Hüceyrədəki kompleks quruluş və sistemlər
Darvinin dövründə canlı hüceyrəsinin kompleks quruluşu məlum deyildi. Bu səbəbdən, dövrün təkamülçüləri canlıların necə meydana gəlməsi sualına “təsadüflər və təbii hadisələr” cavabını verməyin inandırıcı olduğunu hesab etmişdilər. Darvin ilk hüceyrənin “kiçik və ilıq su gölməçəsində” asanlıqla əmələ gəldiyini irəli sürmüşdü.239 Darvinin tərəfdarlarından alman bioloq Ernst Hekkel isə araşdırma gəmisiylə okeanın dibindən çıxarılan palçıq qarışığını mikroskop altında tədqiq etmiş və bunun canlıya çevrilən cansız maddə olduğunu iddia etmişdi. “Hekkel palçığı” (Bathybus Haeckelii) adlanan bu “canlanan palçıq” təkamül nəzəriyyəsini irəli sürən şəxslərin canlıları nə qədər bəsit hesab etdiklərinin bir ifadəsi idi.
Lakin canlıları ən kiçik təfərrüatına qədər tədqiq edən XX əsrin texnologiyası hüceyrənin bəşəriyyətin qarşılaşdığı ən kompleks sistemlərdən biri olduğunu üzə çıxardı. Bu gün hüceyrənin içində enerji hazırlayan sistemlər, həyat üçün lazımlı ferment və hormonları istehsal edən fabriklər, istehsal ediləcək bütün məhsullarla bağlı məlumatların qeyd olunduğu məlumat bankı, bir yerdən digərinə xam maddələri və məhsulları daşıyan kompleks daşıma sistemləri, boru xətləri, kənardan gələn xam maddələri işə yararlı hissələrə parçalayan təkmilləşmiş laboratoriyalar və saflaşdırma zavodları, hüceyrəyə daxil olan və ya hüceyrədən xaric edilən məmulatların giriş-çıxışına nəzarət edən peşəkar hüceyrə qılafı zülalları olduğunu bilirik. Bu sadaladıqlarımız hüceyrədəki mürəkkəb quruluşun sadəcə bir hissəsini təşkil edir.
Təkamülçü elm adamı olan U.H.Torp: “Canlı hüceyrələrinin ən bəsitinin malik olduğu mexanizm belə insanın indiyə qədər hazırladığı, hətta xəyalını qurduğu bütün cihazlardan daha kompleksdir”, -deyə yazır.240
Hüceyrə o qədər kompleksdir ki, bu gün insanın nail olduğu yüksək texnologiya belə bir hüceyrə hazırlaya bilmir. Süni hüceyrə əmələ gətirmək üçün aparılan bütün elmi fəaliyyətlər uğursuzluqla nəticələnmişdir. Belə ki, bu gün hüceyrənin əmələ gətirilməsi hədəfindən əl çəkilmişdir və artıq bu istiqamətdə heç bir elmi fəaliyyət aparılmır.
Təkamül nəzəriyyəsi isə insanın bütün məlumat və texnoloji imkanları ilə əldə edə bilmədiyi bu sistemin ibtidai dünyada “təsadüfən” əmələ gəldiyini irəli sürür. Bu, mətbəədə baş verən partlayış nəticəsində təsadüfən bir ensiklopediyanın nəşr olunması ehtimalından daha azdır.
İngilis riyaziyyatçısı və astronom Ser Fred Hoyl 12 noyabr, 1981-ci ildə “Təbiət” (Nature) jurnalına verdiyi bir müsahibəsində bu cür bənzətmə etmişdir. Özünün materialist olmasına baxmayaraq, Hoyl təsadüflər nəticəsində bir canlı hüceyrənin meydana gəlməsiylə bir dəmir yığınının qasırğa ilə sovrulması nəticəsində təsadüfən Boing 747 təyyarəsinin əmələ gəlməsi arasında bir fərq olmadığını bildirir.241 Yəni hüceyrənin öz-özünə təsadüflər nəticəsində əmələ gəlməsi qeyri-mümkündür.
Təkamül nəzəriyyəsinin hüceyrənin necə mövcud olması sualını açıqlaya bilməməsinin ən əsas səbəblərindən biri hüceyrədəki “mürəkkəb komplekslik” xüsusiyyətidir. Bir canlı hüceyrəsi çox sayda kiçik orqanoidin ahəng içində işləməsiylə yaşayır. Bu hissələrdən biri belə olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərin onu təkmilləşdirməsini gözləyə bilməz. Ona görə də yer üzündə əmələ gələn ilk hüceyrə həyat üçün lazımlı bütün orqanoid və funksiyalara malik, tam hüceyrə olmalıdır.
Zülalların mənşəyi problemi
Hələlik hüceyrəni bir kənara qoyaq. Təkamül nəzəriyyəsi hüceyrənin tərkib hissələrini belə izah edə bilmir. Hüceyrəni təşkil edən yüzlərlə növdə kompleks zülal molekulundan tək birinin belə təbii amillərlə əmələ gəlməsi ehtimalı yoxdur.
Zülallar “amin turşusu” adlanan daha kiçik molekulların müəyyən sayda və növdə xüsusi ardıcıllıqla düzülməsi nəticəsində əmələ gələn böyük molekullardır. Bu molekullar canlı hüceyrələrinin əsasını təşkil edirlər. Ən sadəsi təqribən 50 amin turşusundan ibarət olan zülalların minlərlə amin turşusundan təşkil olunmuş növləri də var.
Mühüm cəhət budur: zülalların quruluşlarındakı bir amin turşusunun belə əskilməsi, yerinin dəyişməsi və ya zəncirə lazım olduğundan artıq amin turşusunun əlavə edilməsi o zülalı yararsız molekul yığınına çevirər. Bu səbəbdən, hər amin turşusu məhz lazımi yerdə, lazımi sırada olmalıdır. Həyatın təsadüflərlə əmələ gəldiyini irəli sürən təkamül nəzəriyyəsi isə bu nizam qarşısında çarəsizdir. Çünki sözügedən nizam əsla təsadüflərlə açıqlanmayacaq qədər qeyri-adidir. (Nəzəriyyə hələ heç amin turşularının “təsadüfən əmələ gəlməsi” iddiasına tutarlı dəlil və ya izahat verə bilmir, bunu da bir az sonra təhlil edəcəyik).
Zülalların funksional quruluşunun təsadüfən meydana gəlməsinin qeyri-mümkünlüyünü hər kəsin asanlıqla anlaya biləcəyi sadə ehtimal hesablamaları ilə də görmək olar.
Məsələn, birləşmədə 288 amin turşusu olan və 12 müxtəlif amin turşusu növündən ibarət orta ölçüdəki bir zülal molekulunun tərkibindəki amin turşuları 10300 fərqli şəkildə düzülə bilər. (Bu, 1 rəqəminin sağına 300 ədəd sıfır düzülməsindən əmələ gələn astronomik saydır). Ancaq bu düzülüşlərdən sadəcə biri sözügedən zülalı əmələ gətirir. Qalan bütün düzülüşlər heç bir işə yaramayan, hətta bəzən canlılar üçün zərərli amin turşusu zəncirləridir. Ona görə, yuxarıda misal çəkdiyimiz zülal molekullarından ancaq birinin təsadüfən əmələ gəlmə ehtimalı “10300-də 1”dir. Bu ehtimalın praktiki şəkildə baş verməsi isə qeyri-mümkündür. (Riyaziyyatda 1050-də 1-dən kiçik ehtimallar “sıfır ehtimal” qəbul edilir).
Habelə 288 amin turşusundan ibarət bir zülal canlıların orqanizmindəki minlərlə amin turşusundan ibarət zülallarla müqayisə edildikdə olduqca sadə forma hesab edilir. Eyni ehtimal hesablarını bu nəhəng molekullara tətbiq etdikdə isə “qeyri-mümkün” kəlməsinin belə qənaətbəxş olmadığını görürük.
Canlıların inkişafında bir mərhələ də irəlilədikcə tək başına bir zülalın da heç bir şey ifadə etmədiyini görərik. İndiyə qədər məlum olan ən kiçik bakteriyalardan biri olan “Mycoplasma Hominis H 39” belə 600 növ zülaldan ibarətdir. Bu təqdirdə bircə zülalla bağlı apardığımız ehtimal hesablamalarını 600 növ zülala da aid etməliyik. Nəticədə, qarşılaşacağımız rəqəmlər isə “qeyri-mümkün” anlayışının da fövqündədir.
Hal-hazırda bu sətirləri oxuyan və indiyə qədər təkamül nəzəriyyəsini elmi açıqlama hesab etmiş bəzi oxucular bəlkə buradakı rəqəmlərin çox mübaliğəli olduğunu, həqiqətləri əks etdirmədiyini düşünə bilər. Xeyr, bunlar qəti və konkret həqiqətlərdir. Heç bir təkamülçü də bu rəqəmlərə etiraz edə bilməz.
Bir çox təkamülçü bu həqiqəti etiraf edir. Məsələn, Harold Blam adlı bir təkamülçü elm adamı: “Məlum olan ən kiçik zülalların belə təsadüfən meydana gəlməsi tamamilə qeyri-mümkün görünür”, -deyir.242
Təkamülçülər molekulyar təkamülün çox uzun zaman davam etdiyini və bu zamanın qeyri-mümkün olanı mümkün etdiyini iddia edirlər. Lakin nə qədər uzun zaman verilsə də, amin turşularının təsadüfən zülal əmələ gətirməsi qeyri-mümkündür. Amerikalı geoloq Uilyam Stouks “Yerin tarixinin əsasları” (Essentials of Earth history) adlı kitabında bu həqiqəti qəbul edərkən “əgər milyard illər boyu milyardlarla planetin səthi lazımi amin turşusu ehtiva edən qatı sulu təbəqə ilə dolu olsaydı, yenə (zülal) əmələ gəlməzdi” yazır.243
Bəs bütün bunlar nə məna verir? Kimya professoru Peri Rivz isə bu suala belə cavab verir:
Bir insan amin turşularının təsadüfən birşəməsindən nə qədər çox orqanizm əmələ gələcəyini düşündükdə həyatın həqiqətən də bu şəkildə əmələ gəldiyini düşünməyin ağlasığmaz olduğunu görər. Belə bir işin baş verməsində Böyük Qurucunun var olduğunu qəbul etmək daha ağlasığandır.244
Tək bircinin belə təsadüfən əmələ gəlməsi qeyri-mümkün olan bu zülalların təqribən bir milyon dənəsinin təsadüfən uyğun şəkildə birləşərək tam insan hüceyrəsini meydana gətirməsi isə əsla mümkün deyil. Hüceyrəyə gəlincə, bir hüceyrə əsla zülal yığınından ibarət deyil. Hüceyrənin içində zülallarla birlikdə nuklein turşuları, karbohidratlar, lipidlər, vitaminlər, elektrolidlər kimi başqa bir çox kimyəvi maddə istər quruluş, istərsə funsiya baxımından müəyyən nisbət və dizayn çərçivəsində yerləşirlər. Hər biri də bir çox fərqli orqanoidin içində əsas və ya köməkçi molekul kimi funksiya daşıyır.
Nyu York Universitetindən kimya professoru və DNT mütəxəssisi Robert Şapiro təkcə sadə bir bakteriyanın tərkibindəki 2000 növ zülalın təsadüfən meydana gəlmə ehtimalını hesablamışdır. (İnsan hüceyrəsində isə təqribən 200.000 növ zülal var). Əldə edilən rəqəm 1040.000-də 1-dir.245 (Bu ədəd 1 rəqəminin yanına 40 min dənə sıfır əlavə edilməsi ilə əmələ gələn ağlasığmaz saydır).
Kardiff Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Uikramasinqhe bu ədəd haqqında belə şərh verir:
Bu say (1040.000) Darvini və bütün təkamül nəzəriyyəsini gömmək üçün kifayətdir. Bu planetin və ya başqa birinin üzərində əsla (həyatın əmələ gələcəyi) ibtidai şorba olmamışdır və həyatın başlanğıcı təsadüfən əmələ gəlməyəcəyinə görə, məqsədli bir ağılın məhsulu olmalıdır.246
Prof. Fred Hoyl isə bütün bu saylar haqqında belə deyir:
Əslində həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gəldiyi o qədər aydındır ki, insana bu açıq həqiqətin nə üçün geniş şəkildə qəbul edilmədiyi qəribə gəlir. Bunun (qəbul edilməməsinin) səbəbi elmi deyil, psixolojidir.247
“Science news”-un 1999-cu yanvar sayında dərc olunan bir məqaləsində də amin turşularının zülalları necə əmələ gətirdiyinə dair hələ heç bir açıqlama verilmədiyi belə bildirilir:
Heç kim indiyə qədər geniş şəkildə yayılmış amin turşularının zülallara necə çevrildiyinə dair qənaətbəxş açıqlama verə bilməmişdir. İbtidai dünyanın fərz edilən şərtləri amin turlşularını izolyasiya edilmiş təkliyə sürükləyəcək şəkildədir.248
Do'stlaringiz bilan baham: |