MÖHSÜn nağisoylu XVI əsr azərbaycan təRCÜMƏ ƏSƏRİ “KƏvamiLÜt-təBİR” Bakı – 2011 azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu



Download 1,59 Mb.
bet11/16
Sana08.09.2017
Hajmi1,59 Mb.
#20199
1   ...   8   9   10   11   12   13   14   15   16

Ağu. İbn Sirin aydur: Ağu düşdə haram mala dəlalət edər, ya nahəqq qan etməginə dəlalət edər. Əgər bir kimsənə düşdə ağu yeydi görsə, haram mal yəyə, ya nahəqq qan edə. Əgər bir kimsənə düşdə kəndü tənin ağu yeməkdən şişdi görsə, kəndüyə çoq haram mal irişə.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndü təninə ağu bulaşdı görsə, xəlayiq kəndüyi bir nəsnəyə möhkəm həris edələr. Və bəzi aydur: Kəndüyə bir söz isnad edələr və ol sözlə kəndüyi yavaş edələr. Və əgər kəndü təni ol zəhrdən cana irişdi görsə, ya anı yeydi və andan kəndü təninə rənc irişdi görsə, anun qədəri kəndüyə qayğu və əndişəyə və bəlaya irişə. Və əgər bir kimsənə düşdə ağu yeydi və anı yeməkdən kəndü tənin şişdi görsə, ol şiş qədəri rənc ilə və çətinlik ilə əlinə mal düşürə. Və bəzi aydur: Zəhr yemək düşdə bir kimsənədən acığ yudməğə dəlalət edər.

Cəfər (r) aydur: Zəhr düşdə bəş vəchə dəlalət edər: əvvəl, haram mala; 2.iş bağlanmağına; 3.qayğuyə və əndişəyə; 4. acığ yudməğə; 5. rənc ilə hasil olur mənfəətə.

Artamidorəs dedi: Həlak edər ağulərün cümləsi düşdə ölümə dəlalət edər. Və əgər bir qul düşdə ağu yeydi görsə, azad ola.

* * *

Aq tuc. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə kəndözünə aq tuc görsə, andan gördügi mal hasil edə.

İbrahim Kirmani aydur: Aq tucdən qab-qacaq düşdə xidmətkarlara dəlalət edər.

Cabir Məğribi aydur: Aq tucdən çərağpa düşdə əvrətə dəlalət edər və əgər andən tənur və tənurə bənzər nəsnələr görsə, cümləsi əv kətxudasına dəlalət edər.
* * *

Aluc. İbn Sirin aydur: Aluc düşdə anı yeyən kimsənəyə andən yeydügi qədəri xəstəligə dəlalət edər və böylədur. Hər saru yemiş, məgər türünc və əlmə və künar, zira ki bunların sarulığı zərər etməz.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndözində aluc görüb, anı bir axir kimsənəyə verdi, ya əvindən taşra tökdi görsə, əgər andən heç nəsnə yemədi görsə, rəncdən və xəstəlikdən eymen ola. Və ələlcümlə, aluc yeməkdə düşdə xəyr olmaz.

* * *


Av. “Kamilüt-təbir” kitabında bu fəsli bir yerdə “şikar” gətürmişdir və bir yerdə “nəxcir”. Amma şikar.

İbn Sirin aydur: Əgər bir kimsənə düşdə tağ keyigin, ya sığının, ya qulan əvləyüb ətin yeydi görsə, mənfəətə dəlalət edə və böylədür. Əgər kəndözüni bir av düşürdi görsə, həm mənfəətə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndözünə bərriyyə avın müti oldı görsə, ululığa irişə. Və bəzi aydur oğrılara baş ola.



Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə ağ ilə, ya tələ ilə av avladı görsə, hiylət ilə bərriyyə adəmindən mənfəət bula. Və əgər kəndözüni av ətindən bir nəsnə yeydi görsə, bərriyyə adəmindən mal yeyə. Və əgər bir kimsənə düşdə avı kəndülə söyləşib kəndüyə müti oldı görsə, padişahə müqərrəb ola və mal hasil edə.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə ağ ilə av avladı görsə, ya avı quyuyə düşürdi görsə, əvrətlərə talib ola. Və bəzi aydur: rusbibarə ola.

Cəfər aydur: Av avlamaq düşdə bəş vəchə dəlalət edər: 1.lətif sözə; 2.öpüşə; 3.mənfəətə; 4.uşağa; 5.mala.

Davud bin Əli İsfahani aydur: Av düşdə əgər issiz mümtəne olub anı yemək halal olsa, həm ava dəlalət edə.

Və dedilər: Av düşdə qənimətə dəlalət edər. Və əgər bir kimsənə düşdə bir kəyik, ya bir təvşən, ya bir qulan əvləyüb anı əlində fərman görsə, bir məsiyətə mürtəkib ola və müsülmanlər cəmaətinə müfariqət edə. Və əgər qulan kəndüyi dəpdi, ya yıqdı görsə, kəndüyə qorqu və məşəqqət irişə. Və əgər bir kimsənə düşdə bir inək, ya bir quş ətdi görsə, əgər anı av qəsdinə ətdi görsə, bir əvrətə, ya bir qərəvəşə qəzf edə.

Və amma nəxcir. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bərriyyə avın cümlə kəndüyə müti oldılar görsə, adəmdən üzlət edən adəmə sərdar ola və bəzi aydur oğrılara sərvər ola. Və əgər onları kəndüyə müti olmadılar görsə, təvil anun xilafı ola. Və əgər bir kimsənə düşdə kəndü surətin bir av surəti kib oldı görsə, dini yaramaz ola və batilə məyl edə. Və əgər bir kimsənə düşdə bir av ətin yeydi görsə, andən yeydügi qədəri bərriyyə adəmindən əlinə mal düşə. Və əgər bir kimsənə düşdə kəndözüni av arasında müqim olub kəndüyə heç məzərrət etmədilər görsə, bərriyyə adəmi arasında müqim olub, anlərdən kəndüyə xəyr və mənfəət irişə. Və əgər bunun xilafın görsə, anlərdən kəndüyə məzərrət irişə. Və dedilər: Əgər bir kimsənə düşdə avı kəndüyə müti olub, kəndülə söyləşdilər görsə, əgər padişahlığa əhl olsa, padişah ola. Və əgər əhl olmasa, bir iş işləyə ki, adəm andən əcəbə qala.

* * *


Və bilgil avçı düşdə əgər yırtıcı cənəvər avçısı olsa, padişahlar qəhr edər və ləşkər sındurur padişahə dəlalət edə. Və əgər özgə cənəvər avçısı olsa, əcəmdən bir qövmə məkr edər kişiyə dəlalət edə. Və gah ola ki, avçı düşdə qul-qərəvəş söhbətinə dəlalət edə. Və gah ola ki, gögərçin issinə və məktəb müəlliminə dəlalət edə. Və dəxi avçı düşdə qazıya və adəmə göz diküb sənətin və hiylətin ögrənən kimsənəyə dəlalət edə. Və gah ola ki, avçı düşdə dəyyusə dəlalət edə.

Əgər bir kimsənə düşdə bir avçıya ixtilat etdi görsə, ya kəndözüni avçı oldı görsə, anun fəsadına və səlahına av ilə istidlal oluna. Məsələn, əgər əvlədüği nəsnə hürüm günlərində olmayub, hil günlərində olsa, ya bərriyyədə olub, kəndüyə cayiz olur nəsnəyilə olsa, ol halətdə av səlahə dəlalət edə. Və əgər hürüm günlərində olsa, ya bərriyyədə olub kəndüyə cayiz olmaz nəsnəylə olsa, ya heyvandan olunmaz nəsnə olsa, av xübsə və yaramazlığa dəlalət edə.

* * *

Ay. Danyal aydur: Ay düşdə padişah vəzirinə dəlalət edər. Əgər bir kimsənə düşdə ayı gögdən aşağa gətürdi görsə, ya kəndözüni ana malik oldı görsə, padişahə vəzir ola. Və əgər bir kimsənə düşdə kəndözüni ayla savaşdı görsə, padişah vəzirilə xüsuməti düşə. Və əgər bir kimsənə düşdə kəndözüni ay yerində oturur görsə, padişahə vəzir ola. Və əgər kəndözüni ayun nurin aldı görsə, vəzirdən vezarətin ala. Və əgər bir kimsənə düşdə ayı tutdı, likən anı gögdə tutmadı və nurindən dəxi nəsnə əksük olmadı görsə, qayğudən nicat bula və əgər anı bulanuq görüb, yerində görmədi görsə, padişah vəziri kəndü işlərinə möhtac ola.

İbn Sirin aydur: Ay düşdə padişahə dəlalət edər, xassə ki bədr ola. Əgər bir kimsənə düşdə ayı iki bölündi görsə, padişah, ya vəzir həlak ola və əgər anı batdı görsə, xəlayiq padişahdən zülm görüb andən dad istəyələr və bəzi aydur anun əvrəti xəstə düşə. Və əgər bir kimsənə düşdə kəndü ilə ayı söyləşdi görsə, vilayət bula və muradı rəva ola. Və əgər bir kimsənə düşdə iki ay görüb, ikisin bir-birilə savaşdılar görsə, iki padişah bir-birilə savaşa. Əgər ol iki ayun birisin yerə düşdi, ya parə-parə oldı, ya nuri əksik oldı görsə, ol iki padişahun birisi səltənətindən düşə.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə ayı kəndü ətəginə düşdi, ya anı əlinə tutdı görsə, bir sahib əvrətə əvlənə. Əgər anı hilal görsə, əvrət əsildə kəndüdən əksük ola və əgər anun bir puçuğun qərə və bir puçuğun rövşən görsə, əvrət qulzadə ola. Və əgər anı bədr görsə, əvrət kəndüdən əsillü ola. Və əgər bu düşi əvrət görsə, bir bu sifətlü kişiyə vara. Və əgər bir kimsənə düşdə ayı rövşən çıqub, kəndü əvinə ışığ düşürdi görsə, bir əvrətə əvlənə, ya bir qərəvəş satun ala, ya padişahdən kəndüyə xəyr irişə. Və əgər ışığı bir axər kimsənə əvinə saldı görsə, ol əvdən bir əvrətə əvlənə və ol əv əhlindən kəndüyə xəyr və mənfəət irişə.

Və əgər bir kimsənə düşdə ayı bir axər nəsnə qıldı görsə, padişah, ya vəzir halı mütəğəyyir ola. Və əgər anı tutuldı görsə, ol diyar padişahınun halı, ya vəzirinün halı mütəğəyyir olub yaramaz ola, şöylə kim padişah səltənətindən düşə, ya vəzir vezarətindən məzul ola xassə ki, anı təmam tutulmuş görə.



İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə ayı bədr görüb kəmal üzrə andən kəndü əvinə şölə saldı görsə, əvi əhlinə padişahdən, ya vəzirdən bir mənfəət irişə və əgər anı qəranu görsə, padişahə, ya padişah vəzirinə rənc irişə. Və əgər bir kimsənə düşdə yəni ay doğduğı yerdən doğdı, likən ay əvvəlində doğmadı, nuri ziyadə oldı, ta ki anı bədr oldı görsə,ol yerdə bir uşağ doğa ki, padişah ola, ya padişahə vəzir ola. Və əgər anı doğduğı yerdən doğmadı görsə, bir çətin iş hadis ola, xəlayiqə andan qayğu irişə. Və əgər bir kimsənə düşdə aya ibadət edər görsə, padişahə, ya vəzirə xidmət edə. Və bəzi aydur: Ay doğmaq düşdə padişahun oğlı doğmağına dəlalət edər. Əgər anun nurin zayid görsə, oğlanun ömri uzun [ola] və əgər anı bədr görsə, oğlanın ömri miyanə ola. Və əgər anun nurin əksük görsə, oğlanun ömri əksük ola.

Və əgər bir kimsənə düşdə kəndözüni aya müəlləq asılmış görsə, padişahdən, ya vəzirdən xəyr və mənfəət bula. Və əgər bir kimsənə düşdə kəndü ilə ayı söyləşdi görsə, padişahə, ya vəzirə müqərrəb ola və andən mənfəət bula.



İsmayıl Əşəs aydur: Əgər bir kimsənə düşdə ayı ətəginə düşdi, ya anı əliylə tutdı görsə, bir oğlı doğa ki, ol oğlan alim ola və padişahə müqərrəb ola. Və əgər bu düşi padişahə müqərrəb olan kimsənələrin birisi görsə, anun oğlı padişah ola, ya padişahə vəzir ola.

Və əgər bir kimsənə düşdə ay ilə günəşi və cümlə yılduzları aşağa olub dükəlisin bulanuq görsə, düş issinün həlakına dəlalət edə, xassə ki sitəmedici kimsənə ola. Əgər müslih və adil olsa, bir möhkəm qayğuyə giriftar ola.



Cəfər (r) aydur: Ay düşdə on yədi vəchə dəlalət edər: 1.padişahə; 2.vəzirə; 3.nədimə; 4.rəisə; 5.şərif kişiyə; 6.dustə; 7.qərəvəşə; 8.qula; 9.batil işə; 10.sahibmənsəbə; 11.müfsid alimə; 12.əkabirə; 13.ətəyə; 14.ənəyə; 15.əvrət içün ərə və ər içün əvrətə; 16.uşağa; 17.ululığa.

Və bəzi aydur: Əgər bir kimsənə düşdə ayı batdı görsə, xəyr, ya şər tələb etdügi iş axir ola. Və əgər bir kafirə əvrət düşdə ayı yerində görsə, əgər hamilə olsa, müsəlman ola. Və əgər bir kimsənə düşdə ayı kəndü əvində görsə, bir qayibi gələ. Və əgər bir kimsənə düşdə ayı yer yüzində görsə, ənəsi vəfat bula. Və əgər bir kimsənə düşdə kəndü yüzüni güzgüdə görər kib ayda görsə, əgər hamiləsi olsa, oğlan doğa və əgər olmasa, əcəli yaqın olmış ola. Və əgər bir kimsənə düşdə ayı bədr çıqdı görsə, vəzir əzlinə dəlalət edə, zira ki, ay qaçan ki bədr olur, nuri kəmal üzrə olur və hər nəsnə ki kəmalə irər, zəvalə başlamağı gərəkdür.

Və əgər bir padişah düşdə ayı qaranu görsə, rəiyyəti kəndü əmrinə münkir olalar. Və əgər bir kimsənə düşdə ayı günəş oldı görsə, kəndüyə ətəsindən və ənəsindən izzət irişə. Və əgər bir kimsənə düşdə kəndü əlinə bir parə aldı görsə, Qur’an və elm tələb etdügi səbəbdən, ya bir padişah, ya bir ulu kişi söhbətindən halı əyü ola. Və əgər bir xəstə düşdə ayı təmam üzrə doğdı görsə, aqibəti xəyr ola və əgər anı nöqsan üzrə doğdı görsə, tənində bir nöqsan olmağına dəlalət edə.

Və əgər bir kimsənə düşdə günəşə və aya səcdə edər görsə, bir əzim günahə mürtəkib ola və bir padişahə, ya vəzirə batil üzrə müti ola. Və əgər bir kimsənə düşdə günəşlə ayı kəndüyə səcdə edərlər görsə, ətəsi ilə ənəsi kəndüdən razı ola. Və əgər bir əvrət düşdə ayı əvinə əndi, bəs anun bir azın alub əskiyə sarıdı görsə, bir oğlan doğa, vəlikən dirilməyə. Və əgər bir əvrət düşdə ayı bir yerdə görüb əlin ana uzatdı görsə,əgər əli ana irişmədi görsə, bir oğlan arzusında ola və əlinə girməyə. Və əgər hamilə olsa, qız sala. Və əgər bir kimsənə düşdə ayı bir kişi surətində görsə, vəzir ədlinə dəlalət edə. Və əgər bir kimsənə düşdə ayı kəndüyə yədildi görsə, düşməni kəndüyə müti ola.

Və amma yəni ay. Düşdə əgər anı çıqar məhəlindən doğdı görsə, bir comərd oğlana, ya bir mənsəbə, ya bir əsillü ticarətə dəlalət edə anı görən kimsənəyə. Və əgər bir kimsənə düşdə bir neçə yəni ayı bir yerdə cəm olmuş görsə, Həccə vara...

Və əgər bir kimsənə düşdə yəni ayı qızıl görsə, əgər əvrəti hamilə olsa, həmlin sala və əgər anı yerə düşdi görsə, bir uşağ doğa. Və əgər bir kimsənə düşdə adəmi yəni aya nəzər edərlər, bəs bunlardan heç kimsə görməyüb, kəndözüni yalğuz gördi görsə, vəfat bula. Və əgər bir kimsənə düşdə yəni ayı qəyr vəqtində görsə, kəndüyə içində şadlıq olur xəbərə dəlalət edə. Və əgər bir kimsənə düşdə yəni ayı çıqar yerindən qəyr yerdə doğdı görsə, bir yaramaz məkruh işə dəlalət edə. Əgər anı tez batdı görsə, ol yaramaz iş çoq qalmaya.

Camasib dedi: Yəni ay düşdə düşmən üzərinə nüsrətə dəlalət edər anı görən kimsənəyə. Və denildi: Yəni ay görmək düşdə bir vədə mühəqqəq olmağına dəlalət edə.
* * *

Ayu. İbn Sirin aydur: Ayu düşdə bir əhməq oğrı müxalif dəvidə hiylətedici alçaq düşmənə dəlalət edər. Əgər bir kimsənə düşdə bir ayuyə bindi görsə, kəndüyə padişahdən hörmətsizlik irişə. Və əgər bir kimsənə düşdə bir ayuyi öldürdi görsə, düşmənə zəfər bula. Və əgər anun ətindən yeydi görsə, ya anun dərisin aldı görsə, andən əlinə girdügi qədəri düşməndən hasil edə. Və əgər anun südin içdi görsə, kəndüyə bir qorqu irişə.

İbrahim Kirmani aydur: Ayu düşdə bir zişt bədbəxt divanə kişiyə dəlalət edər və əgər dişi olsa, bir şöylə sifətlü əvrətə dəlalət edə. Əgər bir kimsənə düşdə bir dişi ayu tutdı, ya anı əvinə girdi görsə, bir bu sifətlü əvrətə əvlənə. Və əgər əvinə bir ərkək ayu girdi görsə, əvinə bir ol sifətlü kişi girə. Və əgər bir kimsənə düşdə bir ayuyə bindi, ya anı öldurdi görsə, düşmənə zəfər bula.

Və bəzi aydur: Əgər bir kimsənə düşdə kəndözüni bir ayuyə bindi görsə, bir heççə işə müstövli ola və əgər ana qabiliyyəti olsa, və illa kəndüyə qorqu və qayğu irişə, likən sonra andan nicat bula. Və dedilər: Ayu düşdə səfərə və səfərdən qayıtmağa dəlalət edər.

* * *

Ayinə. İbn Sirin aydur: Ayinə düşdə cahə və vilayətə dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözinə ayinə görsə, ya anı kəndüyə bir axər kimsənə verdi görsə, anun ululığı və rövşənligi qədəri cah və vilayət və nemət bula. Və əgər bir kimsənə düşdə kəndü ayinəsin bir axər kimsənəyə verdi görsə, bir axər kimsənə qatında bir əmanət qoya. Və bilgil: Altun ayinə düşdə anı kəndözünə görən kimsənə içün bayligə dəlalət edər. Və əgər anı gümişdən görüb, kəndözini ana nəzər edər görsə, bir uşağı doğa, və bəzi aydur cahına nöqsan irişə, zira ki gümiş ayinəyə nəzər etmək xəyirsiz olur.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə bir dəmür ayinəyə baqar görsə, əgər əvrəti hamilə olsa, oğlan doğa, şöylə kim cəmiyi-işində kəndüyə bənzəyə. Və əgər bu düşi görən hamilə olmaz əvrət olsa, anı əri boşaya və bir axər əvrətə əvlənə. Və bəzi aydur ol əvrət üstünə bir əvrətə dəxi əvlənə. Və əgər bir oğlan düşdə ayinəyə nəzər edər görsə, kəndüyə bir qərəvəş doğa. Və əgər bu düşi qız görsə, kəndüyə bir qızqərdəş doğa. Və əgər bir padişah düşdə bir ayinəyə baqar görsə, məzul olub yerini bir axər kimsənə əlində görə. Və bəzi aydur: Əgər bir padişah düşdə kəndü surətində bir ayinədə görsə, kəndü əvrəti üzərindən səfər edə və xadimlərindən birisin anun üzərinə qaimməqam edə.

Cabir Məğribi aydur: Ayinədə yüzi gögçək görmək düşdə bəşarətə və şadlığa dəlalət edər və əgər anı yaramaz görsə, qayğuyə və əndişəyə və müsibətə dəlalət edə.

Və bilgil ayinəsalıcı düşdə əgər məchul olsa, padişahə dəlalət və əgər məruf olsa, əyüdən və yaramazdan hər nə kim andə görünsə, həm ayinəsalıcısına ayid ola.



Cəfər (r.) aydur: Ayinə düşdə altı vəchə dəlalət edər: 1. əvrətə; 2 oğlana; 3 cahə və buyruğə; 4. yarə; 5 şərikə; 6. rövşən işə. Və həm ol aydur: Əgər bir ərəb düşdə ayinə görsə, bir əvrətə əvlənə və ululıq bula və əgər bu düşi ərəb əvrət görsə, ərə vara və əri kəndüyi əziz tuta.

Və əgər bir kimsənə düşdə kəndüyə bir məchul kimsənə ayinə verdi və kəndözin ana baqar görsə, bir qayib dost didarilə şad ola. Və bəzi aydur: Güzgü düşdə duman mənasınadur: bir nəsnə göstərür və ol nəsnədən heç nəsnə hasil olmaz xəyalə dəlalət edər. Və dedilər: əgər bir kimsənə düşdə bir güzgüyə ardından baqar görsə, əvrətinə dübürdən gələ, ya bir vəchsiz iş işləyə. Və əgər bir kimsənə düşdə kəndü surətin ayinədə görsə, bir dostın ziyadə edə. Və əgər bir tutsaq düşdə kəndü yüzin güzgüdə görsə, xilas ola.Və amma paslu ayinə düşdə ana nəzər [edər] kimsənəyə qayğuyə və müsibətə dəlalət edər.


* * *

İpək. İbn Sirin aydur: Ağ əbrişəm görmək düşdə bu cəhanun mənfəətinə dəlalət edər anı kəndözünə görən kimsənəyə. Və əgər saru olsa, xəstəligə dəlalət edə və əgər yəşil olsa, əyüyə dəlalət edə. Və əgər qızıl olsa, yaramaza dəlalət edə və əgər qərə, ya gög olsa, müsibətə dəlalət edə.

Və bilgil əbrişəmün püxtəsi xamından yegrəkdür. Və əgər bir kimsənə düşdə kəndü əbrişəmin zaye oldı görsə, ziyanə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndü qatında hər rəngdən əbrişəm görsə, hər növdən bir nəsnə hasil edə.

Və denildi əbrişəm düşdə kişilər* içün kərahiyyətə və əvrətlər içün əyüyə dəlalət edər.

Və bəzi aydur: İpəgün çəzilmişi düşdə eşqə dəlalət edər anı görən kimsənəyə. Və əgər bir padişah düşdə əbrişəmdən bir ton gəydi görsə, mütəkəbbir ola. Və əgər bir kimsənə düşdə bir ölüyi əbrişəmdən bir ton geydi görsə, ol ölü axirətdə münim ola.

Və dedilər: Əbrişəmdən saru və qızıl əbrişəm düşdə xəstəligə dəlalət edər. Və denildi: Qızıl əbrişəm zərər etməyə, zira ki qızıl əbrişəm savaşda kişiləri cürətləndürür. Və denildi: Saru nəsnə hər cinsdən olsa, xəstəligə dəlalət edə.
* * *

Öpgə. İbn Sirin aydur: Öpgə düşdə şadlığa dəlalət edər. Əgər bir kimsənə düşdə kəndözündə öpgə görsə, şad ola və əgər kəndözüni bir axər kimsənəyə öpgə verdi görsə, ol kimsənəyə rahət irişdürə.

Cabir Məğribi aydur: Əgər bir kimsənə düşdə çig, ya bişmiş öpgə yeydi görsə, əgər əti halal cənəvərün olsa, halal mala dəlalət edə və əgər xilafı olsa, haram mala dəlalət edə.
* * *

Öpmək. İbn Sirin aydur: Əgər bir kimsənə düşdə bir axər kimsənəyi öpdi görsə, ol kimsənəyə həvadar ola. Və əgər ol öpdügi kimsənə məchul olsa, bir kimsədən kəndüyə xəyr irişə və əgər məruf olsa, həm ol kimsədən kəndüyə xəyr və mənfəət irişə.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə ölüyi şəhvət ilə öpdi görsə, ol ölünün işin işləyə. Və əgər ölü kəndüyi öpdi görsə, ol ölünün malından, ya elmindən kəndüyə bir xəyr irişə. Və əgər kəndüyi öpən ölü məchul idisə, ümidi olmadığı yerdən kəndüyə mal irişə. Və əgər bir kimsənə düşdə kəndüyi bir bönəmiş kimsənə öpdi görsə, dünyayə talib ola və əgər bunun xilafın görsə, təvil dəxi xilafı ola.

Cəfər (r.) aydur: Öpmək düşdə dört vəchə dəlalət edər: 1. xəyrə və mənfəətə; 2. hacət rəva olmağına; 3. düşmənə zəfər bulmağına; 4. əyü söz söyləməgə və eşitməgə.

Və bəzi aydur: Öpmək düşdə hacət rəva olmağına və düşmənə zəfər bulmağına dəlalət edər. Əgər bir kimsənə düşdə bir kişiyi şəhvət ilə öpüp anunla əsənləşdi görsə, hacətinə zəfər bula. Və əgər ana mücaməət etdi görsə, hacət rəva olmağına ziyadə əyürək ola. Və əgər anı şəhvətsiz öpdi görsə, öpən kimsənədən öpülən kimsənəyə bir nəsnə irişə. Və əgər bir kimsənə düşdə bir oğlanı öpdi görsə, oğlan ətəsinə dost ola. Və əgər bir qərəvəşi öpdi görsə, qərəvəş əfəndisinə dost ola. Və əgər bir əvrəti öpdi görsə, ol əvrət ərinə dost ola. Və əgər bir müstövli kimsənəyi öpdi görsə, yerinə müstövli ola. Və əgər bir qazıyı öpdi görsə, ol qazı anun sözin qəbul edə. Və əgər bir kimsənə düşdə kəndü uşağın şəhvət ilə öpdi görsə, cəmiyi-malını ol uşağına vermək istəyə. Əgər ol uşağ baliğ olsa və əgər ol uşağı şəhvətsiz öpdi görsə, ana ətədən və ənədən bir xəyr irişə.

* * *

Ət. Danyal aydur: Ətlər düşdə hər ət ki bişmiş ola, asanliglə ələ girər mala və mənfəətə dəlalət edər andən yeyən kimsənəyə, məgər büryan olsa ki əgər büryan olsa, zəhmət ilə ələ girər mala dəlalət edə. Və hər ət ki çig ola, əgər kəndözüni andən yeydi görsə, xəstəligə və dərdə dəlalət edə. Və ət satun almaq və satmaq düşdə qayğuyə və müsibətə dəlalət edə.

İbn Sirin aydur: Bişmiş ət yemək düşdə büryan olmış ət yeməkdən yegrəkdür və büryan olmış ət yemək düşdə çig ətdən yegrək. Və əgər bir kimsənə düşdə kəndü ətini yər görsə, kəndü əhli-beytini qeybət eyləyə və bəzi aydur bir iş işləyə ki, peşiman ola. Və bəzi aydur kəndü kəsbindən yəyə.

Və əgər bir əvrət düşdə kəndü ətin yər görsə, zina edə. Və əgər bir kimsə düşdə adam ətin yər görsə, qeybətedici ola... Və əgər anı yərkən qanı aqardı görsə, kəndü nemətin və malın tələf etməginə buyura Və əgər bir kimsənə düşdə bir asılmış adamun ətin yər görsə, andən yeydügi qədəri bir yucə qədlü kimsənədən haram mal yəyə. Və əgər bir kimsənə düşdə bir qəzanə qonulmuş səmiz qoyun ətindən yər görsə, şadlığa və nemətə dəlalət edə. Və əgər bir kimsənə düşdə kəndü əvinə bir soyunmış qoyun gətürdi görsə, ol əvdə bir əkabir kimsənə fəvt ola. Və əgər anun bəzisin əvə gətürdi görsə, bir əvdə bir kimsənə fəvt ola. Və əgər andən oylıq, ya ayaq gətürdi görsə, kəndü qəvmindən bir kimsənə fəvt ola. Və əgər andən yan ətindən gətürdi görsə, ol əvdə bir əvrət fəvt ola, xassə ki dişi qoyun ola, məgər bu düş issi bir kimsənə ola ki, təbi şöylə ola ki, əgər düşdə ət görsə, oyaqlıqda kəndüyə ət hasil ola.



Cabir Məğribi aydur: Səmiz ət düşdə əruq ətdən yegrək düşdə. Əgər bir kimsənə düşdə bir axər kimsənəyi tazə ət ilə urdı görsə, ol kimsənəyi diliylə rəncur edə, ya ana qeybət eyləyə. Və əgər bir kimsənə düşdə büryan ət yər görsə, anun qədərincə rizq bula, likən qayğu çəkə. Və əgər bir kimsənə düşdə qəssabdən ət alub, anun bəhasın verüb əvinə gətürdi görsə, ol əvdə qayğuyə və müsibətə dəlalət edə, zira ki qəssab təvildə mələkülməvtə dəlalət edər. Və əgər qəssabə bəha vermədi görsə, düş issinün müsibətinə dəlalət edə. Və əgər qəssabdən ət alub anı əvinə gətürmədi görsə, əvindən bir kimsənə ölümə irişüb nicat bula.

İbrahim Kirmani aydur: Əgər bir kimsənə düşdə kəndözüni at ətin yər görsə, adam arasında adı əyülik ilə yayıla və padişahdan kəndüyə bir nəsnə irişə. Və əgər əjdəha ətin yeydi görsə, andən yeydügi qədəri düşməndən mal yəyə və düşməni qəhr edə. Və əgər ayu ətin yeydi görsə, andən yeydügi qədəri haram mal yəyə və adam kəndüyi məlamət edələr. Və əgər əşək ətin yeydi görsə, çoq mal bula. Və əgər it ətin yeydi görsə, düşmənə zəfər bula və andən yeydügi qədəri düşməndən mal bula. Və əgər ərsilan ətin yeydi görsə, andən yeydügi qədəri padişah malından yəyə. Və əgər ükəyik ətin yeydi görsə, andən yeydügi qədəri əvrət malından yəyə. Və əgər ərğəli ətindən yeydi görsə, bərriyyə adəmisindən halal mal hasil edə. Və əgər ördək ətin yeydi görsə, ululıq və vilayət bula. Və əgər adam ətin yeydi görsə, adam qeybətin əyləyə və əyblərin söyləyə. Və əgər ölü ətin yeydi görsə, bu kimsənə ölüdən bir pənd yad edə. Və əgər ətməcə ətin yeydi görsə, andən yeydügi qədəri düşməndən mal yəyə. Və əgər bəbr ətin yəydi görsə, andən yeydügi qədəri bir qəvi düşməndən əlinə mal girə. Və əgər bülbül ətin yeydi görsə, uşağından və qullarından mal irişə. Və əgər bələban ətin yeydi görsə, bir qəddar və məkkar kişinün malından yəyə. Və əgər bəyğuş ətin yəydi görsə, bir oğrı kişinün malından, ya bir əvrət malından kəndüyə mal irişə. Və əgər porsuq ətin yeydi görsə, andən yeydügi qədəri bir oğrı malından kəndüyə mənfəət irişə. Və əgər buzağu ətindən yeydi görsə, andən yeydügi qədəri kəndü uşağından halal mal irişə. Və əgər balıq ətin yeydi görsə, andən yeydügi qədəri əvrət malından yəyə. Və əgər pars ətin yeydi görsə, andən yeydügi qədəri düşməndən mal ala. Və əgər təvuq* ətin yeydi görsə, andən yeydügi qədəri kəndüyə qərəvəş uşağındən və xadimindən mal hasil edə. Və əgər çaqal ətin yeydi görsə, kəndü arası ilə qəvmləri arasına bir ticarət içün bir xüsumət düşə. Və əgər xurma siçanınun ətin yeydi görsə, andən yeydügi qədəri bir bay qərib kişinün malından yeyə. Və əgər dəvə ətin yeydi görsə, andən yeydügi qədəri bir qəvi düşməndən mal yəyə. Və əgər dəvə köşəginün ətin yeydi görsə, bir yetim malın yəyə, bəs sonra xəstə düşüb şifa bula və bəzi aydur padişah adamından kəndüyə mənfəət irişə. Və əgər dəvəquşınun ətin yeydi görsə, andən yeydügi qədəri xəyr və mənfəət bula. Və əgər durrac** ətin yeydi görsə, andən yeydügi qədəri əvrət malından alub sərf edə. Və əgər dilkü*** ətin yeydi görsə, xəstə düşə, ya kəndüyə bir qorqu irişə. Və əgər durna ətin yeydi görsə, bir qərib yoxsul kişidən mal hasil edə. Və əgər sərçə ətin yeydi görsə, bir zift tiz işlü kişidən, ya uşağdan mal hasil edə. Və əgər süklün ətin yeydi görsə, bir sitəmgər padişahdən kəndüyə mənfəət irişə. Və əgər səmur ətin yeydi görsə, andən yeydügi qədəri bir qərib malından yəyə. Və əgər simürğ ətin yeydi görsə, bir əkabir kimsənün malından kəndüyə bir nəsnə irişə. Və əgər siçan ətin yeydi görsə, bir işi-güci yaramaz əvrətə əl uzadıb, andən mal bula və bəzi aydur əvrətlər eyb edə. Və əgər şahin ətin yeydi görsə, andən yeydügi qədəri kəndüyə mənfəət irişə. Və əgər sığırcuq ətin yeydi görsə, andən yeydügi qədəri çoq səfər edər kimsənədən kəndüyə xəyr və mənfəət irişə. Və əgər sığır ətindən yeydi görsə, kəndü üzərinə nemət və məişət gen ola, əgər səmiz olsa. Və bilgil səmiz sığır əti düşdə səmiz qoyun ətindən yegrəkdür. Və əgər sığın ətin yeydi görsə, əvrət qibəlindən mal hasil edə. Və əgər tavşançıl ətin yeydi görsə, andən yeydügi qədəri bir sitəm edər padişahdən mal hasil edə. Və əgər turğay ətin yeydi görsə, uşağı malından kəndüyə mənfəət irişə. Və əgər tavşan ətin yeydi görsə, bir işi-güci yaramaz əvrətdən kəndüyə azacıq mal irişə və bəzi aydur əcəmi kişidən kəndüyə bir nəsnə irişə. Və əgər tonuz ətin yeydi görsə, haram mal yəyə və Həqq-təala fəraizindən təğafül edə. Və əgər tavus ətin yeydi görsə, bir tamam mal bula. Və əgər tuti ətin yeydi görsə, bir elm ögrənə və ol elmdən kəndüyə xəyr və mənfəət irişə. Və əgər fil ətin yeydi görsə, andən yeydügi qədəri bir əzim padişahdən kəndüyə mal və ululıq irişə. Və əgər qatır ətin yeydi görsə, xəstə düşə. Və əgər qarlağuc ətin yeydi görsə, kəndüdən cüda olan adamun malından alub nəfəqə edə. Və əgər qaz ətindən yeydi görsə, andən yeydügi qədəri mal bula. Və əgər qəpəlan ətin yeydi görsə, bir adlu kimsənədən ululığ bula. Və əgər qərəcə qərğə ətin yeydi görsə, bir fasiq, ya bir əbləh kişidən faidə bula. Və əgər qumri ətin yeydi görsə, andən yeydügi qədəri bir gögcək əvrətdən kəndüyə mal irişə. Və əgər qurt ətin yeydi görsə, andən yeydügi qədəri haram mal hasil edə. Və əgər qablu bağa ətin yeydi görsə, andən yeydügi qədəri bir alimdən elm hasil edə, ya zahid ola. Və əgər qərğə ətin yeydi görsə, andən yeydügi qədəri oğrılardan mal yeyə və bəzi aydur irğətçilərdən mal ala. Və əgər qoyun ətin yeydi görsə, andən yeydügi qədəri kəndüyə halal mal hasil ola. Və əgər qulan ətin yeydi görsə, andən yeydügi qədəri kəndüyə çoq mal və nemət irişə. Və əgər kəyik ətin yeydi görsə, bir gögcək əvrətdən kəndüyə mal irişə. Və əgər kəci ətin yeydi görsə, bir müsibət irişə və bəzi aydur andən yedügi qədəri düşməndən mal yeyə. Və əgər kələr ətin yeydi görsə, bu cəhanun kəmalın və zinətin və mənfəətin bula. Və əgər kəklik ətin yeydi görsə, andən yeydügi qədəri kəndüyə əvrət malından bir nəsnə nəsib ola. Və əgər kədi ətin yeydi görsə, andən yeydügi qədəri kəndüyə düşmən və oğrı malından bir nəsnə irişə. Və əgər məymun ətin yeydi görsə, xəstə düşə, ya bir çətinligə düşə. Və əgər nəhəng ətin yeydi görsə, kəndüyə rənc və bəla irişə. Və əgər humay ətin yeydi görsə, andən yeydügi qədəri padişahdən mal və mənfəət bula və işi yucə ola. Və əgər yəngəc ətin yeydi görsə, bir iraq yerdən kəndüyə mal hasil ola. Və əgər yarasa ətin yeydi görsə, bir məhrum gümrah birlə peyvənd olub andən heç xeyr görməyə. Və əgər yənlü qurt ətin yeydi görsə, bir zişt yüzlü qarı əvrət kəndüyə cadu edə və kəndü andən qabil ola və sonra andən xilas bula. Bəs bilgil bu zikr olunan nəsnələr andə ola ki, ət bişmiş ola. Və əgər çig olsa, hər cənəvərün mənsubinə qeybət etməginə dəlalət edə. Məsələn, əgər bir kimsənə düşdə kəndözini ərsilan ətin çig yeydi görsə, padişahə qeybət eyləyə...

Cəfər (r) aydur: Cənəvərlər əti düşdə dört vəchə dəlalət edər: 1.malə; 2.mirasə; 3.baylığa; 4.əndişə və müsibətə.
* * *

Download 1,59 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   16




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish