Vergİ VƏ TƏrƏqqİ
Cədvəl 3.6.2. Rusiya Federasiyasında əhalinin gəlirlərinin
bərabərsizliyi göstəriciləri [112].
Əgər Azərbaycanın və Rusiyanın müvafiq göstəricilərini
müqayisə etsək, görə bilərik ki, Azərbaycanda əhalinin gəlirlər
üzrə diferensiasiyası qonşu ölkə ilə müqayisədə xeyli aşağıdır.
Belə ki, Rusiya ilə müqayisədə diferensiasiyanın desil əmsalı 1,7
dəfə, kvintil əmsalı 1,84 dəfə, Cini əmsalı isə 1,31 dəfə azdır.
2008-ci ildə Dünya Bankının mütəxəssisləri tərəfindən dünya
ölkələrində bərabərsizliyin qiymətləndirilməsi üzrə aparılan
hesablamaların nəticələri aşağıdakı şəkildə verilmişdir. Bu
hesablamalara görə 2008-ci ildə Azərbaycanda Cini indeksi
33,7% səviyyəsində olmuşdur.
Do'stlaringiz bilan baham: |