HƏyatin gerçƏK


MOLEKULYAR BİOLOGİYA VƏ HƏYATIN MƏNŞƏYİ



Download 1,74 Mb.
bet30/72
Sana02.05.2017
Hajmi1,74 Mb.
#7953
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

MOLEKULYAR BİOLOGİYA

VƏ HƏYATIN MƏNŞƏYİ




Kitabın əvvəlki bölmələrində fosil qeydlərinin və müqayisəli anatomiyanın təkamül nəzəriyyəsinin iddialarını təkzib etdiyini nəzərdən keçirmişdik. Ancaq təkamül nəzəriyyəsinin iddiaları əslində növlər arasındakı bu əlaqəni təhlil etməyə ehtiyac qalmadan elə ilk mərhələdə çıxılmaz vəziyyətə düşür. Bu ilk mərhələ yer üzündə ilk canlının necə əmələ gəlməsi sualıdır.

Təkamül nəzəriyyəsi bu suala cavab olaraq canlıların təsadüflər nəticəsində meydana gələn ilk hüceyrə ilə başladığını iddia edir. Ssenariyə əsasən, bundan dörd milyard il əvvəl Yerin ibtidai atmosferində bəzi cansız kimyəvi maddələr reaksiyaya girmiş, ildırımların, yeraltı təkanların təsiri də buna qarışmış və ilk canlı hüceyrə meydana gəlmişdir.

Halbuki cansız maddələrin birləşərək canlı əmələ gətirməsi iddiası bu günə qədər heç bir təcrübə və ya müşahidə ilə təsdiqlənməmiş elmdənkənar iddiadır. Əksinə, bütün kəşflər bir canlının ancaq başqa bir canlıdan törədiyini sübut edir. Hər canlı hüceyrə başqa bir hüceyrənin çoxalması ilə əmələ gəlir. Dünyada heç kim ən yaxşı təchizatlı laboratoriyalarda belə cansız kimyəvi maddələri birləşdirərək canlı hüceyrə əmələ gətirməyi bacarmamışdır.

Təkamül nəzəriyyəsi isə insan ağlı, biliyi və texnologiyası nəticəsində belə əldə edilə bilməyən canlı hüceyrəsinin ibtidai dünya şərtləri daxilində təsadüflərlə əmələ gəldiyini iddia edir. Sonrakı səhifələrdə bu iddianın nə üçün elmin və ağılın ən əsas prinsiplərinə zidd olduğunu təhlil edəcəyik.



“Təsadüf” məntiqinə bir nümunə


Bir canlı hüceyrəsinin təsadüflərlə əmələ gəldiyini düşünən bir insan aşağıda izah edəcəyimizə bənzər hekayəyə də asanlıqla inanmalıdır. Bu, bir şəhər haqqında hekayədir.

Fərz edək ki, bir gün qeyri-münbit bir ərazidə qayaların arasında qalmış bir miqdar gilli torpaq yağan yağışlar nəticəsində palçığa çevrilir. Palçıq günəş çıxdıqda qayalarında arasında quruyub bərkiyir və forma alır. Daha sonra onun üçün qəlib vəzifəsini yerinə yetirən qayalar ovulub dağılırlar və ortaya düzgün, formalı, möhkəm kərpic çıxır. Bu kərpic illərlə eyni təbii şərtlər daxilində özü kimi başqa kərpiclərin əmələ gəlməsini gözləyir. Bu gözləmə eyni kərpicdən eyni yerdə yüzlərlə, minlərlə kərpicin əmələ gəlməsinə qədər əsrlərlə davam edir. Bu zaman böyük təsadüf nəticəsində əvvəlcə əmələ gələn kərpiclər də dağılıb pozulmur. Min illərlə fırtınalara, yağışlara, küləklərə, yandırıcı günəş şüalarına, dondurucu soyuğa məruz qalan kərpiclər parçalanmır, çatlamır, başqa yerlərə sovrulub dağılmır, eyni yerdə və eyni möhkəmlikdə digər kərpiclərin əmələ gəlməsini gözləyirlər.

Kərpiclər lazımi miqdarda olduqda külək, fırtına, siklon kimi təbii amillərin təsiri ilə sovrulur və təsadüf nəticəsində yan-yana və üst-üstə planlı şəkildə düzülüb bir bina tikirlər. Eyni zamanda kərpicləri bir-birinə yapışdıran sement, suvaq kimi məmulatlar da “təbii amillərlə” əmələ gəlib qüsursuz plan daxilində kərpiclərin arasına girir və onları bir-birinə bərkidirlər. Bütün bu proseslər başlayarkən torpağın altındakı dəmir filizləri də “təbii amillərlə” formaya düşüb torpağın üstünə çıxaraq kərpiclərin əmələ gətirdiyi binanın bünövrəsini qoyurlar. Nəticədə hər cür məmulatı, taxtası, texniki qurğuları ilə birlikdə bütöv bir bina ortaya çıxır.

Əlbəttə, bina təkcə bünövrədən, kərpicdən və suvaqdan ibarət deyil. Elə isə digər çatışmazlıqlar necə tamamlanmışdır? Cavab sadədir: binanın ehtiyacı olan hər cür məmulat torpaqda var. Şüşələr üçün lazım olan silisium, elektrik kabelləri üçün lazım olan mis, simlər, şalbanlar, mismarlar, su boruları və s. üçün lazım olan dəmir torpağın altında bol miqdarda mövcuddur.

Bütün bu məmulatların formalaşıb binanın içinə yerləşmələri də “təbii amillərin” hünəri ilə baş verir. Əsən külək, yağan yağış, bir az fırtına və yeraltı təkanın da köməyi ilə bütün texniki vəsait, taxta, aksesuarlar kərpiclərin arasında yerli-yerində oturur. İşlər o qədər yolunda getmişdir ki, kərpiclər sonradan təbii şərtlər daxilində şüşə adlı bir şeyin əmələ gələcəyini bilirmiş kimi lazımi pəncərə yerlərini qoyaraq düzülmüşdürlər. Hətta sonradan yenə təsadüflərlə meydana gələn su, elektrik, mərkəzi istilik sistemi qurğuları üçün yerləri də qoymağı unutmamışlar. Bütün işlər o qədər yolunda getmişdir ki, “təsadüflər” və “təbii amillər” qüsursuz dizayn meydana gətirmişdir.

Bu hekayəyə inanan bir şəxs bu qədər açıqlamadan sonra şəhərdəki digər binaların, qurğuların, tikililərin, yolların, xiyabanların, kanalizasiya sisteminin, rabitə və nəqliyyat sistemlərinin necə əmələ gəldiyini də düşünərək tapa bilər. Hətta mövzu ilə bir az əlaqəlidirsə, şəhərin “kanalizasiya sisteminin təkamül prosesi və mövcud tikililərlə uyğunluğu” haqqındakı nəzəriyyələrini açıqladığı bir neçə cildlik “elmi” əsər belə yaza bilər. Bu üstün fəaliyyətlərinə görə akademik mükafata belə layiq görülə bilər, özünü bəşəriyyət tarixini aydınladan düha olduğunu zənn edə bilər.

Canlıların təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi elə bu qədər, bəlkə bundan daha çox həqiqətdənkənardır. Çünki tək başına bir hüceyrə bütün iş sistemi, rabitə, nəqliyyat və idarəetməsilə birlikdə böyük bir şəhərə bənzəyən kompleksliyə malikdir. Məşhur molekulyar bioloq Maykl Denton “Təkamül: Böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabında hüceyrənin bu kompleks quruluşundan belə bəhs edir:

Həyatın molekulyar biologiyası tərəfindən üzə çıxarılan reallığını qavramaq üçün bir hüceyrəni təqribən bir milyon dəfə böyütməliyik, ta ki diametri 20 km-ə çatsın. Belə olduqda hüceyrə Nyu York və ya London kimi böyük şəhər qədər nəhəng ölçüdəki kosmik gəmiyə bənzəyəcəkdir. Qarşımızda bənzərsiz dərəcədə kompleks sistem və qüsursuz dizayn olduğunu görərik. Hüceyrəni lap yaxından nəzərdən keçirsək, üzərindəki milyonlarla kiçik qapı ilə qarşılaşarıq. Eynilə kosmik gəmidəki avtomatik qapılar kimi bu qapılar daima açılıb-bağlanaraq hüceyrənin içinə və ya xaricinə keçən maddə axınını tənzimləyirlər. Əgər bu qapıların hər hansı birindən içəri girsək, qeyri-adi texnologiya və heyrətamiz kompleksliklə qarşılaşarıq. İnsanların istehsal etdiyi hər şeydən çox üstün olan bu texnologiya bizim yaradıcı zəkamızın həddindən artıq fövqündə durur. Bu sistem “təsadüf” anlayışının hər mənada tamamilə “antitezisini” təşkil edir.238




Download 1,74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish