AKTİV İLDIRIMÖTÜRÜCÜLƏRİ VƏ ONLARIN
TƏTBİQİ PERSPEKTİVLƏRİ
Tələbə: Elmi Rəhbər:
Məmmədli Əhməd Emin oğlu dos.E.S.Səfiyev
II kurs, qrup 530.7E
Elektrotexnikada ildırımdan mühafizə məsələsi ən vacib
239
məsələlərdən biridir. İstifadə edilən ənənəvi ildırımdan
mühəfizə
sistemlərinin
effektivliyi
lazımı
səviyyədə
olmadığından,bu problemi həll etmək üçün yeni üsulların
axtarışına ehtiyac var. Təqdim olunan iş yeni üsulların
araşdırılmasına həsr olunub.
İldırım planetimizin atmosferinin geniş yayılmış, daima
tətqiq olunan maraqlı hadisələrindən biridir. Planetimizdə eyni
vaxtda təxminən 2000-nə yaxın şimşək çaxır, qasırğalı buludlar
isə yerə hər saniyə 100-ə yaxın ildırım göndərir. İldırım,
qasırğalı buludla yer arasında müəyyən gərginlikdə yaranan,
elektrik yükü daşıyan uzun qığılcımdır.
İldırımın obyektə və ya binaya birbaşa dəyməsi insanların və
digər canlıların cərəyan vurmasına, müxtəlif materialların
alovlanmasına və əriməsinə, ağacların parçalanması, kərpic və
betonda çatların əmlə gəlməsinə, kommunikasiya xətlərində
yüksək potensialın yaranmasına səbəb ola bilər.
İldırım həmçinin neft-kimya kompleksləri, atom elektrik
stansiyaları, yüksək gərginlik xətləri və s. strateji obyektlər
üçün daha təhlükəlidir. Ona görə də hazırda ildırımdan
mühafizə qarşısına yüksək tələblər qoyulur.
Praktikada istifadə edilən ənənəvi ildırımdan mühafizə
sistemlərinin effektivliyi bizi lazımi səviyyədə təmin
etmədiyindən bu problemi həll etmək üçün yeni üsulların
axtarışına ehtiyac duyuruq.
Hal-hazırda ildırımdan mühafizə sistemində ən çox
istifadə olunan ildırım ötürücüləridir. Qarşımızda duran əsas
vəzifələrdən
biri
ildırımötürücülərini
daha
da
təkmilləşdirməkdir.
Müasir elmi nöqteyi nəzərdən ildırımın dönmə
mexanizminin qarşılıqlı liderlə əlaqədar olduğu ehtimal edilir.
Qarşılıqlı lider obyektin yuxarısından ildırımın liderinə qarşı
hərəkət edir. Liderin kontaktı onların inkişaf prosesini sona
240
yetirir. Qarşılıqlı lider uzun olduqca o ildırımı yerdən daha
uzaq məsafədə tutur. Beləliklə ildırımötürənlərin effektivliyini
artırmaq üçün onda mümkün qədər tez qarşılıqlı lider yaratmaq
və onun maksimal sürətlə inkişafına nail olmaqdır.
Keçən əsrin ortalarında Fransada radioaktiv ildırımötürənlərin
yaradılmasına cəhd göstərildi. Bunun üçün ildırımötürənlərin
ucunda radioaktiv maddəyə malik kapsula yerləşdirildi.
Məqsəd, şüalanma nəticəsində kapsula ətrafında havanı
ionlaşdırmaqla elektrik yükü yaratmaq və uzun qığılcım-
qabaqlayıcı və ya qarşılıqlı lider əldə etmək idi. Lakin
radioaktiv ildırımötürənlərin tətbiqi uzun sürmədi, çünki güclü
süa mənbəyindən istifadə edilməsi insan həyatı üçün təhlükə
yaradır, zaəif şüa mənbəyinin effektivliyi isə az olur.
İldırımötürənlərin ucunda hava, süa mənbəyi olmadıqda belə,
tac boşalması nəticəsində ionlaşır.
İonlaşma, qarşılıqlı lider yaradan və praktikada tətbiqini tapan
aktiv ildırımötürənin yuxarı hissəsində ikidolaqlı induktiv
sarğac, kondensator, boşaldıcı və hava aralığından ibarət dövrə
yaradılır. Təsvir edilən sxem şərtidir, aktiv ildırımötürən
istehsalçıları müxtəlif sxemlərdən istifadə etsə də onların iş
prinsipi eynidir.
Aktiv ildırımötürənlərin sınağı laboratoriya şəraitində
aparılmışdır. Müqayisə üçün aktiv ildırımötürənlə yanaşı adi
çubuq ildırımötürən də sınanılmışdır. Nəticələr aşağdakı kimi
olmuşdur: İldırımötürənin hündürlüyü 1m olduqda 20
boşalmanın hər birini aktiv ildırımötürən qəbul etmişdir; aktiv
ildırımötürənin hündürlüyü 1m, passiv ildırımötürənin
hündürlüyü 1,02m olduqda 20 təsirin 19-nu aktiv, 1-ni isə
passiv ildırımötürən qəbul etmişdir; aktiv ildırımötürənin
hündürlüyü 1m, passiv ildırımötürənin hündürlüyü 1,06m
olduqda 20 təsirin 16-nı aktiv, 4-nü isə passiv ildırımötürən
qəbul etmişdir.
241
İldırımdan aktiv mühafizə lazer şüası vasitəsilə də həyata
keçırılə bilər. Bu halda hava lazer şüası ilə optik deşilir, uzun
lazer qığılcımı yaranır, qarşılıqlı liderin yaranma vaxtını
azaldır. Lider lazer qığılcımının bir hissəsini tutur və beləliklə
onun sürəti daha da artmış olur.
İldırımdan mühafizənin yeni üsullarından biri lazerdən
buraxılan su şırnağına əsaslanır. Hesab olunur ki, qasırğalı
buludlara tərəf hündürlüyü 300 m-ə çatan su şırnağının köməyi
ilə yüklər yerə keçir və beləliklə təhlükəsizlik təmin edilir. Belə
mühafizənin işə düşməsi avtomatik olaraq, elektrik sahəsinin
intensivliyinin,
qeydedicilər
vasitəsilə
yüksək qiymətə
çatmasını qeydə alındıqda baş verir.
Nəticə
Aktiv ildırımötürənlər bir çox inkişaf etmiş ölkələrdə istehsal
və
tətbiqi
edilməkdədir.
Bununla
yanaşı
aktiv
ildırımötürənlərin ədəbiyyatlarda və elmi hesabatlarda
araşdırılması aşağıdakı müsbət nəticələrə gəlməyə imkan verir:
1. Aktiv ildırımötürənlərdən istifadə edilməsi iqtisadi cəhətdən
əlverişlidir.
2. Aktiv ildırımötürənlərin estetik görünüşü onların qoyulduğu
binalara yaraşıq verir.
3. Aktiv
ildırımötürənlər sadə kontruksiyaya malikdir,
quraşdırılması asandır.
4. Aktiv ildırımötürənlər ekstremal şəraitlərdə işləyə bilər.
5. Aktiv ildırımötürənlər avtonom olaraq, xarici qida mənbəyi
olmadan işləyə bilər.
Mənfi nəticələr kimi aşağdakılar qeyd edilə bilər.
1. Aktiv ildırımötürmə apsorbsiya olunmayıb.
2. Aktiv ildırımötürənlərin hesablama metodikası yoxdur.
3. Aktiv ildırımötürənlərin bəyan olunduğu mühafizə zonası
yoxlanıla bilməyib.
242
Do'stlaringiz bilan baham: |