Fəsil 3.Biznes-planın düzgün qiymətləndirilməsi
Biznes-planın reallaşması mərhələsi vəsaitin yönəldilməsi, qəbul ediləndən kommersiya prosesi başlayana qədər olan dövrü əhatə edir. Bu bölmədə ilk növbədə biznes-planın məqsədi bir daha vurğulanmalı və onun reallaşma pilləsinin aşağıdakı istiqamətlərdə açıqlanması məsləhədir. Bu zaman reallaşma: şəbəkə planlaşdırılması və kompyuter texnikasından istifadəyə və alternativ reallaşma variantlarının seçilməsi istiqamətində aparılmalıdır. Onlara nail olmaq üçün reallaşma qrafikinin tərtib edilməsi, onlara riayət edilməsi vajibdir. Həmin bölmədə əsas diqqət ayrılmış vəsaitdən düzgün istifadə olunmasına yönəldilməsidir.
Biznes-planın reallaşması dedikdə – onun tərtib edildiyi firma üçün xarakterik olan bütün daxili və ondan kənar işçi tapşırıqlarının yerinə yetirilməsi başa düşülür, daha doğrusu, işgüzar biznes-planın layihə pilləsindən real istehsalat pilləsinə keçirilməsidir. Reallaşajaq biznes-layihənin və onun üçün lazım olan vəsaitin planlaşdırılması özündə bir neçə məsələləri cəmləşdirilir.
Onlara:
- layihəni tətbiq etmək üçün firmada və ondan kənar işgüzar məsələlərin müəyyən edilməsi;
- biznes-planı reallaşma pilləsində reallaşmağa 3 addım;
- şəbəkə planlaşdırılması və kompyuter texnikasından isçtifadə;
- reallaşdırmanın alternativ metodları və s. istiqamətlərdən geniş istifadə edilməlidir. Biznes-planın effektiv reallaşması metodunun seçilməsi prosesinə baxaq.
Şəkil 7. Yeni layihənin reallaşması metodlarının hazırlanması
Hər bir təşkilat yalnız daxili imkanlara və xarici perspektivlərə uyğun dəyişikliklərə reaksiya verir, belə ki, hər cür informasiyaların yararlı və yararsız məlumatları olur.
Nəzərdə tutulan düzəlişin yararlığı, yaxud dəyərliyi onun istifadə olunma məqsədi ilə bağlı müəyyən edilir. Biznes-layihənin dəyəri onunla müəyyən edilir ki, təqdim olunan layihə praktiki olaraq nə dərəcədə reallaşa bilər, bu layihəyə uyğun olaraq biznesi dəyişdirmək imkanı varmı.
Müəssisənin yeni inkişaf səviyyəsinə keçirilmə prosesini zəncirvari: yenidənqurma → uyğunlaşma → təcrübə → yeni yaranma çərçivədə təşkilatın daxili prioritetlərinin dəyişilməsi mərhələləri sistemi başa düşmək lazımdır.
Bu proses firma haqqında genişlənmiş informasiya spiral üzrə inkişafla ifadə olunur.
1. Prosesdə məşğul olanların hamısının hərəkətlərini əlaqələndirmək.
2. Əsas mərhələlərin yerinə yetirilməsində prioritetləri ayırmaq.
3. Planlaşdırılan fəaliyyətin əsas elementlərini konkretləşdirmək.
4. Aparılan biznesin dəyişikliyinə reaksiyanı kəmiyyətcə hesablamaq.
5. Gələcək inkişafın bazası sifətilə qazanılan təcrübəni qiymətləndirmək.
6. Yeni inkişaf konsepsiyası işləyib hazırlamaq və onu praktiki təcəssüm şəraitinə uyğunlaşdırmaq.
Bu cür yanaşmanın səmərəliliyi dünya təcrübəsində artıq təstiqlənib. «Biznes-plan» anlayışı ilə «müəssisənin potensialı» və «rəqabət qabiliyyətli» anlayışları sıx əlaqəlidir. Bu anlayışlar bazarda müəssisənin imkanını, onlardan istifadə dərəcəsini və keyfiyyətini müəyyən edir. Rəqabət qabiliyyətinə nail olunması biznes-planın reallaşması sayəsində müəssisə potensialının reallığa çevrilməsi nəticəsində mümkündür.
Do'stlaringiz bilan baham: |