4-cü aksiom tam induksiya aksiomu adlanır.
«Bilavasitə sonra gəlir» münasibətindən və 1-4 aksiomlarından istifadə edərək natural ədədlərə aşağıdakı tərifi
verirlər.
Tərif. Elementləri arasında «bilavasitə sonra gəlir» münasibəti qurulan və 1-4 aksiomlarını ödəyən N çoxluğu
natural ədədlər çoxluğu, elementləri isə natural ədəd adlanır.
Natural ədədlərin bəzi xassələrini qeyd edək.
Natural ədədlər sonsuz çoxdur.
Natural ədədlər nizamlı çoxluqdur. Yəni istənilən iki a və b natural ədədləri arasında münasibətlərindən yalnız biri ola bilər.
Natural ədədlər çoxluğunda toplama, vurma, çıxma bölmə hesab əməlləri daxil edilir.
Natural ədədlər üzərində hesab əməlləri
Tərif. Verilən iki ədədə görə üçüncü ədədin tapılması qaydası hesab əməli adlanır.
Natural ədədlər çoxluğunda dörd hesab əməli: toplama, vurma, çıxma və bölmə daxil edilir.
a = b, a < b, a > b
Do'stlaringiz bilan baham: |