Vergİ VƏ TƏrƏqqİ
ölkələrin çoxunda vergi yükü kifayət qədər yüksək, bərabərsizlik
isə nisbətən aşağıdır.
3.6.2 saylı qrafikdə isə ölkələrin sosial transfer xərclərinin
ÜDM-də xüsusi çəkisi ilə bərabərsizlik arasında əlaqə əks
olunur. Qrafiklərin müqayisəsi onu deməyə əsas verir ki, dövlətin
sosial xərcləri bərabərsizliyin azalmasına daha güclü təsir
göstərir, nəinki vergi yükü. Belə ki, sosial xərcləri yüksək olan
ölkələrdə bərabərsizlik daha azdır.
Qrafik 3.6.1. Vergi yükü və Cini əmsalı arasında
əlaqənin xarakteristikası [114]
Qrafik 3.6.2. Sosial transfer xərcləri və Cini əmsalı
arasında əlaqə [114]
138
Vergİ VƏ TƏrƏqqİ
3.7. Gəlirlərin bərabərsizliyinin azaldılmasının
vergitutma istiqamətləri
Vergi siyasəti dövlət büdcəsinin gəlirlərini təmin eməklə
yanaşı, gəlirlərin bölüşdürülməsi və bərabərsizliyin azaldıl -
masına yardım göstərməli, vergi alətlərindən istifadə edərkən
iqtisadi inkişafa və məşğulluq səviyyəsinə mümkün təsirlər də
nəzərə alınmalıdır. Əməyin və investisiyaların stimullaşdırılması
müasir vergi siyasətinin əsas prinsiplərindən biri kimi qəbul
olunur.
Əvvəlki bölmədə aparılan tədqiqatın nəticələri onu deməyə
əsas verir ki, bərabərsizliyin azalmasına daha çox təsir göstərən
sosial xərclərin artırılması üçün dövlətin müvafiq maliyyə
imkanları təmin olunmalıdır. Vergilər dövlətin artmaqda olan
sosial xərcləri üçün maliyyə mənbəyi rolunu oynayır. Lakin vergi
yükünün artması kapital və ixtisaslı kadr axınını stimullaşdır -
mamalıdır.
Bərabərsizliyin azaldılması məqsədinə iki paralel vergi
strategiyası vasitəsilə nail olmaq olar:
• Təkrar bölüşdürmə strategiyası: iqtisadi imkanları geniş olan
şəxslərin vergilərin verilməsinə daha çox cəlb edilməsi, əməyin
təşviqi məqsədilə vergi dərəcələrinin optimallaşdırılması, xarici
və yerli investisiyaların stimullaşdırılması, vergidən yayınmanın
qarşısının alınması və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;
• İnkişafın təşviqi: iqtisadi imkanları geniş olan şəxslərin
vergiləri könüllü ödəməklə daha çox qazanmağa sövq edilməsi
və bununla da inkişafın stimullaşdırılması.
Vergilərin bölüşdürücü funksiyasının mahiyyəti ictimai
gəlirin əhalinin ayrı-ayrı kateqoriyaları arasında yenidən
bölüşdürülməsindən ibarətdir. Sosial müdafiə proqramları
şəbəkəsinin mahiyyəti cəmiyyətdə gəlirlərin yenidən bölüşdürül -
məsinə gətirib çıxarır, cəmiyyətin müəyyən bir təbəqəsinə
müavinətlərin ödənilməsi üçün digər təbəqədən vergilər tutulur.
Azərbaycanın vergi sistemində aparılmaqda olan islahatlar
vergi sisteminin səmərəliliyini və çevikliyini yüksəltməklə
yanaşı, vergi inzibatçılığı və vergidən yayınma hallarının
qarşısının alınması istiqamətində də əhəmiyyətli uğurlararın əldə
olunmasına gətirmişdir. Vergi ödəyicilərinə göstərilən elektron
139
Do'stlaringiz bilan baham: |