Marketinq planı. Marketinq–xarici investorun imkanlarının istehlakçıların tələblərinə uyğunlaşdırılması prosesidir. Bu prosesin yüksək səviyyədə həyata keçirilməsi, istehlakçıların tələblərini təmin etməyə və xarici investorun gəlir əldə etməsinə zəmanət verir.
Marketinq planı hazırlanarkən axrici investorun fəaliyyətinin bazarın tələblərinə uyğunlaşdırılması təmin edilməli, mümkün olan bütün vasitələrlə (keyfiyyət, reklam, qiymət və s.) bazara və istehlakçıya aktiv təsir göstərilməsi yolları əks olunmalıdır.
Marketinq planı, özü-özlüyündə çoxlu sayda sualların cavablandırılmasını tələb edir. Lakin Biznes-planın Marketinq planına bütün xırdalıqların daxil edilməsi vacib deyil. Burada Biznes-planın əsas məqsədindən irəli gələn ən maraqlı amillərin əks olunması kifayətdir.
Şəkil 3.Marketinq araşdırmasının ümumi sxemi
Do'stlaringiz bilan baham: |