25.Proqramların quraşdırılması və ləğvi. Quraşdırıcı proqramın icrası üçün müxtəlif üsullar var. 1. Əgər proqram kompakt diskdən quraşdırılırsa, o halda həmin disk daşıyıcıya yerləşdirilən kimi avtomatik olaraq oxunur. Bu zaman açılan pəncərədə quraşdırıcı proqramın icra olunma variantı seçilir. 2. Əgər bu və ya digər səbəbdən proqramın avtomatik quraşdırılmasına başlanmırsa, Computer pəncərəsində həmin diskin işarəsi üzərində mausun sol düyməsi ikiqat basılır. Lakin bu dəfə də bu proses baş tutmadıqda kompakt diskin məzmunu əks olunan pəncərə ekrana çıxır. Bu halda Setup.exe və ya Ġnstall.exe üzərində mausun sol düyməsi ikiqat basılır və bununla da quraşdırıcı proqram əl ilə icra olunur. Analoji qayda ilə quraşdırıcı proqramı bərk diskdə saxlanılan qovluqdan da icra etmək olar. 3. Adətən İnternetdən yüklənən proqram bir fayldan ibarət olur və onun üzərində mausun sol düyməsi ikiqat basıldıqda quraşdırıcı proqram icra olunur. Yuxarıda deyildiyi kimi, bəzi hallarda bu proqram faylı arxivdə yerləşir . Proqramların ləğvi.Adətən proqramların köhnə versiyasını onun yenisi ilə əvəz etmək üçün və ya lazımsız proqramların artıq yaddaş oblastı tutmaması üçün onları ləğv etmək lazım gəlir. Proqramların ləğv edilməsində Proqramlar və komponentlər xüsusi xidmətindən istifadə edilməlidir. Bunun üçün Computer qovluğunun pəncərəsi açılır və alətlər paneli üzərindəki Uninstall or change a program (Proqramı ləğv etmək və ya dəyişmək) düyməsi basılır. Bu halda Programs and Features (Proqramlar və komponentlər) pəncərəsi açılır . Bu pəncərəni İdarəetmə paneli qovluğundan da açmaq olar. Kompüterdə quraşdırılmış bütün proqramlar bu pəncərədə əlifba sırası ilə əks olunub. Bu siyahıdan lazımsız proqram seçilir və Uninstall (Ləğv etmək) (və ya bəzi proqramlar üçün Change -Dəyişmək, ya da Repair –Bərpa etmək) düyməsi basılır. Proses normal başa çatan kimi proqramın uğurla ləğv olunduğu barədə məlumat ekrana çıxır.
27.Standart proqramlar. Windows 7 əməliyyat sisteminin tərkibində bəzi məsələlərin həlli üçün nəzərdə tutulmuş nisbətən sadə və kiçik həcmli bir sıra proqramlar var. Bunlar əməliyyat sisteminin tərkibinə məcburi komponent kimi daxil edilmiş standart proqramlardır. Qeyd dəftərçəsi (Notepad – Блокнот) ən sadə mətn redaktorudur. Başqa sözlə bu proqram kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri redaktə etmək üçün nəzərdə tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə formatlaşdırma rejimlərindən istifadə etməyə imkan verir. WordPad proqramı. WordPad sənədlərin yaradılması və redaktəsi üçün nəzərdə tutulan və Notepad (Qeyd dəftərçəsi) proqramına nisbətən daha geniş imkanlara malik olan mətn redaktorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış variantıdır. Odur ki, WordPad proqramı pəncərəsində Notepad (Qeyd dəftərçəsi) ilə müqayisədə redaktə olunan sənəd üzərində sadə formatlaşdırma işləri üçün nəzərdə tutulan daha çox elementlər var. Yeniləşmiş WordPad pəncərə interfeysinin üç mühüm idarəetmə elementini qeyd etmək olar: sürətli giriş paneli, alətlər lenti, WordPad proqramının menyu düyməsi.Paint proqramı. Windows sisteminin əvvəlki versiyalarında olduğu kimi Windows 7 əməliyyat sisteminin tərkibində də sadə qrafiki redaktor – Paint redaktoru istifadə edilir.Windows 7 sisteminin standart proqramları tərkibində olan Paint proqramı tamamilə yeniləşdirilmişdir. Yeniləşmiş Paint pəncərəsində də WordPad proqramı pəncərəsində olduğu kimi əsas üç idarəetmə elementini qeyd etmək olar: sürətli giriĢ paneli, alətlər lenti, Paint proqramının menyu düyməsi.Qeydlər. Windows 7 əməliyyat sisteminin standart proqramları arasında yer alan daha bir maraqlı proqram Qeydlər adlanır. Bu proqram bilavasitə iş stolunda mətndən ibarət kiçik qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir proqramdır. Qayçı. Kompüterlə iş zamanı bəzən bütün ekranın və ya onun bir hissəsinin şəklini çəkib götürmək lazım gəlir. Sistemin əvvəlki versiyalarında bu əməliyyatın icrası üçün bir neçə addım ardıcıl icra olunmalı idi və bu da çox vaxt aparırdı. Bununla yanaşı Windows 7 əməliyyat sisteminin standart proqramları tərkibində yalnız bir proqram bu işi çox sadə və rahat şəkildə həyata keçirməyə imkan verir. Bu Qayçı proqramıdır.