NEFT VƏ NEFT MƏHSULLARININ UÇOTU ÖLÇMƏ
INFORMASIYA SISTEMININ
TƏKMILLƏŞDIRILMƏSI
Magistr Elmi rəhbər
Məmmədova Nərmin Vüqar Dos. Ismayılov B.I.
II kurs A6337
Son zamanlar bazar iqtisadiyyatına keçid və neft və neft
məhsullarının qiymətlərinin yüksəlməsi onların şaquli çənlərdə
uçotunun dəqiq aparılmasına diqqəti daha çox artırmışdır.
Neft və neft məhsullarının uçotu zamanı buraxılan çox
cüzi səhv əhəmiyyətli dərəcədə xətaya gətirib çıxara bilər.
Məhz buna görə neft və neft məhsullarının uçotunun mövcud
ölçmə informasiya sistemini müasir dövrün tələblərinə uyğun
təkmilləşdirmək vacib məsələdir.
Təkmilləşdirilmiş
ölçmə
informasiya
sisteminin
dispetçer xidmətindən kifayət qədər uzaq məsafədə, müxtəlif
iqlim şəraitində və digər təhlükəli şəraitlərdə normal
işləməlidir. Bütün bu amilləri nəzərə almaqla ölçmə vasitələri
yüksək dəqiqliklə metroloji yararlığa malik olmalıdır ki, bu da
öz növbəsində ölçmə informasiya sisteminin sadə və etibarlı
olmasını tələb edir.
Şaquli çənlərdə toplanan və saxlanılan neft və neft
məhsullarının uçotu aşağıdakı texnoloji əməliyyatlar vasitəsilə
həyata keçirilir.
• Çənlərə neftin qəbulu prosesinin idarə edilməsi;
• Çənlərdə yığılan neftin ümumi səviyyəsinə nəzarət;
• Çənlərdə neftin ümumi miqdarının hesabatı;
• Çənlərin boş tutumlarının təyini;
• Çənlərdən məhsulaltı suyun boşaldılması;
• Çənlərdən neftin boşaldılması prosesinin idarə edilməsi.
Neft və neft məhsullarının saxlanılma şəraitindən,
çənlərin konstruktiv xüsusiyyətlərindən asılı olaraq nəzarət və
idarəetmənin mərkəzləşdirilmiş dərəcəsindən asılı olaraq
312
nəzarət və avtomatlaşdırılma vasitələrinin həcmi dəyişilə bilər.
Son dövrlər ölkəmizdə və xaricdə texnoloji proseslərinin
avtomatlaşdırılmasına
böyük
diqqət
yetirilir.
Avtomatlaşdırılmış
sistemlər
xüsusilə
neft
və
neft
məhsullarının saxlanılması və daşınması zamanı alınan ölçmə
nəticələrinin dəqiqliyinin və etibarlılığının təmin edilməsinə
zəmanət verən mikroprosessor texnikası kompüterlər
vasitəsilə yaradılır.
Yanacağın, enerjinin 75-80% artması onların qənaətlə
istifadə olunması hesabına təmin edilməlidir. Neft və neft
məhsullarının uçotunun dəqiq aparılması bu məsələnin həllinə
xidmət edir. Məsələnin sistemli və hərtərəfli həyata keçirilməsi
üçün daha effektiv metroloji baza tələb olunur. Neft və neft
məhsullarının uçotu prosesində müxtəlif yollarla həyata
keçirilən dəqiq hesabatların təmin edilməsi lazımdır. Lakin
indiyə qədər yerli mühəndislik qurğuları milli iqtisadiyyatın
ehtiyyaclarını tam şəkildə təmin etmir. Bunun əsas səbəbi neft
və neft məhsullarının uçotu sahəsində ölçmə sistemlərinə elmi
əsasların yetərincə inkişaf etməməsidir Xüsusilə ölçmə
informasiya sistemlərində neft məhsullarının kütləvi mühasibat
uçotunun aparılması məsələləri hələ də tam araşdırılmır,
təcrübə aparma və bu ölçmə informasiya sisteminin
strukturunun optimallaşdırılması problemləri həll edilmir.
Bizim əsas məqsədimiz ölçmə informasiya sisteminin
metroloji
xüsusiyyətlərinin
təkmilləşdirilməsi,
neft
məhsullarının kütləsinin ölçmə dəqiqliyininə alqoritmik və
struktur üsullara əsaslanaraq hidrostatik yolla artırılmasıdır.
Do'stlaringiz bilan baham: |