Sol əlli zülallar
Zülalın əmələ gəlməsiylə bağlı təkamülçü tezislərin həyata keçməsinin qeyri-mümkünlüyünü bir az da hərtərəfli təhlil edək.
Canlılardakı bir zülal molekulunun əmələ gəlməsi üçün təkcə uyğun amin turşularının uyğun sırada düzülmələri kifayət deyil. Bununla yanaşı, zülalların tərkibindəki 20 növ amin turşusundan hər biri ancaq “sol əlli” olmalıdır. Kimyəvi cəhətdən eyni amin turşusunun həm sağ əlli, həm də sol əlli olmaqla iki fərqli növü var. Bunların aralarındakı fərq üç ölçülü formalarının bir-biri ilə əks istiqamətli olmasından irəli gəlir. Eynilə insanın sağ və sol əlləri arasındakı fərq kimi.
Hər iki növ amin turşusu bir-birləri ilə asanlıqla bağlana bilir. Ancaq aparılan təhlillərdə təəccüblü həqiqət üzə çıxmışdır: ən ibtidai orqanizmdən ən alisinə qədər bütün canlılardakı zülallar sadəcə sol əlli amin turşularından əmələ gəlir. Zülalın tərkibinə qatılan bir sağ əlli amin turşusu belə o zülalı yararsız hala salır. Hətta bəzi təcrübələrdə bakteriyalara sağ əlli amin turşuları əlavə edilmiş, ancaq bakteriyalar bu amin turşularını dərhal parçalamışlar, bəzi hallarda isə bu parçaladıqları amin turşularından yenidən öz istifadələri üçün sol əlli amin turşuları inşa etmişlər.
Bir anlıq təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, canlıların təsadüflərlə əmələ gəldiyini fərz edək. Bu halda, yenə təsadüflərlə əmələ gəlmiş amin turşuları təbiətdə sağ və sol əlli olmaq üzrə bərabər miqdarda olacaqdılar. Ona görə, bütün canlıların tərkibində sağ və sol əlli amin turşuları qarışıq miqdarda olmalıydı. Çünki kimyəvi cəhətdən hər iki qrupdan olan amin turşularının da bir-birləri ilə asanlıqla birləşməsi mümkündür. Lakin bütün canlı orqanizmlərdəki zülallar ancaq sol əlli amin turşularından ibarətdir.
Zülalların bunların içindən necə sadəcə sol əlli amin turşularını seçdikləri və necə aralarına heç bir sağ əlli amin turşusunun qarışmadığı elm adamlarının heç cür izah edə bilmədikləri mövzulardan biri kimi qalmışdır. Bu cür xüsusi və şüurlu seçicilik təkamül nəzəriyyəsinin düşdüyü çıxılmaz vəziyyətlərdən biridir.
Habelə açıq şəkildə göründüyü kimi, zülalların bu xüsusiyyəti təkamülçülərin “təsadüf” müəmmasını daha da içindən çıxılmaz vəziyyətə salır: “yararlı” bir zülalın əmələ gəlməsi üçün bir az əvvəl də izah etdiyimiz kimi, sadəcə onu təşkil edən amin turşularından bəlli miqdarda qüsursuz düzülüşdə və xüsusi üç ölçülü dizayna uyğun şəkildə birləşmələri də kifayət deyil. Bütün bunlarla yanaşı bu amin turşularının hamısının sol əlli olanlar arasından seçilməsi və içlərində bir dənə də sağ əlli amin turşusu olmaması da vacibdir. Çünki amin turşusu zəncirinə əlavə edilən bir səhv sağ əlli amin turşusunun səhv olduğunu müəyyən edərək onu zəncirdən çıxaracaq hər hansı təbii seçmə mexanizmi də mövcud deyil. Buna görə, bir sağ əlli amin turşusu da sol əlli amin turşularının arasına qarışmamalıdır. Bu da təsadüf anlayışını bir daha əsassız edir.
Bu vəziyyət “Britannika elmi ensiklopediyası”nda belə ifadə edilir:
... Yer üzündəki bütün canlı orqanizmlərdəki amin turşularının hamısı zülallar kimi mürəkkəb polimerlərin tərkib hissələri eyni asimmetriya şəklindədir. Sanki tamamilə sol əllidirlər. Bu, bir baxımdan milyon dəfə havaya atılan bir qəpiyin hər dəfə eyni üzünün yerə düşməsinə bənzəyir. Molekulların necə sol əl və ya sağ əl olduğunu anlamaq olmur. Bu seçim anlaşılmaz şəkildə yer üzündəki həyatın mənbəyinə bağlıdır.249
Bir pul milyon dəfələrlə havaya atıldıqda hər dəfə eyni üzü yerə düşürsə, bunu təsadüflə açıqlamaq, yoxsa birisinin şüurlu şəkildə havaya atılan pula müdaxilə etdiyini qəbul etmək daha məntiqlidir? Cavab aydındır.
Amin turşularındakı sol əlli olma hadisəsinə bənzər vəziyyət nukleotidlər, yəni DNT və RNT-nin tərkib hissələrinə də aiddir. Onlar da canlı orqanizmlərdə olan bütün amin turşularının əksinə, ancaq sağ əlli olanlardan seçilmişdirlər. Bu da təsadüflə açıqlanmayacaq vəziyyətdir.
Nəticədə həyatın mənbəyinin təsadüflərlə açıqlanmasının mümkün olmadığı başdan bəri təhlil etdiyimiz ehtimallarla qəti şəkildə sübut edilir: 400 amin turşusundan ibarət orta ölçüdəki bir zülalın sadəcə sol əlli amin turşularından seçilmə ehtimalını hesablamaq istəsək, 2400-də, yəni 10120-də 1 ehtimal əldə edərik. Bu astronomik rəqəmi izah etmək üçün kainatdakı elektronların sayının cəminin bu saydan daha az olduğunu, təqribən 1079 olduğunu bildirək. Bu amin turşularının lazımi düzülüşü və funksional orqanı əmələ gətirmə ehtimalları isə daha böyük rəqəmləri əmələ gətirir. Bu ehtimallara birdən çox sayda və növdə zülalın əmələ gəlmə ehtimalını da əlavə etsək, hesablamaların içindən heç çıxmaq olmaz.
Peptid zənciri zərurəti
Təkamül nəzəriyyəsinin bir zülalın əmələ gəlməsi mərhələsi ilə bağlı qarşılaşdığı problemlər buraya qədər sadaladıqlarımızla bitmir. Bir zülalın əmələ gəlməsi üçün lazım olan amin turşusu növlərinin uyğun sayda və ardıcıllıqla və lazımı üç ölçülü formada düzülmələri də kifayət deyil. Bütün bu şərtlərlə bərabər birdən çox qola malik amin turşusu molekulları ancaq müəyyən qollarla bir-birlərinə bağlanmalıdırlar. Bu şəkildəki rabitəyə “peptid rabitəsi” deyilir. Amin turşuları fərqli rabitələrlə bir-birlərinə bağlana bilərlər, ancaq zülallar ancaq və ancaq “peptid” rabitəsi ilə bağlanmış amin turşularından əmələ gəlirlər.
Bunu bir bənzətmə ilə gözünüzdə canlandıra bilərsiniz: məsələn, bir avtomobilin bütün hissələrinin tam və yerli-yerində olduğunu düşünün. Lakin təkərlərdən birisi lazım olduğu yerə vintlərlə deyil, bir sim parçasıyla və ya dairəvi üzü aşağı şəkildə avtomobilə birləşdirilsin. Belə bir avtomobilin motoru nə qədər güclü olsa da, nə qədər qabaqcıl texnologiya ilə istehsal olunsa da, bir metr belə gedə bilməz. Görünüş baxımından hər şey yerli-yerindədir, lakin təkərlərdən birinin yerinə lazım olduğundan fərqli şəkildə bağlanması avtomobili tamamilə yararsız hala salacaqdır. Eynilə bir zülal molekulundakı bir amin turşusunun digərinə peptid rabitəsindən fərqli rabitə ilə bağlanması bu molekulu yararsız edəcəkdir.
Aparılan araşdırmalar öz aralarında təsadüfən birləşən amin turşularının ən çox 50%-nin peptid rabitəsiylə bir-birinə bağlandığını, qalanının isə zülallara uyğun olmayan fərqli rabitələrlə bağlandıqlarını üzə çıxarmışdır. Ona görə bir zülalın təsadüfən əmələ gəlməsi ehtimalını hesablayarkən (sol əlli amin turşusu zərurəti də nəzərə alınmaqla) hər amin turşusunun özündən əvvəlki və sonrakı ilə ancaq və ancaq peptid rabitəsi ilə bağlanması zərurətini də hesaba qatmaq lazımdır. Bu da təxminən 50% ehtimaldır.
Bu ehtimal da zülaldakı hər amin turşusunun sol əlli olması ehtimalı ilə eynidir. Yəni 400 amin turşusundan ibarət bir zülalda bütün amin turşularının öz aralarında ancaq peptid rabitəsi ilə birləşmələri ehtimalı 2399-da 1-dir.
Do'stlaringiz bilan baham: |