SÜLEYMAN PEYĞƏMBƏRLƏ QOCA ƏKİNÇİNİN HEKAYƏTİ
1053 B. Quş dililə danışmaq - mənasız, boş danışmaq.
1066 B. Hər kəs gücü çatan işdən yapışmalıdır.
1070 B. Yalnız nadir qəhrəmanlar xalqın qayğısını çəkməyə qadirdirlər. Sirri hər
kişi saxlaya bilməz.
Dördüncü söhbət
RƏİYYƏTİN HAQQINI PADŞAHIN QORUMASI
1077 B. Bəsrəli Rəbiə məşhur zahid qadın olmuşdur. Bir gün yanar çöldə
susuzluqdan bayğın düşmüş bir it görür, başındakı külahını saçlarıyla bağlayır,
quyuya dol kimi sallayır, su çıxarır. Əshabi Kəhfin yeddincisi sayılan heyvanı
ölümdən qurtarır. Bu yolla övliya mərtəbəsinə qalxır. Quranın “əl-Kəhf” surəsinin 21-
ci ayəsində dini təqiblərdən çəkinib mağarada gizlənmiş altı gənc və onların itindən
söhbət gedir. Sahiblərinə qeyri-adi sədaqətinə görə həmin itə danışıq qabiliyyəti
verilib. Nizami bu ayədən istifadə etmişdir.
Do'stlaringiz bilan baham: |