Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet93/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   ...   89   90   91   92   93   94   95   96   ...   289
Ключевые слова: «Книга моего Деда Коркута», имена личные, Коркут, эпос
Əli Allahverdiyev
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Dövlət Universiteti
e-mail: allahverdiyevali@yahoo.com
MƏŞHUR FRANSIZ AKADEMİKİ, ŞƏRQŞÜNASI VƏ TÜRKOLOQU LUİ BAZƏN
VƏ ONUN “KİTABİ-DƏDƏ QORQUD” HAQQINDA ARAŞDIRMALARI
Özət
Məqalə məşhur fransız akademiki, şərqşünası və türkoloqu Lui Bazən və onun “Kitabi-Dədə Qor­qud” haqqında olan araşdırmalarına həsr olunmuşdur. Akademik Lui Bazənin “Kitabi-Dədə Qor­qud” dastanları ilə bağlı çox ətraflı, tarixi əsaslara söykənən tədqiqat və dərin araşdırmaları dünya qorqudşünaslıq elminin zəngin­ləşdirilməsinə xidmət edir.
Açar sözlər: Lui Bazən, “Kitabi-Dədə Qor­qud”, dastan
Məşhur şərqşünas­, türkoloq, akademik Lui Bazən 29 dekabr 1920-ci ildə Normandiyada, Kalvados fransız departamentində, bu bölgənin paytaxtı olan Kan şəhərində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai və orta təhsilini Kanda, Malerb liseyində almış, sonra Parisdə məşhur Anri 4 litseyinin hazırlıq siniflərində təhsilini davam etdir­mişdir. Lui Bazən 1939-1943-cü illərdə Parisdə təhsil alacağı ali məktəbin ədəbiyyat sektoruna qəbul olur. 1942-ci ildə o, orta məktəbdə dərs demək üçün universitetin qrammatika bölməsi diplomunu alır və böyük türkoloq San Döninin rəhbərlik etdiyi Paris Şərq Dilləri məktəbində turk dili ilə maraqlanmağa başlayır,1945- cil ildə bu dil üzrə diplom aldıqdan sonra o, Ankaradakı Xarici İşlər Nazirliyində Mədəni Əlaqələr şöbəsinə işləməyə göndərilir və 1948-ci ilə qədər orada yaşayır. Gənc türkoloq 1948-ci ildə Parisə qayıdır və bir il müddətində Parisdəki Milli Elmi Axtarışlar Mərkəzinə elmi tədqiqat attaşesi təyin olunur.1949-cu ildən təqaüdə çıxana qədər yəni 1990-cı ilə kimi o, Paris Şərq dilləri məktəbində (hal-hazırda bu, Şərq dilləri və Mədəniyyəti İnstitutudur) türk dili müəllimi kimi çalışır. Eyni zamanda o, 1950-ci ildən etibarən Sorbon Praktik Ali Təhsil məktəbində türk tarixi və filologiyası şöbəsinin direktoru vəzifəsində işləyir. Lui Bazən 1943-cü ildən Paris Asiya Cəmiyyətinin, 1947-ci ildən Paris Şərq Dilçilik Cəmiyyətinin, 1955-ci ildən Alman Uzaq Şərq ölkələri Cəmiyyətinin, 1981-ci ildən Körösi Ksoma Macar Şərq Cəmiyyətinin, 1994-cü ildən Ural-Altay Cəmiyyətinin üzvü, eyni zamanda Mayns Vissenşaft Elm və Ədəbiyyat Akademiyasının müxbir üzvü və London Avropa Akademiyasının fəxri üzvü olmuşdur. O, 1993-cü ildə, Fransa əlyazmaları və Bədii Yazılar Akademiyasının üzvü seçilir.Görkəmli şərqşünas alim 1981-ci ildə Palma Akademiyasnın ordeni və 1989-cu ildə isə Legion Hərbi Şöhrət ordeni ilə təltif olunmuşdur.Bütün bunlarla yanaşı o, 1948-ci ildən etibarən türkologiyanın bütün sahələrini əhatə edən 70-dən artıq məqalə çap etdirmişdir.
Adları aşağıda göstərilən əsərlər onun yaradıcılığının əsasını təşkil edir: Topa ləhcəsi üzərində tədqiqatlar - 1950; Türk dillərinin strukturu və ümumi meylləri -1959 ; Türkmən dili , qrammatik təsvir - 1961; Er-Toştürk (Qırğızların Manas dövrü epopeyası P.Boratavla əməkdaşlıqda tərcümə) - 1967; M.F.Axundzadənin komediyalarının tərcüməsi -1968, 1987; Türk dilinin tədrisinə giriş - 1972; Fransada 50 il şərqşünaslıq - 1974; Qədim türk təqvimləri və mediyası (doktorluq dissertasiyası) - 1975; Mah­tumkuli Firaki (Türkmən poemalarının P.Boratavla əməkdaşlıqda tərcüməsi) - 1976; Yuxarı Asiyasının qədim Türk epiqrafiyası (VIII-XI əsrlər); Nəticələr və perspektivlər - 1990; Qədim Türk dünyasında xronoloji sistemlər - 1991; Türklər, sözlər, insanlar (Mişel Nikola və Gil Vensten tərəfindən çap etdirilmiş məqalələr məcmuəsi) - 1994; Allah adları və qədim türk islam ədəbiyyatının ilk mətnlərində Peyğəmbər (XI əsr) - 1995; ”Kitabi-Dədə Qorqud” (oğuz hekayələri əsasında məşhur etnoloq, türkoloq Altan Gökalp ilə əməkdaşlıqla tərcümə) - 1998 və s.
Bütün türk dilçiliyi sahəsindəki apardığı tədqiqatlar və araşdırmalarla yanaşı, akademik Lui Bazənin “Kitabi-Dədə Qor­qud” dastanları ilə bağlı çox ətraflı, tarixi əsaslara söykənən tədqiqat və dərin araşdırmaları da diqqəti cəlb edir. Akademik Lui Bazən qeyd edir ki, Türk xalqlarının ən qədim və möhtəşəm ədəbi abidələrindən olan “Kitabi-Dədə Qorqud” haqqında indiyədək Şərqdə və Qərbdə bir sıra dəyərli araşdırmalar aparılmış, dastan bir çox dünya dillərinə tərcümə edilərək geniş yayılmışdır. Avropa ölkələrində “Kitabi-Dədə Qorqud”un nəşri və tədqiqi barədə söz açarkən, dastanın Vatikan və Drezden kitabxanalarında saxlanılan ən qədim əlyazmaları əsasında İstanbul Universitetinin professoru Məhərrəm Ergin tərəfindən 1997-ci ildə çap olunmuş 4-cü nəşrinin və həmin mənbələrin orijinalları əsasında 1998-ci ildə görkəmli fransız türkoloqu, akademik Lui Bazən mənşəcə türk olan Altan Gökalpın türk dilindən fransızcaya tərcüməsini (Xalqların sübh ça­ğı. “Qalli­mar nəşriyyatı”, Paris 1998) xüsusi qeyd etmək yerinə düşür. Dastana böyük türk ədibi Yaşar Kamalın yazdığı çox maraqlı elmi müqəddimənin görkəmli türkoloq Altan Gökalp tərəfindən fransızcaya etdiyi tərcümə də çox böyük maraq doğurur. Həmin nəşrə məşhur fransız alimi Lui Bazənin yazdığı “Dədə Qorqud” (Dədə Korkut) əfsanəsinin mənşəyi necə ola bilər?” (tarixi və etimoloji diskussiya) adlı dəyərli müqəddimə özünün elmi əhatəsi və səviyyəsi ilə diqqəti cəlb edir. Müqəddimədən aydın olur ki, Lui Bazən bəhs edilən mövzu ilə bağlı bir sıra tədqiqatları diqqətlə öyrənmiş, qorqudşünaslığın problemləri, mübahisəli məqamları ilə yaxından tanış olmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, akademik Lui Bazənin “Kitabi-Dədə Qorqud”a üz tutması təsadüfi deyil. O, müxtəlif vaxtlarda türklərin tarixi və mədəniyyətinə aid bir sıra dəyərlı əsərlər çap etdirmişdir. “IV əsrin türkçülüyü” (1948), “Oğuz və Türk sözləri haqqında qeydlər” (1953) və s. bu qəbilədəndir.
Lui Bazən hər şeydən əvvəl diqqəti Qorqud (Korkut) sözünün etimologiyasına yönəldir. Mə­qalənin əvvəlində oxuyuruq: “Əgər Türkiyədə yaşayan bir türkdən Korkut sözünün mənasını soruşsan o, bunu “qorxutmaq” (effrayer) felinə yaxınlaşdıracaq. Halbuki məşhur ”Kitabi-Dədə Qor­qud” əsə­rinin qəhrəmanı belə bir qorxulu surət deyildir. Əksinə, o, xeyirxah, xilaskar, həmişə düz­gün məsləhət­lər verən, oğuzları ürəkləndirən, ruhlandıran bir şəxsiyyətdir. Qorqud atanın müqəddəslik keyfiy­yətlə­ri­ni xüsusi vurğulayan Lui Bazən oğuzların onu “üstlərində daima Allahın xeyir-duaçısı kimi gördük­lərini” nəzərə çarpdırır.
Qorqud (Korkut) sözünün mənşəyi barədə müxtəlif müla­hizələrə nəzər salan fransız alimi son nəticədə belə qənaətə gəlir ki,bu ad iki hissədən ibarətdir: kor və kut. Lui Bazənə görə “Kut”sözü “əla”,”yaxşı”sözləri kimi səslənir və mənaca səadət, ləzzət, xoşbəxtlik, uğur, müvəffəqiyyət mə­na­larına, qədim ibtidai dində isə “ilahi xeyir-duası”na uyğun gəlir.”Kor” sözünün türk dillərində müxtəlif məna çalarları ifadə etdiyini vurğulayan Lui Bazən fikrinin təsdiqi üçün nümunələr də göstərir, belə yazır: “Mən belə düşünürəm ki, onu Korkut Ata, yəni xeyirxahlıqlar xəzinəsi kimi görmək qorxulu bir şəxsiyyət kimi görməkdən çox uyğun gələndir”.
Yeri gəlmişkən qeyd edək ki, fransız şərqşünasının “Korkut” sözünun mənşəyi, xüsusən adın ikinci hissəsinin anlamı barədə verdiyi izah bir sıra Azərbaycan alimlərinin, xüsusən mərhum pro­fessor Mirəli Seyidovun fikirləri ilə üst-üstə düşür. Lui Bazən Qorqud Ata obrazının tarixi prototipinin müşküllüyü məsələsinə də toxunmuş, bu məsələnin izahı üçün bir çox mənbələrə üz tutmuşdur.Onun Əl-Rəvandi, Əl-Bondari, Rəşidəddin və.s kimi müxtəlif tarixçilərə istinadən söylədikləri fikirlərin əhatəsini xatırlatmaq üçün nümunə gətirdiyi bəzi mülahizələrə nəzər salaq: 1156-cı ildə tarixçi Əl-Rəvandi, ardınca Əl-Bondari Anadoluda Korqud adlı bir Oğuz əmirinin olduğunu qeyd etmişdir. Bundan uç əsr sonra mənbələrdə Osmanlı hökmdarı Məhəm­məd Korqudun adı çəkilmişdir (1482-ci ildən sonra). XV əsrin əvvəllərindən sonra Anadoluda hökmdar Məhəmməd Korkudun doğumundan əvvəl Korkudeli (Pays de Korkut) adlı bir yaşayış məntəqəsi olmuşdur ki, hazırkı Alaniya əyalətinin mərkəzidir. Bu gün də Türkiyədə ona uyğun şəkildə Korkut adı ilə bağlı Amasiya, Ərzurum və Sivas şəhərləri vardır. Məşhur tarixçi Rəşidəddinin “Cəmaüt-Təvarix”əsərinə də diqqət yetirən Lui Bazən Oğuzların doqquzuncu hökmranlığı dövründə dünyaya gələn, Məhəmməd peyğəmbərin (s) müasiri (570-632), onuncu hökmranlığın məsləhətçisi olmuş və bu rolu on dördüncü hökmranlığa qədər davam etdirən Korkut adlı bir şəxsdən də danışıldığını, Korkutun Bayat tayfasından olan Qara Xo­ca­nın oğlu olması, 295 il yaşaması, müdrik, gələcəkdən xəbər verən, möcüzələr göstərən bir şəxs kimi tanınması barədə məlumatların varlığını nəzərə çarpdırır. Lui Bazən bütün bunları sadalamaqla bərabər polemik münasibət bildirməkdən də çəkinmir. Bu cür məlumatlarda müəyyən fantaziyanın olduğunu da nəzərə çarpdırır. Qeyd etmək yerinə düşər ki, akademik Lui Bazənin mülahizələrində istinad olunan Türkiyə ilə bağlı mənbələrdən müqayisəli şəkildə faydalanmaq qorqudşünaslıq elmi­mizin daha da zənginləşməsinə kömək edə bilər.
“Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsində qədim dövrlərin əhvalatları ilə bərabər nisbətən sonrakı yüzilliklərin hadisələri ilə səsləşən süjetlərin varlığını da nəzərə çarpdıran fransız alimi, xüsusən dastanda Qanturalı ilə bağlı boyda təsvir olunanların XIV əsrdə baş vermiş bəzi tarixi gərçəkliklərlə səsləşməsi barədə mülahizələr söyləyir. Həmçinin, dastanda tarixiliklə bədii fantaziyanın üzvi əlaqəsini də nəzərə çarpdırır. Dastanda islamiyyətin qəbulu məsələsinin ifadə olun­duğunu qeyd edən Lui Bazən, islamdan öncəki inamların da mətndə özünəməxsus yer tutduğunu dəqiq müəy­yən­ləşdirmişdir. Bütün bu məsələlərin izahı fonunda Lui Bazən oğuzların tarixinin müəyyən səhifələrinə də nəzər salmış, onların Şərqdə və Qərbdə geniş ərazilərdə yayılma prosesini qismən izləmişdir. Oğuzların yazı mədəniyyətinin də qədimliyinə işarət edən müəllif Orxan kitabələrinin adını çəkir. Elteriş Xaqan (682-691) və Kapqan Xaqan (691-716) barədə söz açır. Həmin dövrlərdə “Dədə Qorqud” süjetlərinin təşəkkül tapması üçün müvafiq mühitin mövcudluğunu nəzərə çarpdırır. Bütün bunlardan sonra isə Lui Bazən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd olunmasını tarixi baxımdan inandırıcı və əhəmiyyətli hesab edir.
Umumiyyətlə, Lui Bazənin “Kitabi-Dədə Qorqud” barədəki araşdırmaları təsadüfi səciyyə daşı­mayıb, alimin mövzuya yaxından bələdliyindən soraq verir.
Bu araşdırmalar dünya qorqudşünaslıq elminin zəngin­ləşdirilməsinə xidmət edir.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   89   90   91   92   93   94   95   96   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish