_______________ Milli Kitabxana _______________
211
118 B. Nizami turuncun bu keyfiyyəti ilə Həzrət peyğəmbərin həyatı və taleyi
arasında yaxın bənzəyiş görür. Bütün peyğəmbərlərdən, bütün Tanrı elçilərindən
sonra gəlməsinə baxmayaraq, Həzrət Məhəmmədin adı Tanrı dərgahındakı "Lövhi-
məhfuz"da ilk peyğəmbər sifətilə yazılıb. Deməli, turunc kimi o da öncə bar gətirib,
bundan sonra çiçəkləyib, yəni bütün peyğəmbərlərdən sonra zühur edib, bəşəriyyətə
bəlli olmuşdur.
119 B.
"Adəm hələ su və torpaq şəklində olarkən mən peyğəmbər idim"hədisinə
işarədir.İkinci misra islam fəlsəfəsinin belə bir müddəasına əsaslanır ki, Məhəmməd
peyğəmbərlərin sonuncusudur, ondan sonra dünyaya bir daha peyğəmbər gəlməyəcək.
120 B. İslam əsatirinə görə Məhəmməd peyğəmbərin möcüzələrindən biri
"şəqqül qəmər" - onun barmağının işarəsilə ayın tən ortadan parçalanmasıdır. Guya
həmin gündən etibarən parçalanmış, incəlmiş Ay onun hakimiyyət möhürünə
çevrilmişdir. Nizami heç bir zəbərcəd qaşlı üzüyün gözəllikdə, şərafətdə bu möhürə
(Aya) tay olmadığını bildirir. Zəbərcəd sarıya çalan yaşıl daşdır. Qədim astronomların
fikrincə, əslində yaşıl rəngdə olan Ay da, günəş şüalarını əks etdirdiyi üçün sarımtıl
görünür.
121 B. Əreb əlifbasında yazılışına görə "Mim" hərfinin baş tərəfi dairəcikdən,
həlqədən ibarətdir. Nizami bunu qulun qulağındakı köləlik həlqəsinə bənzədir və
cahanın Həzrət peyğəmbərə qul olduğunu bildirir. Lakin dünyanın özü də dairə, həlqə
şəklindədir. Deməli, hər iki dünya Məhəmməd peyğəmbərin qulağı həlqəli quludur,
köləsidir.
122 B. Merac zamanı yerdən göyün yeddinci qatına, Tanrı dərgahına bir göz
qırpımında getdiyi üçün Məhəmməd peyğəmbərə "sahəölçən" ünvanı verilmişdir.
123 B. "Ümmi" - ərəbcə savadsız deməkdir və Məhəmməd peyğəmbərin
ünvanlarından biridir. "Ümmi" və "Adəm" sözləri "Əlif' və "Mim" hərflərinin yardımı
ilə yazılır, "Məsiha" sözü də "Mim" ilə başlanır. Adların yazılışında hərflərin
ortaqlığından istifadə edən Nizami sübut etməyə çalışır ki,Məhəmməd peyğəmbər
ondan əvvəl gəlmiş hər iki peyğəmbərdən: həm Adəmdən, həm də Məsihadan (Həzrət
İsadan) üstün dayanır.
125 B. İslam etiqadına, görə kainat Tanrının "Kun!" ("Ol!") buyruğu əsasında
yaranmışdır. Nizami Gəncəvi Məhəmməd peyğəmbərin adını Tanrı pərgarı ilə
yaranmış bu aləmin ən işıqlı nöqtəsi hesab edir, onu dünya üzüyünün qaşı sayır.
Nüktə - incə məna, zərif fikirlər və düşüncələr. Nizamiyə görə, Məhəmməd
məfkurəsi bütün deyilmişlərə son nöqtə qoymuş, bəşər fikrinin yekunu kimi ortaya
çıxmışdır.
Do'stlaringiz bilan baham: |