üzüm ki şirindür, düşdə artuq mənfəətə dəlalət edə.
Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndözüni üzüm sıqar görsə, əgər anı əğəc məsərəsində sıqdı görsə, bir sitəmkar padişahə xidmət edə. Və əgər anı kərpüc və çəmurlə yapılan məsərədə sıqdı görsə, bir heybətlü padişahə xidmət ed. Və əgər anı bir ləgəndə sıqdı görsə, ana bir əvrət xidmət edə.
Və əgər üzümi sıqub suyın küplərə toldurdı görsə, padişah qibəlindən kəndüyə çoq mal hasil ola. Və əgər bu düşi görən kimsənə padişah xidmətinə layiq olmasa, işi bir axər kimsənə səbəbilə sərəncam [ola]. Və əgər anı bir çanaqda sıqdı görsə, bir xəsis kimsənəyə xidmət edə.
Cəfər (r.) aydur: Qərə və aq üzüm düşdə vəqt və bivəqt uc vəchə dəlalət edər: 1. əyü uşağa; 2. fərayiz elminə; 3. halal mala.
Və üzüm sıqmaq həm üc vəchə dəlalət edər: 1. bərəkətlü mala; 2. genligə; 3. bəladən eymenligə.
Və amma quru üzüm.
İbn Sirin aydur: Qara və aq və qızıl quru üzüm düşdə mala və mənfəətə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözünə quru üzüm görüb, andən yeydi görsə, andən yeydügi qədəri kəndüyə mal və mənfəət irişə.
İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə quru üzümdən su çıqarub içdi görsə, halal mala dəlalət edər və əgər bu düşi görən əhli-elm olsa, elmi ziyadə ola və əgər bazirgan olsa, malı ziyadə ola. Və əgər bir kimsənə düşdə quru üzümdən su çıqarub köpügin salur görsə, kəndü arasilə əyalı arasına xüsumət düşə. Və əgər küpi sındı görsə, ol xüsumətdən aralarına müfariqət düşə.
Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə bir təbəq quru üzüm yeydi görsə, əvrət qumaşın ala. Və əgər kəndözüni bir kuzə quru üzüm yeydi görsə, bir bəxil kişidən xəyr və mənfəət bula..
Cəfər (r.) aydur: Quru üzüm düşdə üc vəchə dəlalət edər: 1. mala; 2. mənfəətə; 3. xoş eyşə.
Və amma üzüm əğəcı düşdə. İbn Sirin aydur: Bir əyü işlü kərimə əvrətə dəlalət edə. Və bəzi aydur bir bay əvrətə dəlalət edə.
* * *
Əski nəsnələr. Bilgil əski nəsnələr geymək düşdə adəmdə çoq qalur qayğuya və əndişəyə və fəqirligə dəlalət edər.
İbn Sirin aydur: Yəni nəsnələr düşdə dükəli əyüligə dəlalət edər. Məgər yəni ədik ki anun əskisi düşdə yənisindən yegrəkdür.
Və əgər bir kimsənə düşdə əski satar görsə, yaramaza dəlalət edə, gərək düşdə olsun və gərək ayuqlıqda, zira ki əski tonlar ilə ticarət eyləmək əyü olmaz.
* * *
İşxün. İbn Sirin aydur: İşxün düşdə qayğuyə və əndişəyə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözünə işxün görüb andən yeydi görsə, yeydügi qədəri kəndüyə qayğu və əndişə hasil ola. Və əgər anı kəndüdən cüda etdi görsə, qayğudən nicat bula. Və əgər bir kimsənə düşdə kəndözüni işxün yər görsə, əgər tadı şirin idisə, dust və qövm qibəlindən kəndüyə bir mənfəət irişə və əgər anun tadın əgşi görsə, bir işlədügi işə peşiman ola.
* * *
Uşağ. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndüyə bir qız doğdı görsə, xəyr və səlamət bula və əgər oğlan doğdı görsə, qayğulu ola.
Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə bir oğlı doğdı görsə, qızı doğa və əgər qızı doğdı görsə, oğlı doğa.
Və əgər bir kimsənə düşdə kəndözünə bir uşağ görüb, anı kəndüdən bir axər kimsənə aldı görsə, xəstə düşə. Və bəzi aydur: Uşağ düşdə əgər götrülür olsa, qayğuyə dəlalət edə, zira ki anun tərbiyətində zəhmət vardur. Və gah ola ki, tifl uşağ düşdə günahsız kimsənəyə dəlalət edə. Məsələn, əgər bir kimsənə düşdə bir ölüyi cənnətdə bir tifl uşağ surətində görsə, ol ölünün günahları yarlağanmış ola və əgər anı bu heyətdə cəhənnəmdə görsə, Allah-təalaya əməlsiz mülaqat etmiş ola. Və gah ola ki, tifl uşağ düşdə xəstəyə və fəqirə və tutsağa dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndözüni uşağlarla məktəbdə oqur görsə, bir nəsnə işləyə və işində yağıla, ya izzətdən hörmətsizligə düşə. Və əgər bir kimsənə düşdə kəndözüni əmrəd oğlan oldı görsə, ətəsindən miras bula. Və əgər kəndözüni yənləcə doğmış oğlan oldı görsə, kəndüyə rizq və baylıq irişə. Və əgər bir xəstə düşdə kəndözüni tifl uşağ oldı görsə, vəfat bula, zira ki ölüyi kəfənə sararlar, netə ki kücük uşağı əskiyə sarurlar. Və əgər bir bay kimsənə düşdə tifl uşağ oldı görsə, əli tar olub, üzərinə həcr oluna, zira ki tifl uşağın təsərrüfi cayiz dəgüldür.
Və əgər bir mühakəməti olan kimsənə düşdə kəndözüni tifl uşağ oldı görsə, kəndü xəsminə məqhur ola, zira ki uşağ sözə fəsih dəgüldür. Və əgər bir kimsənə düşdə kəndü surətin güzgüdə tifl uşağ surətində görsə, əgər əvrəti hamilə olsa, kəndüyə bənzər bir oğlan doğa.
İsmayıl Əşəs aydur: Əgər bir kimsənə düşdə bir tifl uşağ buldı görsə, ümidi olmadığı yerdən kəndüyə bir nəsnə irişə.
* * *
Əşək. Danyal aydur: Əşək düşdə bəxtə və ululığa dəlalət edər. Və bilgil əyüdən və yaramazdan hər nə ki əşəkdə görünsə, bəxtə ayid ola. Məsələn, əgər bir kimsənə düşdə kəndü əşəgin əyü və güclü görsə, bəxti və talei dəxi ol üzrə ola və əgər anı yaramaz görüb gücsiz görsə, bəxt və tale dəxi ol üzrə ola. Əgər bir kimsənə düşdə kəndözünə əşək görsə, ya anı kəndü mülkinə gəlüb tutdı görsə, kəndü üzərinə xəyrlər qəpusi açıla və qayğulərdən nicat bula. Və əgər kəndözünə çoq əşəklər görsə, çoq mal və nemət bula. Və düşdə əşəklər əyüsi oldur ki, müti ola.
İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndözüni bir qərə əşəgə bindi görsə, ululıq bula. Və əgər aq əşəgə bindi görsə, izzətə və cahə və dinə dəlalət edə. Və əgər yəşil əşəgə bindi görsə, həm bu dəlil ola və dəxi zahid ola. Və əgər qızıl əşəgə bindi görsə, bu cəhandə rahət ola. Və əgər saru əşəgə bindi görsə, xəstə düşə. Və əgər bir kimsənə düşdə dişi əşəgin boğaz oldı görsə, şadlığa dəlalət edə. Və əgər bir kimsənə düşdə əşək ətin yeydi görsə, ticarətdən mal hasil edə.
Və əgər bir kimsənə düşdə kəndü altındağı əşəgi həlak olub üzərindən aşağə düşdi görsə, tez də vəfat bula...
Və əgər bir kimsənə düşdə kəndü əşəgindən düşdi görsə, fəqir olub əli dar ola. Və əgər bir kimsənə kəndü əşəgindən ənüb yenə ana bindi görsə, cümlə rizqini kəndü qövminə sərf edə. Və əgər andən əndügi bir iş içün idisə, hər iş və hacət ki tələb edə kəndüyə müyəssər ola.
İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndü əşəgin, ya bir axər kimsənə əşəgin urdı görsə, halı mütəgəyyir ola. Və əgər bir kimsənə düşdə əşəgin südin içdi görsə, xəstə düşib, tez də şifa bula və bəzi aydur ol yılda ucuzluğa dəlalət edə. Və əgər bir kimsənə düşdə bir əşək satun aldı, amma bəhasin vermədi görsə, bir əkabir kimsənə bir söz söylədügi səbəbdən bir xəyr bula. Və əgər bir kimsənə düşdə kəndü əşəgin bir gözlü görsə, məişəti kəndü üzərinə tar ola. Və əgər anun iki gözin yoq oldı görsə, malı zaye ola. Və əgər bir kimsənə düşdə kəndü əşəgin oğurlandı görsə, əvrəti fəsad ilə məşhur olduğı səbəbdən anı boşaya... Və bilgil əşək düşdə heç vəchlə yaramaza dəlalət etməz...
Cəfər (r.) aydur: Əşək düşdə on vəchə dəlalət edər: 1. bəxtə; 2. dəvlətə; 3. buyruq rəva olmağına; 4. riyasətə; 5. mala; 6. əvrətə, ya qərəvəşə: 7. şadlığa; 8. iqbala; 9. ululığa; 10. mərtəbəyə...
Və bəzi aydur: Aruq əşək düşdə mal ziyadə olmağına dəlalət edər və səmiz əşək düşdə intiha olunmuş mala dəlalət edər. Və dedilər: Dişi əşək düşdə səvəşdən mala və əvrətə dəlalət edər. Əgər bir kimsənə düşdə bir qoduqlu əşəgə bindi görsə, bir uşağlu əvrətə əvlənə. Və əgər bir kimsənə düşdə kəndü əşəgin urmayan yürüməz görsə, duasız heç kimsənəyə nəsnə yeydürməyə...
Və bilgil əşəkçi düşdə işlər müstəvlisinə və ləşkərbaşiyə və adəm malına kəfil olanlara dəlalət edər.
* * *
Eşik. Cabir Məğribi aydur: Yuqaruki eşik düdşə əv kətxudasinə dəlalət edər və aşağakı eşik düşdə əv xatunina dəlalət edər.
Və əgər birinə düşdə bir əvün yuqaruki eşigi qopuldı görsə ol əvün kətxudası vəfat bula. Və əgər aşağakı qopuldı görsə, ol əv issinün əvrəti fəvt ola. Və əgər bir kimsənə düşdə kəndü əvinə bir yəni eşik bina etdi görsə, əvrətin boşayub bir axər əvrətə əvlənə.
İbn Sirin aydur: Əgər bir kimsənə düşdə əvinün aşağakı eşigin qoparub, anun yerinə bir özgə eşik bina etdi görsə, əvrətin boşaya və bir axər əvrətə əvlənə. Və əgər yuqaruki eşigi qopuldı görsə, əv kətxudası həlak ola və əgər qapunun iki eşigi qopuldı görsə, ərlə əvrət həlak olalar.
* * *
Əğəc. Danyal aydur: Hər yaş əğəc ki bəni-adəm qatında əziz ola, düşdə bir ulu şərif kişiyə dəlalət edə. Və hər yaş əğəc ki bəni-adəm qatında xor və hörmətsiz ola, düşdə aşağa nakəs kişiyə dəlalət edə.
Və hər yaş əğəc ki yemişlü ola, düşdə bay kişiyə dəlalət edə. Və hər yemişsiz yaş əğəc düşdə fəqir kişiyə dəlalət edə...
İbn Sirin aydur: Hər yemişlü əğəc düşdə yemişinə görə kişinün nemətinə dəlalət edə. Əgər bir kimsənə düşdə bir yemişlü əğəcdən yemiş dərüb yeydi görsə, ol əğəcə mənsub olan kimsənədən dərdügi yemiş qədəri mal və fayda bula. Bəzi aydur: Yaş əğəc düşdə əvrətə dəlalət edər...
İbrahim Kirmani aydur: Əğəc köki düşdə dində issinün malı zəkatına dəlalət edər...
Əğəc yapraqı düşdə issinün təbi əyüliginə dəlalət edər...
Və bilgil ki, hər əğəcun ki qoqusı xoş ola və yemişi pakizə ola və tadı əyü ola, düşdə bir saleh və pak dinlü kişiyə dəlalət edər. Və hər əğəcün ki qoqusı naxoş ola və yemişi əyü olmaya və dikənlü ola, düşdə bir müfsid dəyanətsiz kişiyə dəlalət edər.
Və əgər bir kimsənə düşdə bir yerdə bir əğəc sancıldı görsə, ol diyarə bir qərib kişi gələ. Və əgər bir kimsənə düşdə kəndü sərayında, ya bir axər kimsənə sərayında dürlü-dürlü yaş əğəclər görüb şöylə kim, taşrası və içərüsi və yuqarusi və aşağası hər növdən əğəclər görsə, ol sarayda bir müsibətə dəlalət edə, şöylə kim ol yerə ulu-kiçi dürlü-dürlü adəmlər gələ-gedə...
Cəfər (r) aydur: Əğəclər düşdə on vəchə dəlalət edər: 1. padişahə; 2. əvrətə; 3. bazirganə; 4. mübariz kişiyə; 5. alimə; 6. möminə; 7. kafirə; 8. əvanə; 9. savaşa və xüsumətə; 10. münafiqə...
Və amma çub, yəni quru əğəc.
İbrahim Kirmani aydur: Quru əğəc düşdə nifaqə dəlalət edər. Və bəzi aydur: Münafiq kişiyə dəlalət edər...
Danyal aydur: Quru əğəc düşdə əgər dürüst və toğrı olsa, əyüyə dəlalət edə və əgər əgri olub, yanməğə layiq olsa, münafiq və yəlançı kişiyə dəlalət edə.
Və amma əsa, yəni əl əğəci.
İbn Sirin aydur: Əsa düşdə əkabir kişiyə dəlalət edər...
* * *
Əğəc yapraqı. İbn Sirin aydur: Əğəc yapraqı düşdə xülqə və xuyə dəlalət edər, xassə ki anı vəqtində görə. Əgər bir kimsənə düşdə kəndü vəqtində əğəcdən gög və tazə yapraq aldı görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, xülqi əyü ola.
İbrahim Kirmani aydur: Yapraq düşdə aqçəyə dəlalət edər. Əgər bir kimsənə düşdə əğəcdən tazə yarpaq aldı görsə, alduğı yapraq qədəri kəndüyə aqçə hasil ola.
Cabir Məğribi aydur: Əğəc yapraqı düşdə əgər şirin yemişlü əğəcdən olsa, əyü xülqə dəlalət edə və əgər əgşi yemişlü əğəcdən olsa, yaramaz xülqə dəlalət edə.
* * *
Oğurlig əyləmək. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bir axər kimsənə malından bir nəsnə oğurladı görsə, əgər oğurladügi nəsnəyi sərf etdi görsə, bir kimsənəyi öldürə. Və əgər bir kimsənə düşdə bir nəsnəyi oğurlamağə niyyət əylədi, likən oğurlamadı görsə, bir kimsənəyə bir yaramaz irişdürə və bəzi aydur ol kimsənə xəstə düşüb şifa bula.
Və əgər bir kimsənə düşdə kəndü əvinə bir oğrı girub, andən bir nəsnə oğurladı görsə, kəndüyə bir afət irişə və əgər nəsnə oğurlamadı görsə, kəndüyə yaramaz irişməyə.
İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə oğrıları kəndü üzərinə yol kəsüb kəndüdən bir nəsnə aldılar görsə, xəstə düşə. Və əgər bir kimsənə düşdə oğrıları kəndü qatına gəldilər görsə, kəndüyə bir müsibət irişə.
Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə bir axər kimsənənün qumaşın oğurladı görsə, qumaş issinün üzərinə məişəti azğun ola və anunlə söz-sav edüb müxasimət edə və ana həsəd edə. Və əgər bir nəsnə oğurlamadı, likən ol kimsənə kəndüyi oğurlıqdə gördi görsə, ol kimsənə xəstə düşüb şifa bula.
* * *
Ağrı. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə cəmiyitənin ağrır görsə, cəmiyi-malı əlindən gedə. Və əgər başın ağrır görsə, çoq günah edər kimsənə ola, ana tövbə və sədəqə gərəkdür. Və əgər əlin ağrır görsə, kəndü malı və cahı və mənziləti nöqsan ola. Və əgər gözin ağrır görsə, din fəsadına və qayğuyə dəlalət edə. Və əgər qulağın ağrır görsə, qamu kəndüdən yaramaz söz eşidə... Və əgər ayağın ağrır görsə, aşağa adama şəfqəti olmaya və anları hörmətsiz görə.
* * *
Ağız. Danyal aydur: Ağız düşdə işün müftəhinə və müxtətəminə dəlalət edər. Bəs hər nə kim ağızdən çıqa, düşdə kəlam cövhərinə dəlalət edər. Və hər nə ki ağıza girə, düşdə rizq cövhərinə dəlalət edə... Və əgər bir kimsənə düşdə kərahiyyət ilə ağzına bir nəsnə aldı görsə, əgər anı asanlig ilə yutdı görsə, rahətə və məişətdə xoşlığa dəlalət edə və əgər anı çətinlig ilə yutdı görsə, çətinligə və məişətdə rəncə dəlalət edə.
Cəfər (s) aydur: Ağız düşdə yədi vəchə dəlalət edər: 1. əvə və mənzilə; 2. elm xəzanəsinə; 3. işlər açılmağına; 4. bazirganligə; 5. hacəttə; 6. vəzirə; 7. qəpuçiyə.
* * *
Oğlan. Danyal aydur: Oğlan olmaq düşdə qayğuyə və əndişəyə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözüni oğlan olub, məktəbdə oqur görsə, qayğuyə və əndişəyə giriftar ola və andə heç xəyr olmayə və bəzi aydur işi zəif ola.
* * *
Ağlamaq. İbn Sirin aydur: Ağlamaq düşdə şadlığə dəlalət edər, qaçan ki ağlamaqdə fəryad və fəğan olmasa. Əgər ağlamaqlə fəryad və fəğan olsa, ol yerdə müsibətə və qayğuyə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndü yüzində ağlamaqdən bir nişan olmış görsə, anun əyü işinə-gücünə tə’n oluna.
* * *
Aqça. İbn Sirin aydur: Aqça görməkdə düşdə adəmlər təbi müxtəlifdür, zira ki coq adəm vardur ki, düşdə kəndözinə aqça görər və düşdə gördügi aqça kib oyaqlıqdə kəndüyə aqça hasil olur. Və çoq adəm vardur ki, düşdə aqça görər və oyaqlıqdə əyü söz eşidər. Və bilgil: Bütün aqça düşdə gərcək xəbərə dəlalət edər və sınuq aqça düşdə yəlan xəbərə dəlalət edər...
Bəzi aydur: Əgər bir kimsənə düşdə bir küçücük aqça buldı görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, kəndüyə bir uşağ hasil ola. Və əgər anı kəndüdən zaye oldı görsə, ya oğurlandı görsə, bir tifl uşağ içün rənc və əndışə çəkə...
Cəfər (r) aydur: Bütün aqça düşdə on bir vəchə dəlalət edər: 1. doğrı sözə; 2. hacət rəva olmağına; 3. vilayətə; 4. cəm olunmış mala; 5. dustə; 6. uşağa; 7. yoldaşa; 8. gen rizqə; 9. eymenligə; 10. qərəvəş satun almağa; 11. düşdə gördügi kib aqça bulmağa.
Sınuq aqça dört vəchə dəlalət edər: 1. yaramaz sözlərə; 2. savaşa və xüsumətə; 3. qayğuyə və əndişəyə; 4. bəndə və zindanə.
* * *
Pul. İbn Sirin aydur: Pul düşdə savaşa və söz-sava dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözündə pul görsə, bir kimsənəylə xüsumət edə. Və əgər kəndözinə çoq pullar görsə, çoq qayğuyə və əndişəyə dəlalət edə. Və əgər anları kəndüdən cüda etdi görsə, qayğudən və əndişədən xilas ola.
* * *
İgdə. İbn Sirin aydur: İgdə düşdə rənc ilə hasil olur mala dəlalət edər . Əgər bir kimsənə düşdə kəndözünə igdə görsə, gördügi qədəri kəndüyə mal hasil ola.
Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə əğəcdən igdə dərər görsə, bir bədxu kişidən mal cəm edə. Və əgər kəndözüni andən yeydi görsə, ol malı əyalinə nəfəqə edə.
Cəfər (r) aydur: İgdə düşdə üc vəchə dəlalət edər: 1. zəhmət ilə hasil olur mala; 2. bir kimsənədən rənc ilə hasil etdügi nəsnəyə; 3. bədxuy namüvafiq kişidən mənfəətə.
* * *
Əgşi. İbn Sirin aydur: Cümlə əgşilər düşdə qayğuyə və əndişəyə dəlalət edər anı yəyən kimsənəyə, xassə ki yemiş ola. Əgər bir kimsənə düşdə bir axər kimsənəyə əgşi verdi görsə, andən kəndüyə qayğu və əndişə irişdürə. Və ələlcümlə, düşdə əgşi yeməkdə heç rahət olməz...
* * *
Ənək. İbn Sirin aydur: Ənək düşdə xanədan ulusinə və çoq iş issi kimsənəyə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndü ənəgin qalın və böyük görsə, bir taifəyə sərdar ola və coq iş issi kimsənə ola...
* * *
Əkin. İbn Sirin aydur: Əkin düşdə əgər bitmiş olsa, dəxi məruf olub anı vəqtində görsə, bəni-adəmə dəlalət edə. Və əgər yeri məchul olub, vəqtində olmayub, anı sünbül olmış görsə, savaş içün bir cəmaətə dəlalət edə. Və əgər anı biçildi görsə, ol yerdə savaşda bir az adəm qətl oluna...
Cabir Məğribi aydur: Əkin əkmək düşdə xüsumətə və savaşa dəlalət edər və əkin biçmək düşdə halal mala və yıl genliginə dəlalət edər...
* * *
Əkinçi. İbn Sirin aydur: Əkinçi düşdə Allah-təalaya təvəkkül edər və halal rizq tələb edər kişiyə dəlalət edər. Və dedilər: Əkinçi düşdə əyü məhzər bir fazil kişiyə dəlalət edər. Və əgər bir kimsənə düşdə əkin əkmək içün fəlhan qopardı görsə, xəyr işləyə. Və bəzi aydur: Tüxm saçmaq içün fəlhan qoparmaq düşdə fazil olmağına dəlalət edər. Və bəzi aydur: Əkinçilik əyləmək düşdə xəstəligə dəlalət edər.
İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə yer qoparub tüxm saçub cəm etdi görsə, əyüligə və nemətə dəlalət edə. Və əgər kəndözüni nəsnə əkməyüb andən bar götürdi görsə, ziyadə əyü ola. Və əgər bir kimsənə düşdə əkdügindən nəsnə hasil olmadı görsə, qayğuyə və əndişəyə dəlalət edə. Və əgər bir kimsənə düşdə buğday əkdi görsə, padişahdən mənfəət bula. Və əgər kəndözüni ərpə əkdi görsə, çoq mal hasil edə. Və əgər taru*2 əkdi görsə, az mənfəətə dəlalət edə.
Danyal aydur: Əgər bir kimsənə düşdə kəndü mülkində tüxm saçdı görsə, işi əyü ola, ya bir əvrətə əvlənə. Və əgər bir kimsənə düşdə kəndü əkini yerini əkinsiz görsə, kəndüyə ziyan irişə, ya bir kimsənəylə xüsumət edə. Və əgər bir kimsənə düşdə bir məchul yerdə fəlhan qoparub tüxm saçdı görsə, xəyr əyləyə və ğəzayə vara. Və əgər bir kimsənə düşdə əkin əküb anı bitdi görsə, nemət ziyadə ola. Və əgər bir kimsənə düşdə kəndü yerində buğday, ya ərpə əkdi, ya əğəc sancdı görsə, əkdügi və sancduği qədəri izzət və cahə dəlalət edə.
Cəfər (r) aydur: Əkinçilik düşdə bəş vəchə dəlalət edər: 1. halal rizqə; 2. mənfəətə; 3. xəstəligə; 4. izz və cahə; 5. məişətə. Və bəzi aydur: Əkinçi düşdə işlərin əyüsin işlər kişiyə dəlalət edər. Əgər əkin bitdi görsə, kəndüyə ucuzlıq irişə və əgər oğlanə talib isə, Allah-təala kəndüyə bir oğlan verə.
* * *
İgnə. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndözünə ignə görsə, işi səlahə irişə. Və əgər anunlə nəsnə tikər görsə, tələb etdügi iş hasil ola və hacəti rəva ola.
İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə ignəylə ton tikər görsə, işi əyü ola. Və əgər bir kimsənə düşdə kəndü ignəsin yitdi görsə, işi pərakəndə ola.
Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə kəndüyə bir axər kimsənə bir ignə bağışladı görsə, ol kimsə kəndü əhvalinə müşfiq ola. Və əgər bir kimsənə düşdə kəndözünə coq ignə görsə, işi səlahinə dəlalət edə. Və bəzi aydur: İgnə düşdə hiylətə və qıza və mənfəətə dəlalət edə. Və dedilər: İgnə düşdə iki təni bir-birinə ülfət edər kişiyə dəlalət edər. Və əgər bir kimsənə düşdə bir ignə yeydi görsə, kəndüyə zərər edər kişiyə sirrini faş edə.
* * *
Do'stlaringiz bilan baham: |