Дядя Горгудун мязар йери щаггында



Download 6,67 Mb.
bet5/289
Sana21.02.2022
Hajmi6,67 Mb.
#15826
1   2   3   4   5   6   7   8   9   ...   289

Bu, elə belə də oldu.


Muxtar Kazımoğlu – İmanov
AMEA-nın müxbir üzvü,
AMEA Folklor İnstitutunun direktoru
DƏDƏ QORQUD”: SADƏLİK VƏ GENİŞLİK
Hörmətli sədarət!
Hörmətli Konfrans iştirakçıları!
Mən, Konfransın təşkilatçı tərəflərindən birinin təmsilçisi ki­mi, sizin hamınıza, xüsusən də Türkiyədən, Türkmənistandan, Başqır­dıs­tandan, Serbi­yadan gələn qonaqlarımıza minnətdarlığımı bil­di­rirəm. Minnətdarlığımı bildiri­rəm ki, bizim dəvətimizi qəbul edib bu Konfransa təşrif buyur­mu­su­nuz, bi­zim­lə bir yerdəsiniz.
Bildiyimiz kimi, bu Konfrans Azərbaycan Respublikası Prezi­denti cənab İlham Əliyevin «Kitabi-Dədə Qorqud»un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi haqqında» 20 fevral 2015-ci il tarixli sərəncamı əsasında keçirilir. Həmin sərəncamdan irəli gələn vəzifələrdən biri «Kitabi-Dədə Qorqud» dastanının hərtərəfli araşdırıl­masından ibarətdir. Şübhə yoxdur ki, dastanın araşdırılmasında bu Konfransdakı fikir mübadiləsinin öz yeri və öz əhəmiyyəti olacaqdır.
Konfransın «Epos və etnos» adlandırılması təsadüfi deyil. Məsələ burasındadır ki, dünyadakı başqa qəhrəmanlıq eposları kimi, «Dədə Qorqud» eposu da xalqın öz varlığı uğrunda mübarizəsini əks etdirir. Bu əksetdirmə həm tarixi, həm də mifoloji aspektdə ortaya çıxır. Qəhrəmanlıq eposunun mifdən götürdüyü ən başlıca xüsusiyyətlərdən biri, haqqında danışılan predmet və hadisənin kökünə getmək, onun mənşəyini aydınlaşdırmaq xüsusiyyətidir. Bu xüsusiyyət «Dədə Qor­qud» eposu üçün də səciyyəvidir. Bu epos, ilk növbədə, soykökdən bəhs edən bir eposdur. Tədqiqatçılar tamamilə haqlı olaraq «Dədə Qor­qud»u ulu əcdadlar haqda dastan adlandırırlar, bu dastanda «atanın adı övladdan ötrü ən böyük mülkdür» düşüncə tərzinin aparıcı yer tutduğunu xüsusi olaraq qeyd edirlər. Nəzərə alırlar ki, epos poetikasına uyğun olaraq «Dədə Qorqud» ulu əcdadların yaşayıb fəaliyyət göstər­diyi qutsal bir zamandan bəhs edir. Elə bir zamandan ki, o zaman bəylərin alqışı alqış, qarğışı qarğışdır.
Qutsal Oğuz zamanından, həmin zamanda yaşayan ulu əcdaddan danışmaq, söz yox ki, qəhrə­manları ideallaşdırmaq deməkdir və ideallaşdırmanın «Dədə Qorqud»da qabarıq ifadəsini görürük. Bu, öz yerində. Amma «Dədə Qorqud»un heyrətamizliyi ondadır ki, bu dastan ideallaşdırma çərçivə və sərhədlərini poza bilir, bu çərçivə və sərhədləri aşıb keçə bilir. Diqqətlə izlədikdə aydın olur ki, «Dədə Qorqud» eposunda miflə antimif, qəhrəmanla antiqəhrəman, müdrikliklə dəlilik, «ciddi» ilə gülməli yan-yana, iç-içədir.
Dastanın adı «Dədə Qorqud»dursa, Qorqud Atanın öyüd-nəsi­hətləri dastan­dan ana xətti kimi ke­çir­sə, deməli, dastanda ideallaş­dırılan başlıca məsələlərdən biri məhz müdriklikdir. Dastanın heyrəta­miz­­liyi ondadır ki, bu müdriklik həm də tərsinə çevrilib dəliliklə yan-yana təqdim edilir, yəni norma ilə normasızlıq dastanda paralellik yaradır, dəlilik, dəlisovluq müdrikliyin dolayı ifadə formasına çevrilir. Məsələn, «məhəbbət ölümə qalib gələ bilir» hikməti dastanda Dəli Domrulun də­li­liyi, dəli­sovluğu əsasında ifadə olunur. Sadə anlamda götür­sək, müdriklik Oğuz elində nədir? Müd­rik­lik, tu­talım, xan diva­nına, övliyaya və dini ehkamlara münasibətdə qaydaların ciddi surətdə göz­lə­nil­məsidir. Dəlilik, heç şübhəsiz, bütün bunların tam tərsi demək­dir. Dəli igid olan, amma hələ öz şücaəti ilə ta­nın­mayan Əgrək xan divanında adlı-sanlı bəylərə məhəl qoymayıb yuxarı başa keçir. Dəli Qarcar Dədə Qorqud kimi bir övliyaya əl qaldırır. Dəli Dom­rul Allahın birliyini qabaqcadan tanısa da, ölüm mələyini tanımaq istəmir və ona dərs vermək fikrinə düşür. Maraqlı burasıdır ki, nə Əgrəyin, nə Dəli Qar­carın, nə də Dəli Domrulun əcaib-qəraib hərəkətləri, yəni onların mövcud normalardan, dəmir qay­da-qanunlardan kənara çıxması dastan­da kin-küdurətlə yox, xoş bir təbəssümlə təqdim edilir. Əgər be­lə­dirsə, onda «Dədə Qorqud» dastanındakı təbəssümün, bütövlükdə gülüşün mifoloji kökünü, baş­lıca funk­siyasını nəzərə almalıyıq. Nəzərə almalıyıq ki, «Dədə Qorqud» dastanında ağac, aslan, qap­lan, qurd, sunqur quşu və s. kultlar kimi, gülüş kultu da var. Başqa kultlar kimi, gülüş kultu da güc mən­bəyi və magik dayaq vasitəsidir. Demonik varlığa (Təpəgözə) qarşı döyüşdə qaba ağac və xaqan aslan Ba­sata magik dayaqdırsa, sosial çətinliklərdən keçib sevgilisi Banıçiçəyə qovuşmaqda da Beyrəyin ma­gik dayaqlarından biri dəli ozandır. Bəli, Beyrək dəli ozan donuna girməklə xüsusi imkan və güc qazanıb ye­nidən doğulan bir qəhrəman kimi Banıçiçəyə qovuşur.
Gülüş kultunun başqa kultlardan, əlbəttə ki, fərqi də var. Başlıca fərq ondan ibarətdir ki, başqa kultlar qəhrəmanları zaman etibarilə bizdən uzaqlaşdırır, gülüş kultu isə, əksinə, qəhrəmanları zaman eti­ba­rilə bizə xeyli dərəcədə yaxınlaşdırır. «Qaplan erkəyində, aslan, qurd, sun­qur quşu erkəyində bir köküm var» deyən Qazan xan bizlər­dən ötrü əlçatmaz olan mifoloji varlıqdır. Ağıl işlədib, kafiri alda­dıb məzəli bir şəkildə quyudan sağ-salamat çıxan Qazan xan isə Molla Nəsrəddin kimi bizlərə çox ya­xın olan, bizlərlə həmsöhbət ola bilən bir adamdır.
Mifoloji obrazın bizə bu cür yaxınlaşdırılması kifayət qədər ciddi mə­sə­lə­dir. Məsələ burasındadır ki, qutsal Oğuz zamanındakı ulu əc­dad­dan bəhs edən və son dərəcə gözəl bir epos nümunəsi olan «Dədə Qor­qud» yazılı ədəbiyyat üçün, xüsusən də yazılı ədəbiyyatın aparıcı janrı olan roman janrı üçün bir mənbə, qiymətli qaynaqdır. Bildiyimiz kimi, ro­man qəhrəmanı başdan-başa müsbət və ya başdan-başa mənfi qəh­­rə­man ola bilməz. Roman qəhrəmanı müsbətlə mənfini, yaxşı ilə pi­si özün­də birləşdirən dinamik qəhrəmandır, mürəkkəb təbiətli obraz­dır. Bu mürəkkəbliyin əsas göstəricilərindən biri ikiləşmədir, eyni ob­raz­da ən azı iki ayrı-ayrı obrazın birləşməsidir. Bu cür ikiləşmənin ibti­dai for­masını və müəyyən elementlərini «Dədə Qorqud» eposundakı bə­zi qəh­rəmanlarda da müşahidə etmək olur. Özündə mif və antimif, müdriklik və dəlilik, «ciddilik» və komiklik tərəflərini paralel olaraq bir­ləş­dirən «Də­­də Qorqud» dastanında Salur Qazan, Beyrək, Dəli Qarcar, Dəli Domrul və b. obraz­larda ikiləşmənin müəyyən əlamətlərini görmək təəc­­cüb doğurmamalıdır. Nəzərə alınmalıdır ki, «Dədə Qor­qud» dastanı məzmun və formaca nə qədər sadədirsə, bir o qədər də ge­niş və zən­gin­dir. İna­nı­ram ki, bu Konfransda «Dədə Qorqud»un indi­yəcən diqqəti cəlb etməmiş, öyrənilməmiş neçə-neçə cəhəti üzə çıxarı­lacaq.

Download 6,67 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   289




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
ma'muriyatiga murojaat qiling

kiriting | ro'yxatdan o'tish
    Bosh sahifa
юртда тантана
Боғда битган
Бугун юртда
Эшитганлар жилманглар
Эшитмадим деманглар
битган бодомлар
Yangiariq tumani
qitish marakazi
Raqamli texnologiyalar
ilishida muhokamadan
tasdiqqa tavsiya
tavsiya etilgan
iqtisodiyot kafedrasi
steiermarkischen landesregierung
asarlaringizni yuboring
o'zingizning asarlaringizni
Iltimos faqat
faqat o'zingizning
steierm rkischen
landesregierung fachabteilung
rkischen landesregierung
hamshira loyihasi
loyihasi mavsum
faolyatining oqibatlari
asosiy adabiyotlar
fakulteti ahborot
ahborot havfsizligi
havfsizligi kafedrasi
fanidan bo’yicha
fakulteti iqtisodiyot
boshqaruv fakulteti
chiqarishda boshqaruv
ishlab chiqarishda
iqtisodiyot fakultet
multiservis tarmoqlari
fanidan asosiy
Uzbek fanidan
mavzulari potok
asosidagi multiservis
'aliyyil a'ziym
billahil 'aliyyil
illaa billahil
quvvata illaa
falah' deganida
Kompyuter savodxonligi
bo’yicha mustaqil
'alal falah'
Hayya 'alal
'alas soloh
Hayya 'alas
mavsum boyicha


yuklab olish