308
Xarici temperaturdan asılı olaraq öz xassələrini
saxlamasına gprə mühərrik yağları qış , yay və bütün
mövsümlərdə istifadə oluna bilən yağlara ayrılır. Mövsümü
yağlarda baza yağı kimi neftin distilləsindən alnan müxtəlif
özlülüklü komponentlərdən, qalıq komponentlərindən və hər
ikisinin qarışığından istifadə olunur. Mövsümü yağlar
özlülüyü aşağı olan əsaslarla makropolimer aşqarların
qarışığından alınır. Baza yağının tərkibinə görə mühərrik
yağları sintetik, mineral və kombinə edilmiş yağlara ayrılır.
Motor yağları müxtəlif qatqıların köməyilə maşın hissələrinin
davamlılığını artırır və paslanmadan qoruyur. Emal yağları bəzi
materialları (məsələn: rezin, dəri və s.) emal etmək üçün
istifadə edilir və ya avadanlığın bir çox hissələrində sürtkü yağı
kimi deyil, başqa məqsədlər üçün istifadə olunur (transformator
yağı, başqa qızdırıcı yağlar kimi). Sənayedə istehsal olunan
sürkü yağlarının keyfiyyəti çox vaxt müasir dövrün tələblərinə
uyğun gəlmir. Bu səbəbdən yağların keyfiyyətini yüksəltmək
üçün bu yağlara müəyyən miqdarda aşqarlar əlavə edirlər. Bu
aşqarlara qoyulan bir sıra tələblər vardır. Yağların özlülüyünün
temperaturdan aslı olaraq dəyişməsi onun keyfiyyətini
xarakterizə edən əsas göstəricilərdəndir.
Sürtkü
yağlarının
sertifikatlaşdırılma
sınaqları
akkreditasiya olunmuş sınaq laboratoriyalarında həyata
keçirilir. Akkreditləşdirilmək üçün sınaq laboratoriyası
aşağıdakı sənədləri təqdim etməlidir: hüquqi sənədlər, təşkilati-
metodik sənədlər, sınağı həyata keçirilən məhsul üçün
normativ sənədlər, keyfiyytəin təmin edilməsi sistemi üçün
sənədlər, sınaq və ölçmə avadanlıqları üçün sənədlər,
kərgüzarlıq üzrə sənədlər, sınağı aparılan nümunələrinin
sənədləri, sınaqların aparılması və məlumatların qeydiyyatı
309
üçün sənədlər, arxiv üzrə sənədlər.
Ədəbiyyat
ГОСТ 17479.0-85 Масла нефтяные. Классификация и
обозначение. Общие требования.
Воскресенский В. А., Дьяков В. И. Глава 2. Смазочные
вещества и их физико-химические свойства // Расчет и
проектирование опор скольжения (жидкостная смазка):
Справочник. — М.: Машиностроение, 1980. — С. 14. —
(Библиотека конструктора). — ISBN ББК 34.42, УДК
621.81.001.2 (031).
Казакова Л. П., Крейн С. Э. Физико-химические основы
производства нефтяных масел. — М., 1978.
Canəhmədov, Ə., Səmədov,Ə., Cavadov, M. Maşın detalları və
konstruksiyaetmənin əsasları : dərs vəsaiti /Bakı: Apostroff, 2013.
479
Do'stlaringiz bilan baham: