İyul 2015 34 qəzetə maliyyə yardımı (Siyahı)


Sahibkarlar necə çəkişir?



Download 1,58 Mb.
bet3/4
Sana08.05.2017
Hajmi1,58 Mb.
#8492
1   2   3   4



Sahibkarlar necə çəkişir?


06.07.2015

bekir-nerimanoglu
        Bəkir Nərimanoğlu

Azərbaycanda mübahisələrin alternativ həlli üsulları geniş tətbiq olunmur. Qanunvericilikdə alternativ həll üsulları nəzərdə tutulub, lakin onlardan istifadə azdır. Məsələn, Əmək Məcəlləsinin 265-ci maddəsi kollektiv əmək mübahisələrinin bu barışdırıcı üsullarını təsbit edir:

- razılaşdırıcı komissiya;

- vasitəçi;

- əmək arbitrajı.

Həmin maddədə nəzərdə tutulur ki, tərəflər bu üsulların birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə gətirəcək digər üsuldan istifadə edilməsi barədə razılığa gələ bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilir. Tərəflərin nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə borcludur.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatında deyilir ki, Əmək Məcəlləsinin 266-cı maddəsinə əsasən, razılaşdırıcı komissiya kollektiv əmək mübahisəsinin başladığı vaxtdan etibarən 3 iş günü müddətində yaradılır və işəgötürənin müvafiq əmri (sərəncamı, qərarı) və işçilərin nümayəndələrinin qərarı ilə rəsmiləşdirilir. Razılaşdırıcı komissiya bərabər hüquqlu əsasda tərəflərin sayca bərabər nümayəndələrindən təşkil edilir.

Kollektiv əmək mübahisəsinə razılaşdırıcı komissiya tərəfindən onun yaradıldığı gündən 5 iş günü müddətində baxılmalıdır. Razılaşdırıcı komissiyada tərəflər qarşılıqlı razılığa gəldikdə bu barədə protokol tərtib edilir. Əldə edilmiş razılıq tərəflər üçün məcburidir və protokolda nəzərdə tutulmuş müddətdə icra olunmalıdır. Razılıq əldə edilmədikdə fikir ayrılığı haqqında protokol tərtib edilir.

Əmək Məcəlləsinin 267-ci maddəsi kollektiv əmək mübahisəsinə vasitəçinin iştirakı ilə baxılmasını nəzərdə tutur. Həmin maddəyə əsasən, vasitəçi tərəflərin qarşılıqlı razılığı ilə mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı və nüfuzlu şəxslərdən müəyyən edilir. Vasitəçi işəgötürəndən kollektiv əmək mübahisələrinə aid olan lazımi sənədləri və məlumatları tələb etmək hüququna malikdir. Vasitəçi təyin edildikdən sonra 5 iş günü müddətində müəssisənin iqtisadi vəziyyətini, kollektiv danışıqlar üçün yaradılmış komissiyanın protokollarını, tərəflərin təkliflərini, habelə zəruri olan digər sənədləri təhlil edib tərəflərin mövqelərinin barışdırılması variantlarını hazırlayır. Hazırlanmış variantlar dərhal tərəflərə təqdim edilir. Tərəflər 5 iş günü müddətində vasitəçinin iştirakı ilə təklif olunan variantları müzakirə etməlidir. Təklif olunmuş variantlardan hər hansı biri bəyənildikdə mübahisə həmin variant əsasında həll olunmuş hesab edilir və bu barədə protokol tərtib olunur. Təklif olunmuş variantlardan heç biri qəbul edilmədikdə fikir ayrılığı haqqında protokol hazırlanır.

Əmək Məcəlləsinin 268-ci maddəsi kollektiv əmək mübahisəsinə əmək arbitrajında baxılmasını nəzərdə tutur. Əmək arbitrajı kollektiv əmək mübahisəsinin həlli üçün yaradılan müvəqqəti orqandır. O, kollektiv əmək mübahisəsinin əmək arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır. Əmək arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədrini arbitrlər öz sıralarından seçir. Əmək arbitrajının tərkibinə mübahisənin nəticəsində marağı olmayan şəxslər, icra hakimiyyəti, bələdiyyə orqanlarının nümayəndələri, hüquq, əmək və sosial məsələlər üzrə mütəxəssislər və digər şəxslər daxil edilə bilərlər. Tərəflər əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gələ bilərlər.

Əmək arbitrajında kollektiv əmək mübahisələrinə baxılma müddəti 7 iş günündən çox olmamalıdır. Əmək arbitrajı mübahisəyə aid olan lazımı sənədləri və məlumatları almaq hüququna malikdir. Qərar səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir. Əmək arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlinibsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.

Mülki prosessual qanunvericilik də mülki mübahisələrin həllində alternativ üsullardan istifadə imkanlarını nəzərdə tutur. Belə ki, Mülki Prosessual Məcəllənin (MPM) 14.3-cü maddəsində deyilir ki, məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.

MPM-in 191-ci maddəsi barışıq sazişi ilə bağlı bir sıra məsələlərə (sazişin rəsmiləşdirilməsi qaydası, nəticələri və s.) aydınlıq gətirir. Maddədə göstərilir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmədə təsdiq edildikdə və ya tərəflərin barışıq sazişi təsdiqləndikdə məhkəmə bu barədə qərardad çıxararaq iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir.

MPM tərəflərin münsiflər məhkəməsinə müraciət imkanını da tanıyır. 183-cü maddədə qeyd olunur ki, sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, habelə tərəflərə mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə müraciət etmək hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir.

MPM-in 152-ci maddəsinə görə, müəyyən kateqoriya işlərdə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Sahibkarliq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqinda” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il qərarında pretenziya qaydası ilə bağlı aşağıdakılar qeyd olunur: “İzah edilsin ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması qaydası tərəflər arasında mübahisə doğuran müqavilədə və yaxud qanunvericilikdə müəyyən edilə bilər. Digər hallarda mübahisənin məhkəməyə qədər həllinin tələb olunması şəxslərin məhkəməyə müraciət etmək hüququnun pozulması kimi qiymətləndirilir. Qeyd edilsin ki, iqtisad məhkəmələri müqavilələr üzrə ixtilaflardan (müqavilə qabağı mübahisələr) doğan mübahisələrə yalnız qanunvericilikdə göstərilən və tərəflərin razılığı ilə müəyyən edilən hallarda baxılır”.

Pretenziya qaydası mübahisənin danışıqlar yolu ilə nizama salınmasına imkan yaradır. Ümumiyyətlə, təcrübədə mübahisələrin danışıqlar yolu ilə həlli təşəbbüsləri digər alternativ üsullara nisbətən daha geniş tətbiq olunur. Tərəflər arasında bağlanan müqavilələrin əksəriyyətində fikir ayrılıqlarının birbaşa danışıqlar vasitəsilə aradan qaldırılması imkanı nəzərdə tutulur.

Ümumiyyətlə, bir sıra hüquqi mexanizmlər və institusional vahidlər (Vergi Apellyasiya Şurası, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi və s.) olsa da, Azərbaycan təcrübəsində mübahisələrin alternativ həlli üsullarından istifadəni yetərli hesab etmək olmaz. Bunun əsas səbəblərini belə qruplaşdırmaq olar:

- mübahisələrin alternativ həll üsullarının tətbiqini təmin edən zəruri hüquqi mexanizmlər yoxdur;

- mübahisələrin alternativ həlli ilə bağlı ənənə formalaşmayıb;

- mübahisələrin həllinin alternativ üsullarının mahiyyəti və əhəmiyyəti haqqında sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsi yetərli deyil;

- sahibkarlıq münasibətlərinin inkişafına mane olan hallar (bürokratik əngəllər, inhisarçılıq və s.) tam aradan qalxmayıb.

İTYİB-nin eksperti Abil Bayramov deyir ki, ilk olaraq “Münsiflər məhkəməsi haqqında” qanun qəbul edilməlidir: “Mübahisələrin münsiflər məhkəməsi vasitəsilə həllinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulsa da, ondan təcrübədə istifadə olunmur. Bunun əsas səbəblərindən biri də münsiflər məhkəməsi ilə bağlı reqlamentləşdirici hər hansı sənədin olmamasıdır. Bu baxımdan münsiflər məhkəməsinin təşkili və fəaliyyət qaydasını tənzimləyən qanunun qəbuluna ehtiyac var. Qeyd edək ki, postsovet məkanına daxil olan ölkələrin bir çoxunda (Ukrayna, Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Qırğızıstan və s.) belə qanun mövcuddur”.

Ekspert həmçinin “Mediasiya haqqında” qanunun qəbul edilməsini önəmli sayır: “Təcrübə göstərir ki, bizdə sahibkarlıq subyektlərinin tərəf olduqları mübahisələrin yaranmış münaqişədə marağı olmayan, qərəzsiz və neytral üçüncü tərəfin iştirakı ilə həllinə kifayət qədər təşəbbüs göstərilmir. Bunun əsas səbəblərindən biri mübahisələrin alternativ həll üsulları ilə bağlı məlumatsızlıqdırsa, digər mühüm səbəb isə həmin üsulların, xüsusilə də mediasiya prosedurunun həyata keçirilməsi qaydalarını tənzimləyən normativ sənədin olmamasıdır. Qeyd olunduğu kimi, artıq bir sıra dövlətlərdə mediasiya haqqında qanunlar qəbul edilib və uğurla tətbiq olunmaqdadır. Son illərin tendensiyası onu göstərir ki, mübahisələrin neytral vasitəçinin köməyi ilə həllinə daha çox üstünlük verilməkdədir. Azərbaycanda da mediasiya prosedurunun hüquqi tənzimlənməsi məqsədilə mediasiya haqqında qanunun qəbuluna ehtiyac var”.

Abil Bayramov qeyd edir ki, mediatorların hazırlığı istiqamətində xüsusi proqramlar hazırlanmalı və həyata keçirilməlidir: “ Mediasiya haqqında qanunun qəbulu ilə yanaşı mediatorların hazırlığı da xüsusi əhəmiyyət kəsb edir. Çünki uğurlu vasitəçilik üçün mediatorların xüsusi bacarıqlara malik olması zəruridir. Mediatorların hazırlığına yönəlmiş müəyyən təşəbbüslər olsa da (məsələn, Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin təsisçiliyi ilə 2008-ci ildə yenidən təşkil edilən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin təşəbbüsləri), bu istiqamətdə daha ardıcıl və sistemli fəaliyyətə ehtiyac var. Bunun üçün müvafiq dövlət orqanları ilə sahibkar birliklərinin əməkdaşlığı zəruridir.

Mübahisələrin həllinin alternativ üsulları ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlılığı yetərli deyil. Alternativ üsullara az müraciət edilməsinin əsas səbəblərindən biri budur. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsi aşağıdır. Bu problemin həlli üçün Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və digər qurumların əməkdaşlığı çərçivəsində maarifləndirmə proqramlarının hazırlanması və həyata keçirilməsi məqsədəuyğun olardı”.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu zaman mübahisələrin hansı təşkilatlar arasında olması əhəmiyyətli rol oynayır: “Əgər mübahisə özəl qurum və dövlət şirkəti arasında yaranıbsa, o halda ilk növbədə dövləti şirkətinin tabe olduğu dövlət orqanları ilə müzakirələr başlamalı və danışıqlar yolu ilə məsələnin həllinə çalışılmalıdır. Özəl şirkətlər arasında olan mübahisələrə gəlincə, onların məhkəmədən qabaq həllinin əsas yolu ikitərəfli danışıqlardır. Bu istiqamətdə nəticə olmazsa, o halda onlar üzv olduğu sahibkarlıq assosiasiyasına müraciət etməli və həmin birliyin hüquqşünasları ilə üçtərəfli danışıqlara başlamalıdır. Belə olanda da nəticə alınmazsa, təbii ki, yeganə həll yolu məhkəmədir.

Ümumiyyətlə, sahibkarların birliklərdə təşkilatlanması belə mübahisələrin həllinə də töhfə ola bilər. Bəzən problemlərin hüquq müstəvisində həlli mümkün olur. Bu halda həmin birliklərin hüquqşünasları arbitr rolu oynaya bilərlər”.

Milli Məclisin üzvü Əli Məsimli də bildirir ki, bir sıra müqavilələrdə buna bənzər məqam nəzərdə tutulur:”İşlək mexanizm hazırlayıb bizdə də tətbiq dairəsini genişləndirmək və yalnız danışıqlar dalana dirənəndə son hal kimi məhkəmədən istifadə etmək olar”.

Hökumətdə ixtisar (Ekspertlər təklif edir)

06.07.2015



hokumetTransparency.az-da getmiş “Hökumətdə portfel sayı: Azərbaycanda və qonşularda” yazısında qeyd olunduğu kimi, Azərbaycan hökuməti qonşu ölkələrlə müqayisədə çox şişib. Rusiyada hökumət 32 nəfərdən, Gürcüstanda 20 nəfərdən, Ermənistanda 25 nəfərdən təşkil olunub. Azərbaycanın Nazirlər Kabinetində isə 37 qurum var. Baş naziri və onun müavinlərini də nəzərə alanda Nazirlər Kabineti 43 nəfərlikdir.

Hökumətdə struktur islahatları aparılması, dövlət qurumlarının sayının azaldılması zaman-zaman müzakirə mövzusu olub. İlin əvvəlində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi bu sahədə gözləntiləri artırıb. Transparency.az-a danışan Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, çıxış yolu effektiv hökumət qurmaqdır: “Minimum resurslarla maksimum nəticələr əldə etməyi bacaran hökumət effektiv hökumət hesab edilir. Yüksək funksionallığa, sayca məhdud təsisatlara və məmur aparatına malik, çox az məbləğdə büdcə vəsaitləri hesabına saxlanılması mümkün olan hökumət modeli effektiv hökuməti formalaşdırmaq üçün başlıca şərtdir. Belə hökumətdə nazirliklər yalnız siyasi tənzimləmə vəzifələrini həyata keçirəcəklər.

Effektivlik göstəricisi nə qədər çox pul xərclənməsi deyil, xərclənən pullardan cəmiyyətin hər bir üzvünün nə dərəcədə töhfə görməsidir. REAL-ın təklif etdiyi effektiv hökumət nəticəli büdcə mexanizmlərinə keçid sayəsində təmin olunacaq. Nəticəli büdcə mexanizmi hökumətin hər bir strukturu üçün dəqiq işlənmiş strateji hədəflərin və bu hədəflərə uyğun fəaliyyətlər üzrə büdcə ehtiyaclarının müəyyən olunmasını, büdcə sifarişçisi olan hər bir hökumət təsisatının parlament qarşısında fərdi hesabatlılığını ehtiva edir. Bununla dövlət işinin cazibəsi və səmərəliliyi artırılacaq.

Effektiv hökumət modelində dövlət məmurlarının maaşı özəl sektorda mövcud olan ən yüksək adekvat əmək haqlarına uyğunlaşdırılacaq, məmurlar tam sosial sığorta paketi ilə təmin ediləcək. Elektron hökumətin qurulması sürətləndiriləcək, bu yöndə xidmətlərin miqyası genişləndiriləcək. Dövlət satınalmaları, dövlət maliyyəsinin formalaşması və istifadəsi, hökumət qurumlarının fəaliyyəti və qərar qəbuletmə üzrə detallı məlumatlar şəffaf və internetdə əlçatan olacaq. Şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq təşəbbüslərdə iştirakın effektiv nəticələr verməsi üçün müvafiq hüquqi baza yaradılacaq. Korrupsiyanı yaradan səbəblər, normativ hüquqi bazadakı boşluqlar aradan qaldırılacaq. Kölgə iqtisadiyyatının və ikili mühasibatın ləğvi üçün ciddi mübarizə aparılacaq”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması üçün institusional islahatların və struktur islahatlarının aparılmasını vacib sayır: “Son illər Azərbaycanda idarəetmə strukturunun dəyişməsinə yönələn islahatlar aparılmır. Struktur islahatlarının aparılmaması bürokratik aparatın şişməsinə, korrupsiya imkanlarının genişlənməsinə zəmin yaradıb. O baxımdan korrupsiyaya qarşı mübarizənin ciddi şəkildə aparılması məqsədilə idarəetmə aparatında islahatlara ehtiyac var. Yalnız bu islahatları aparmaqla korrupsiyaya qarşı mübarizəni gücləndirmək mümkündür”.

Vüqar Bayramovun fikrincə, idarəetmə aparatının səmərəliliyinin qorunması, bürokratik əngəllərin və korrupsiya hallarının qarşısının alınması üçün bəzi dövlət qurumları birləşdirilməli, bəzi idarələrə isə müstəqil dövlət qurumu statusu verilməlidır: “İslahatlar nəticəsində “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilərək onların bazasında Dövlət Su Agentliyinin yaradılmasını, “Azərenerji”nin Dövlət Neft Şirkətinə birləşdirilməsini, Dövlət Gömrük Komitəsinin ləğv edilərək Vergilər Nazirliyinin tərkibində idarə formasında fəaliyyət göstərməsini, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilərək İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibinə verilməsini, Dövlət Sosial Müdafiə Fondunun ləğv edilərək departament şəklində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsini, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibindəki Antiinhisar Departamentinin nazirlikdən ayrılmasını, onun bazasında Rəqabətin Müdafiəsi Agentliyinin yaradılmasını təklif edirik.

Energetika Nazirliyinin ləğv edilərək funksiyalarının bir qisminin Neft Şirkətinə verilməsini, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyinin bazasında Yanacaq Energetika Departamentinin yaradılmasını irəli sürürük. Sahibkarlıq subyektləri və əhali ilə daha çox işləyən nazirliklərdə müşahidə şuraları yaradılmalıdır. Həmin şuraların tərkibinə yalnız dövlət qurumlarının deyil, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri daxil edilməlidir”.

Daşınmaz əmlak bazarı: kim nə alır?

08.07.2015

rasad aliyev
                        Rəşad Əliyev
  “Value and Sources” konsaltinq şirkəti

Daşınmaz əmlak bazarındakı alıcılar həmişə müxtəlif məqsədlər güdürlər. Bazardakı durum onların strategiyasına heç də eyni cür təsir etmir.



İlk dəfə mənzil alanlar

Bazardakı aşağı qiymətlər ilk dəfə mənzil alanlara sərfəli olmalıdır. Bu belədir, ancaq kifayət qədər pulu olanlar üçün. Başqaları üçün isə vəziyyət ürəkaçan deyil. Çünki bazarda qiymətləri aşağı salan amillərdən biri də məhz ucuz kredit resurslarına əlçatanlığın çətinləşməsidir. Bu çətinlikləri yaradan səbəblər sırasında ipoteka kreditləri üzrə ilkin ödəniş faizinin yüksək olmasını (elə banklar var ilkin ödənişi 40 faizə qaldırıb), bəzi kommersiya banklarının həyata keçirdiyi ipoteka proqramlarını dondurmasını göstərmək olar.



Ev şəraitini yaxşılaşdıranlar

Bazarda bu cür alıcılar çoxluq təşkil edir. Qiymətlər aşağı düşəndə onların “bayram”ı olur. Çünki satmaq istədikləri evlə almaq istədikləri evlər arasında qiymət fərqi azalır. Məsələn, əgər əvvəl istədiyi evi almaq üçün satdığı evin üstünə 50 min manat qoyurdusa, qiymətlər düşəndən sonra əlavə edəcəyi məbləğ 35-40 minədək azalır. Bu cür strategiya bütün hallarda uğurludur və demək olar ki, itkisizdir. Çünki ucuzlaşma davam edəndə də bu cür alıcılar çox az itirir, belə ki, aldığı ev qiymətdən düşürsə, deməli, əvvəl satdığı ev də qiymətdən düşür.



Gələcəkdə əmlakı satmaq üçün alan investorlar

Keçən ilin yayından bəzi investorlar ucuzlaşma tendensiyasından ehtiyatlanıb əmlaklarını satırdılar. Qiymətlər xeyli düşdüyündən hazırda əmlak satmaq onlara sərf etmir. Qiymətlər aşağı olanda investorlar bazarda ən aktiv alıcıya çevrilirlər. İndi bazarda investorlar xeyli azdır. Belə hesab olunur ki, onlar gözləmə mövqeyindədirlər. Bəzi investorlar həqiqətən də gözləyir. Ancaq nəzərə almaq lazımdır ki, daşınmaz əmlakla bağlı əməliyyatlara vergi nəzarəti güclənib, ona görə investorların çoxunun  bazara yenidən qayıdacağı sual altındadır.



İcarə gəliri əldə etmək üçün əmlak alan investorlar

İndi bazarda gəlirlilik (icarə haqqının əmlakın bazar dəyərinə olan nisbəti) əmlakın növündən və təyinatından asılı olaraq 4-6 faiz təşkil edir. Deməli, icarə gəliri əldə etmək üçün əmlak alan investorlara bazara daxil olmaq bir qədər sərfəlidir. Ancaq son zamanlar, bayaq dediyimiz kimi, vergi nəzarətinin gücləndirilməsi həmin əmlakın gələcəkdə sərfəli şəkildə satıla biləcəyini sual altına qoyur. Bu isə icarə gəliri əldə etmək üçün əmlak alan investorların bazara marağını xeyli azaldıb.



Gələcək tələbatı ödəmək üçün mənzil alanlar

Bu cür alıcılar uzaq gələcəkdə istifadə üçün (məsələn, övladları üçün) daşınmaz əmlak əldə edənlərdir. Son zamanlar belə alıcıların sayı azalmağa başlayıb. Bunun səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Biri də bazarın “doyması” (yəni alan alıb, satan satıb) mülahizəsidir. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində vətəndaşların əksərinin mənzil şəraiti standartlara cavab vermir (köhnə evlər, “xruşşovka”lar və s.), paytaxtda keyfiyyətli mənzil azdır. Deməli, imkanı olanlar daim keyfiyyətli və standartlara cavab verən mənzillər almağa maraq göstərəcək. Buna görə də ev almaq istəyəndə keyfiyyətli mənzil almağa üstünlük verin.

20 ildə Azərbaycanda ABŞ dollarının məzənnəsi necə dəyişib (Arayış)

08.07.2015



538610_44725Transparency.az saytı son 20 ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin necə dəyişdiyinə dair arayış hazırlayıb.

Arayışdan bəlli olur ki, 2015-ci ilin iyul ayına olan kurs 20 ilin uyğun dövrləri arasında ən yüksək göstəricidir. Yəni son 20 ildə Azərbaycanda dollar heç vaxt indiki qədər baha olmayıb.

Məsələn, 1995-ci ilin iyul ayında 1 ABŞ dolları 4465 manata satılıb. 1 yanvar 2006-cı ildə Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparıldığını nəzərə alsaq, 4465 manat 89 qəpik edir. Deməli, indiki pulla götürsək, 1995-ci ilin iyul ayında 1 ABŞ dolları 89 qəpik olub.

1996-cı ilin iyul ayında 1 ABŞ dolları 4304 manat olub ki, bu da indiki pulla 86 qəpik edir.

1997-ci ildən Azərbaycanda dollar ucuzlaşmağa başlayıb. Həmin ilin iyulunda 1 ABŞ dolları 3970 manat (indiki pulla 79 qəpik), 1998-ci ilin iyulunda isə 3862 manat (77 qəpik) olub.

1999-cu ildən dollar yenidən bahalaşıb. Həmin ilin iyul ayında 1 ABŞ dolları 4250 manat (85 qəpik), 2000-ci ilin iyulunda 4475 manat (89 qəpik), 2001-ci ilin iyulunda 4651 manat (93 qəpik), 2002-ci ilin iyulunda 4877 manat (97 qəpik), 2003-cü ilin iyulunda 4922 manat (98 qəpik), 2004-cü ilin iyulunda 4907 manat (98 qəpik), 2005-ci ilin iyulunda 4704 manat (94 qəpik) olub.

2006-cı ilin yanvarından Azərbaycan manatında 5000:1 nisbətində denominasiya aparılıb, yəni əvvəlki 5000 manat yeni pulla 1 manat olub. Həmin vaxtdan 1 ABŞ dollarının kursu aşağıdakı kimi dəyişib:

2006-cı il, iyul: 1 ABŞ dolları — 0.8941 manat

2007-ci il, iyul: 1 ABŞ dolları — 0.8553 manat

2008-ci il, iyul: 1 ABŞ dolları — 0.809 manat

2009-cu il, iyul: 1 ABŞ dolları — 0.8043 manat

2010-cu il, iyul: 1 ABŞ dolları — 0.8036 manat

2011-ci il, iyul: 1 ABŞ dolları — 0.7869 manat

2012-ci il, iyul: 1 ABŞ dolları — 0.7856 manat

2013-cü il, iyul: 1 ABŞ dolları — 0.7844 manat

2014-cü il, iyul: 1 ABŞ dolları — 0.7844 manat.

Göründüyü kimi, denominasiyadan sonra dolların kursu aşağı düşməyə başlayıb. 2006-cı ilin iyulunda 89 qəpik olan 1 ABŞ dolları 2007-ci ilin iyulunda 85 qəpiyə, 2008-ci ilin eyni ayında isə 80 qəpiyə enib. 2009-2010-cu illərdə dolların kursu təxminən bu səviyyədə qalıb. Sonradan daha da aşağı düşərək 2011-2014-cü illərdə təxminən 78 qəpik olub.

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.

2015-ci ilin iyul ayında 1 ABŞ dolları 1 manat 4 qəpikdən bahadır. Son 20 ildə nə denominasiyaya qədər, nə də denominasiyadan sonra dollar belə baha olmayıb.

Azərbaycan manatı 1992-ci ilin avqustunda dövriyyəyə buraxılıb. 1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat:10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunub. 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat 5000 köhnə manata bərabər tutulub. 2007-ci il yanvarın 1-dən yeni manata tam keçid təmin edilib.


Download 1,58 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish