_______________ Milli Kitabxana _______________
213
sənbər məlhəmi hesab edir. Həzrət peyğəmbər Əqrəb bürcünün quyruğuna
yanaşmaqla onu zərərsizləşdirir.
157 B. Məhəmməd peyğəmbər Yay bürcü kamanından elə bir ox atdı ki,zəhər
onun evinin Çəpiş-Cüdəy bürcündən xeyli uzaqlaşdı,qaçdı. Kaman -Oxatan (Qövs)
bürcü; Ox (Tir) - Ütarid planeti; Çəpiş - Cüdəy bürcü.
Oxatan bürcünə daxil olanda Ütarid fəlakət törədir. Çəpiş-Cüdəy bürcündə Zühəl
(Saturn) planetinin indi də işi fitnə-fəsaddan ibarətdir. Beytin mənası budur ki, Həzrət
Məhəmməd Oxatan bürcündən şikaryıxan bir ox atdı və Zühəl planetini Çəpiş-Cüdəy
bürcündən qovdu, buranı zəhərlənməkdən xilas etdi, Oxatan bürcündən çıxarmaqla
Ütaridi də zərərsizləşdirdi.
Prof. R.Əliyevin yozumuna görə, burada yəhudi Harisin qızı Zeynəbin Həzrət
Məhəmmədin çəpişin zəhərlənməsinə işarə edilmişdir.
158 B. Su və yağmurluq bürcü sayılan Balıq (Hut) bürcünün başı Günəşin
yerləşdiyi Dolça bürcünə doğru əyilmişdir. Gözəllik rəmzi olan və buna görə günəşə
bənzədilən Yusifin qardaşları tərəfindən su quyusuna atılması Günəşin Dolça
bürcündən keçməsinə bənzədilmişdir. Dənizdə üzərkən balina tərəfindən udulmuş,
Yunis isə bir müddət onun qarnında yaşamışdır... Beytin mənası budur ki, Yusif su
dolunda quyuya atıldığı kimi, Həzrət peyğəmbər də Dolça bürcünün günəşidir, başını
Dolça bürcünə söykəmiş Balıq bürcünün -balinanın Yunisidir.
159 B. 20 aprel çağlarına təsadüf edir. Sürəyya bürcünün üç hissəsi Öküz
bürcündə, yalnız bir hissəsi Quzu bürcündə yerləşdiyi üçün, Nizami səmanın bu
hissəsini şah təxtinə bənzətmişdir. Yəni Həzrət Məhəmməd öz Sürəyya təxtini Quzu
bürcündə qurandan sonra səhralara, çöllərə bahar gəldi, gül,çiçək ordusu aləmi
bürüdü.
162 B. Həzrət peyğəmbər səma gülüstanından keçərkən Tanrıdan əmr gəldi ki,
"Sən həndəvərə baxma ki, diqqətin dağılmasın." Həzrət Məhəmməd "Yana baxmadı",
yəni bu kəlamı gözləri üstünə qoydu, gözləri bu nur ilə sürmələndi.
163 B. Həzrət Məhəmməd ilə bağlı hədislərdən birinə işarədir: "Mənim Tanrım
mənə ədəb öyrətdi"
165 B. Həzrət peyğəmbərin nəfəsinin ətri, mişki gecənin göbəyini mişk-bana
çevirdi, aypara isə atı Bürağın ayağında nal kimi parıldamağa başladı.
181 B. Yəni Həzrət peyğəmbər merac yürüşündə maddi aləmi arxada qoydu,
Tanrı dərgahına gəlib yetdi.
184 B. Həzrət peyğəmbər meracda ruh üstündə uçub getdiyi üçün canında cismani
müqavimət duymurdu.
187 B. Yəni Həzrət peyğəmbər meracda Tanrı dərgahına daha ayaqları üstə deyil,
başı üstə gedirdi.
Do'stlaringiz bilan baham: |