3.2. “Həyat keyfiyyəti” konsepsiyası
Həyat səviyyəsi anlayışı XX əsrin ortalarından başlayaraq
istifadə olunur. İkinci dünya müharibəsindən sonrakı illərdə qərb
ölkələrində sürətli iqtisadi inkişaf və əhalinin gəlirlərinin artması
əhalinin maddi və mənəvi tələbatının ödənilməsi üçün tələb
olunan nemətlərin və xidmətlərin bolluğuna şərait yaratmışdı.
Əhalinin tələbatında baş vermiş kəmiyyət dəyişiklikləri tələbatın
keyfiyyət dəyişikliyinə gətirməklə nemətlərin bolluğunun həyat
səviyyəsinin qiymətləndirilməsi üçün kafi olmadığını şərtlən -
dirirdi.
99
Do'stlaringiz bilan baham: |