_______________ Milli Kitabxana _______________
16
ən yaxşı hekayəsi adlandırır. Doğrudan da, Nizami "Sirlər xəzinəsi" ilə
zəmanəsinin eybəcərliklərinə güzgü tutmuş, hər şeyi olduğu kimi göstərən bir
poeziya aynası yaratmışdır.
"Zalım padşahla zahidin dastanı"nda, adından görundüyü kimi, iki əsas
surət vardır: zalım padşah və doğruçu qoca. Zalım padşah ordusuna,
xəzinəsinə, casuslarına güvənir, doğruçu qoca isə düzlüyə. Zalım padşah
hamını qanla qorxudub susdurmaq, özünə tabe etmək, qul vəziyyətinə salmaq
istəyir. Doğruçu qoca isə düzlüyündən dönmür, zalımın inadını sındırır, onu
özünə təslim edir. Düzlüyün qarşısında cəlladın qılıncı əlindən düşür,
qəzəbdən bozarmış üzü gülümsünməyə məcbur olur. Doğrudur, bu bir
romantikadır, lakin onda güclü, inkar-edilməz bir həyat həqiqəti var. Düzlük
eybəcərliyin, zalımlığın, qəddarlığın üzünə güzgü tutub onu özünə baxmağa,
utanmağa, öz-özünü inkara məcbur edir. Zalım zalımlığını danır, haqqında
zalım deyən qocanı qətlə yetirməyə hazırlaşdığı halda fikrini dəyişir, onu ifşa
və inkar edən, heçliyini qorxmadan üzünə deyən gücsüz, zəif, onsuz da
öldürüləcəyini düşünüb şahın yanına kəfən geyinib gələn, cəsarətli, ifşaedici
sözlərindən dönməyən doğruçu qocaya cəza verə bilmir, əksinə, onu
mükafatlandırır. Düzlük əyriliyə, ədalət zalımlığa, İntibah orta əsrlərə qalib
gəlir. Əyrilər çox olduğu kimi düzlər də çoxdur. Zalım padşahın casusu
varsa, doğruçu qocanın da sevənləri, çətinə düşəndə köməyinə gələnləri,
gözlənilən təhlükəni xəbər verənləri var. Şərin casusluq edən nökərləri varsa,
xeyrin də müjdə gətirənləri var. Nizami bu iki cəbhəni, qüvvələrin
tənasübünü doğru görür və əks etdirir.
Nizami poeziyasında ictimai siniflərin, hakim təbəqələrlə xalqın bu
şəkildə qarşı-qarşıya qoyulması, xalqın böyük gücünə inam, hökmdar və xalq
probleminin tamamilə demokratik baxımdan düzgün həlli Yaxın və Orta Şərq
İntibahının ən böyük nailiyyətlərindən biri idi.
Nizami bununla da kifayətlənmir, yeniliyin köhnəliklə mübarizəsi,
köhnəliyə qarşı amansız döyüşkən mövqe tutması fikrini irəli sürür. O,
əsrlərin dumanı arxasından gələcəyə baxaraq, yeni ideyaların qələbəsi üçün
yollar göstərir. Bu məsələdə ona əxiliyin mübariz humanist baxışları
istiqamət verir. Xalq içərisində böyüyüb yaşayıb müdrikləşən, şəhər
sənətkarları ilə daim təmasda olan, qəlbi xalqın azadlığı və xoşbəxtliyi üçün
döyünən, qələmi ilə "kiçik" adamların hüququnu müdafiəyə qalxan qüdrətli
sənətkarı XII əsrin ən xəlqi fikir cərəyanlarından
Do'stlaringiz bilan baham: |