MÜASIR QAZIMA QURĞULARINDA TƏTBIQ
OLUNAN ƏYLƏMƏ SISTEMLƏRININ TƏDQIQI
Magistr: Elmi rəhbər:
Tahirzadə Emil Naib oğlu prof. Ə.M. Əliyev
I kurs, qrup A4318
Maşın və mexanizmlərin hərəkətli bəndlərinin sürətini
azaltmaq, tənzimləmək və tam dayandırmaq üçün müxtəlif
əyləmə sistemlərindən istifadə olunur. Maşın intiqallarında
əyləmə sistemləri adətən mühərriklə ötürmə sistemləri arasında
yerləşdirilir. Belə olduqda az əyləmə momenti tələb
olunduğundan konstruksiyanın çəkisi və əndazə ölçüləri də
kiçik alınır. Belə ki, çoxsaylı fırlanan hissələri dayandırmaq
tələb olunmur. Lakin elə konstruksiyalar var ki, məsələn
qazıma
bucurqadları,
şaxta
qaldırıcıları,
addımlayan
ekskavatorlar və s., əyləc quruluşları aparılan valda yerləşdirilir
və bu halda əyləcə qədər olan bütün fırlanan bəndlərin kinetik
enerjisi dəf etmək tələb olunur. Daha çox əyləmə momenti
tələb olunduğundan konstruksiyanın ölçüləri və çəkisi böyük
alınır.
Əyləmə quruluşlarını seçərkən üç əsas məsələyə diqqət
yetirmək lazımdır:
1) Tutub – saxlama əyləcləri. Yükqaldırıcı quruluşlarda
yükü asılı halda saxlamaq və onun yerini dəyişdirmək tələb
olunur. Qazıma bucurqadlarında baltaya oxboyu yük verərək
qazımanı davam etdirmək, endirib-qaldırma əməliyyatı zamanı
boru kəmərini asılı halda saxlamaq tələb olunur. Statik şəraitdə
belə əyləcləri tətbiq etmək üçün əyləc diskinin xarici səthinin
çirklənməsinin mümkünlüyünü, əyləc kündələri səthinin hava
axını ilə soyudulmasının kifayət etməsini, kündənin
materialından asılı olaraq təhlükəsizlik əmsalının qənaətbəxş
olmasını və digər tələbləri dəyərləndirmək lazımdır.
2) Dinamiki və qəza əyləcləri. Dinamiki rejimdə əyləclər
212
maşının bütün hərəkətli hissələrinin dayandırmalıdır. Əksər
hallarda bu funksiya tutub-saxlama funksiyası ilə birləşdirilir.
Bu halda əsas hesablamalar işçi temperaturun, enerjinin
yayılmasının və kündələrin gözlənilən istismar müddətinin
dəyərləndirilməsi üçün aparılır.
3) Fasiləsiz təsirli dartı əyləcləri. İstehsalatın tələblərinə
görə bəzən fasiləsiz burucu moment, yaxud avadanlıqdan
keçən materialın gərilməsi təmin olunmalıdır. Misal olaraq
dartı hesablamalarını göstərmək olar. Belə hallarda zəmanət
üçün əyləc kündələrinin xidmət müddətinin müvafiq olması
əsas tələb kimi qarşıya qoyulmalıdır.
Əyləcləri seçdikdə əyləmənin hesablanması əsas mərhələ
hesab olunur. İlk növbədə əyləmənin aşağıdakı göstəriciləri
müəyyən olunmalıdır: sıxma qüvvəsi; əyləmə qüvvəsi; əyləmə
momenti.
Əyləmə üçün aparılan hesablamaların əsasında
aşağıdakılara zəmanət verilməlidir:
dayanmış vəziyyətdə yükü asılı halda saxlamaq üçün kifayət
qədər əyləmə momentinə malik olmalı;
dinamiki dayanmalarda yaranan enerjinin paylanması əyləc
kündələrinin işçi oblastı üçün məqbul olmalı;
əyləc diskinin işçi temperaturu əyləmənin zəifləməsinin və
məhsuldarlığın azalmasının qarşısını almaq üçün nəzarət
olunmalıdır.
Do'stlaringiz bilan baham: |