1.R.X.Abdullayev , Ç.C. Mürşüdli, Q.Ə.Məmmədov–
2. H.F. Mirələmov, Q.Q. İsmayılov «Neftin, qazın boru
3. В.А.Рябов,П.М. Авдеенко–Эксплуатация и ремонт
37
NEFT VƏ NEFT MƏHSULLARININ DƏNİZDƏ (DƏNİZ
KÖRPÜLƏRİNDƏ) BOŞALDILMASI VƏ
DOLDURULMASINDA İSTİFADƏ EDİLƏN
AVADANLIQLARIN ETİBARLILIĞININ
ARTIRILMASI YOLLARININ TƏDQİQİ.
Magistr: Elmi rəhbər:
Cabbarov Məhəmməd İsmayıl oğlu dos. G. İ. İmanova
I kurs, qrup A2118
Neft və neft məhsullarının dəniz nəqliyyatından istifadə
edərək daşınması iqtisadi cəhətdən əhəmiyyətli və səmərəlidir.
Dəniz vasitəsi ilə daşınmanın əsas üstünlüyü – maya
dəyərinin aşağı olması və bir dəfəyə iri həcmlərin daşına
bilməsi ilə fərqlənir. [2]
Beləliklə neft və neft məhsullarının dəniz terminallarında
boşaldılması və doldurulmasında istifadə edilən avadanlıqların
etibarlılığı əsas təqdimat mövzusu olmaqla aktualdır.
Azərbaycanda neft və neft məhsullarının dəniz terminallarında
boşaldılması və doldurulması üçün neft tankerləri körpülərdə
qəbul olunurlar. Xəzər dənizində neft tankerləri əsasən 5000,
7000, 8000, 12000 və 13000 tonluq olurlar və körpülərdə
stenderlər və ya xortumlar vasitəsilə birləşdirilərək müvafiq
çənlərə boşaldılır. Hal-hazırda xəzər dənizindəki mövcud neft
körpülərinin konstruktiv quruluşu və körpü akvatoriyasındakı
suyun dərinliyi daha iri həcmli gəmilərin istifadə olunmasına
imkan vermir.
Çənlərdə yığılan neft və neft məhsulları nasoslar vasitəsilə
vaqonlara, təkrar gəmilərə və ya avtosisternlərə boşaldılaraq
təyinatı üzrə göndərilir. [1]
Təcrübə göstərir ki, neft terminallarında əsasən meydana çıxan
və iş prosesinin effektivliyinə təsir edən problemlər
aşağıdakılardır: [3]
a) stenderlərin fiziki aşınması.
38
Fiziki aşınmaya məruz qalmış hissələr təmir olunur. Əgər
şarnirlərdə sızmalar baş verirsə, kipləşdirici elementlər yenisi
ilə dəyişdirilərək hidravlik stenddə sınaqdan keçirilməlidir.
b) xortumlar maye sürtünməsindən və mexaniki təsirlərdən
aşına bilər.
Xortumlar təmirə yaramır, yalnız yenisi ilə əvəz oluna bilər.
c) siyirtmələrin təzyiq altında kipliyinin pozulması.
Əgər siyirtmələrin şiber-yəhər (pazvari) cütlüyündə aşınmalar
yüksək dərəcədədirsə onların kipləndirici elementlərlə birlikdə
əvəz olunması vacibdir. Siyirtmələr təmirdən sonra hidravlik
stenddə müvafiq yoxlama təzyiqinə məruz qalmalıdır, adətən
işçi təzyiqin 1.25-1.5 misli qədər. İşçi təzyiq layihə institutları
tərəfindən adətən 16 atmosferə qədər təyin olunur.
d) körpüdə olan borularda təzyiq altında sızmalar müşahidə
olunur.
Sızmalar qaynaq tikişində olarsa həmin qaynaq təmir edilir,
texnoloji borudadırsa defektoskopiya olunur və qalınlıqlar
layihə üzrə verilən normadan aşağı olduqda həmin hissə
dəyişdirilir.
e) vaqon doldurma stenderlərində şarnirlərin sıradan çıxması,
hermetikliyin pozulması və mexaniki aşınmalar.
Şarnirlər təftiş olunduqda yeyilmənin çox olması onun əvəz
olunmasına, kipkəclər sıradan çıxmışsa dəyişdirilərək hidravlik
olaraq müvafiq təzyiqə yoxlanılmalıdır.
Do'stlaringiz bilan baham: