186
kompozisiya materiallarının hazırlanması günün aktual
problemlərindəndir. Bu məqsədlə nisbətən ekoloji cəhətdən
təmiz olan rezorsin-formaldehid oliqomerini tərkibində azot
olan üzvi birləşmələrlə modifikasiya etməklə onun çatışmayan
cəhətləri aradan qaldırılmış və əsas fiziki-kimyəvi, fiziki-
mexaniki və istismar göstəriciləri yüksəlmişdir.
Rezorsin-formaldehid
oliqomerinin tərkibində olan
formaldehidin miqdarını azaltmaq üçün istifadə olunan
modifikatorun miqdarı 0,1- 0,3 mol nisbətində götürülmüşdür.
Nəticədə sərbəst rezorsinin və formaldehidin miqdarı ~ 3-5
dəfə azalmışdır. Yumuşalma temperaturu 60°C-dən 105°C-ə,
sıxlığı 1150 kg/m
3
-dən 1280 kg/m
3
kimi , yapışqanlıq
möhkəmliyi 1,75 MPa-dan 2,4 MPa –la qədər yüksəlmişdir,
Vikə görə istiliyə davamlığı isə 108 °C-dən 126°C-ə qədər
yüksəlmişdir.Modifikasiya
olunmuş
rezolsin-formaldehid
oliqomerinin spektral analizində öyrənilmiş və məlum
olmuşdur ki, bu proses kimyəvi modifikasiya prosesidir (yəni
sopolikondensləşmə üsulu ilə reaksiya getmişdir)
Alınan yeni tərkibli oliqomerdən əlaqələndirici kimi
istifadə
etməklə,
ondan
örtük
kompozisiyası
hazırlanmışdır.Örtük kompozisiyası hazırlayarkan doldurucu
kimi alunilitin emalı prosesində tullantı kimi alınan boksit
şlamından istifadə olunmuşdur.Bu tullantı tünd qırmızı rəngli,
sıxlığı
⍴=3700 kg/m
3
olan dispers birləşmədir.Onun tərkibi
aşağıda göstərilən oksidlərin qarışığından ibarətdir(%-lə):
Fe
2
O
3
-48,75; Al
2
O
3
-75,56; MgO-5,0; SiO
2
-4,98; CaO-
1,32; SO
3
-1,616; Na
2
O+K
2
O-1,26 və uçucu maddələr-11,72.
Funksional qruplu monomerlə modifikasiya olunmuş
oliqomerdən əlaqələndirici kimi istifadə edərək alınan örtük
kompozisiyasının
texnoloji
göstəriciləri
modifikasiya
187
olunmamış rezolsin-formaldehid oliqomerinin texnoloji
göstəricilərindən 1,0-1,5 dəfə yüksək olmuşdur.
Örtük kompozisiyası hazırlamaq üçün əvvəlcə oliqomer
məhlulu hazırlanmış sonra tədricən toz halında olan doldurucu
(boksir şlanı) əlavə edilib və 50-60 dəqiqə müddətində bircinsli
məhlul
alınana kimi qarışdırılır.Örtük kompozisiyaası
təmizlənmiş metal səthə 2 lay (hər biri 50-55mkm olmaqla)
çəkilir.Sonra nümunələr 80-85°C-də 2 saat müddətində,
100°C–də isə 1,5-2saat müddətində saxlanılır.
Tədqiqat nəticəsində məlum olmuşdur ki,doldurucu kimi
istifadə olunan boksit şlamında olan oksidlərin miqdarının
kifayət qədər olması və oliqomerlə adsorbsiya əlaqəsi
yaratması
onun
korroziyaya
qarşı
davamlılığının
artmasına,eyni zamanda maya dəyərinin aşağı düşməsinə səbəb
olur.
Do'stlaringiz bilan baham: